Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Türk yazardan həyəcanlı çağırış:“O dəhliz Türkiyəni məhvetmə planıdır!“

Tarix 28.08.17, 21:50

Font ölçüsü : - / +
bitmap-img6


İbrahim Karagül

"Yeni Şafak", Türkiyə


Suriyanın şimalında ABŞ-ın PKK üzərindən yaratdığı və açıq şəkildə Türkiyəni hədəf alan yeni xəritə çalışması ilə Məsud Bərzaninin müstəqillik referendumu planı arasında heç bir əlaqə yoxdurmu? O xəritə İran sərhəddindən Aralıq dənizinə qədər deyilmiydi? Yaxşı, bu qurşağı kim müəyyən etdi? Kim İraqın işğalı sonrası Şimali Iraq status-kvosunu planlayıb həyata keçirdi? Kim İraq sonrası Suriya qurşağı planlaşdırmasını apardı və həyata keçirir? İraqın şimalını başlıca baza, coğrafiyaya müdaxilə qarnizonu edənlərlə Suriyanın şimalını başlıca baza, bölgəyə müdaxilə qarnizonu edənlər eyni güclər deyilmi?

O xəritə üçün iki ölkə məhv edildi, növbədə iki ölkə də var


2003-cü ildə İraqın işğal edilməsindən bu yana addım-addım, incə-incə işlənən, həyata keçirilən siyasət ilə bu gün Suriyanın şimalında həyata keçirilən siyasət bir-birini tamamlamırmı? Bütün bunlar tək bir xəritə çalışması deyilmi? Bu xəritə üçün iki ölkə (İraq və Suriya – tərc.) məhv edildi. İki ölkənin (Türkiyə və İran – tərc.) də məhv edilmək istənəcəyi, bunun hazırlıqlarının görüldüyü bu gün açıq-saçıq ortada deyilmi?

Bir şeyə tərəf, ya da qarşı olmanın o tərəfinə keçib ən azından bu həqiqət üzərində baş yormaq lazım deyilmi? Bir addımdan sonra məhv edilməsi istənən iki ölkədən birinin Türkiyə olmadığını iddia edəcək kimsə varmı bu ölkədə? İllərdir Türkiyə içində PKK-nı bəslədikləri, silahlandırdıqları, bu ölkənin qanını axıtdıqları elə hey bir sis pərdəsi ardında gizlədildi.


“Türkiyə cəbhəsi” açacaqlar: bizi axmaqmı sanır bunlar!

 Deyək ki, bu yemi udduq. Yaxşı, Suriyada yüzlərcə TIR dolu silahı PKK/PYD-yə gözümüzün önündə vermirlərmi? O ağır silahlar, o raketlər, raket bazaları, təlim düşərgələri İŞİD üçünmü? Axmaqmıyıq biz?!

Gözümüzün önündə yüzlərcə kilometrəlik bir cəbhə qururlar. Bir ordu hazırlayırlar. Sərhəddin sıfır bölgələrinə (birbaşa sərhəddə – tərc.) yerləşirlər. ABŞ və Avropadan hərbi mütəxəssislər, təhlükəsizlik şirkərtləri, ehtiyatda olan hərbçilər bu bölgələrə yerləşir, PKK-nın əsas skelet strukturunu təşkil edirlər. Daha böyük müharibəyə hazırlıq görürlər.

Bu planlar, qüvvələrin cəmlənməsi Suriya üçün deyil, açın gözlərinizi. Hamısı Türkiyə üçündür. Bir sonrakı səhnədə, Suriya sonrası açılacaq “Türkiyə cəbhəsi” üçündür. Artıq bu məsələ “strateji ortaqlıq” diplomatiyası ilə qəbul edilə, ötüşdürülə, həll edilə biləcək bir problem deyil. Qərarlar verilmiş, planlar hazırlanmış, hərəkətə keçilmiş, kimsənin durmağa da niyyəti yox, bu dəqiqləşmişdir.


Özünüqoruma refleksi hərəkətə keçirilməli


Belə zamanlarda ölkələrin “özünüqoruma refleksi” önə çıxar. Heç bir ittifaq münasibəti, heç bir çoxmillətli diskurs (hərarətli mübahisə, fikir mübadiləsi – tərc.) və ya anlaşma o ölkənin təhlükəsizliyi üçün təminat yaratmaz. Nə ediləcəksə, özünüz etməlisiniz. Çünki bundan daha “yaxın təhdid” yoxdur və o təhdid sərhədlərimizə dayanmışdır.

Belə vəziyyətlərdə kimlərlə əməkdaşlıq edə biləcəksinizsə, onunla tərəfdaşlıq edə bilərsiniz və bu, daima dəyişkəndir. Çünki heç bir əlaqə qalıcı tərəfdaşlıq təminatı verməz. Bu cür hallarda, bütün hesablarınızı masaya qoyub yenidən dəyərləndirərsiniz. Köhnə vərdişlərin, yaxınlıqların, dostluqların və ya düşmənçiliklərin əsiri olmadan bunu edərsiniz.

 
Yenə eyni dairələr bir qaraltı yaradır!

 
15 iyul çevrilişi baş tutsaydı, Türkiyə bu gün param-parça edilmiş olacaqdı. Türkiyə cəbhəsi açılmış, yeni Türkiyə xəritəsi şəkillənmiş olacaqdı. Şükür, bacarmadılar, amma indi bir başqa ssenarilə, tamamən cənubdan bir təzyiqlə eyni nəticəyə nail olmağa çalışırlar.

Ayn-əl-Ərəb (Kobani) hadisələri zamanı Bərzani birliklərinin çal-çağırla Anadolu torpaqlarından keçib bölgəyə gəlməsi necə güclü bir ictimai rəy təşəbbüsü ilə “ağıllı” bir hərəkət kimi göstərilmişsə, bu gün də qeyd edilən böyük təhdid eyni mahir dairələr tərəfindən qaraldılır (üstünə kölgə salınır – tərc.), üstü örtülür, Türkiyənin diqqətindən uzaq tutulur. O zamanlar bu işin ictimai rəyyaratma əməliyyatını kimlərin apardığını bilirik.


“Don, köynək, mayka” yazılarından yan keçə bilmədik

 
İndi baxıram, eyni dairələr Türkiyənin diqqətini bu “yaxın təhdid”dən uzaq tutmaq üçün maksimum səy göstərirlər. Mediada bunları müzakirə etməli, milləti xəbərdar etməli olanlar “don, köynək, mayka” müzakirəsilə günü başa vurur, bir növ, əqli qaraltma həyata keçirirlər.

Türkiyənin “ölümcül” problemləri pul, şöhrət gətirmədiyindən böyük-böyük yazarlardan, çoxbilmişlərdən bu təhlükə ilə əlaqədar bir cümlə oxuya bilmirik.

Bu səviyyəsizliyə baxın, ortada bir cümlə də yoxdur


Yazanlara, diqqət çəkənlərə, xəbərdarlıq edənlərə “İran oxu”, “Rusiya oxu”, “Əsədlə masaya oturma” kimi kiçik, səviyyəsiz, cahilcə ittihamlar irəli sürüb işin ciddiyyətini ortadan qaldırmaq, xəbərdarlıqları boğmaq kimi bir rol oynayırlar. Suriyada o qədər böyük bir oyun oynanır ki, artıq “Əsəd” bir faktor belə deyil. Sadəcə “Türkiyəli” olaraq düşünə bilməmə xəstəliyi qorxunc miqyaslardadır.

İntellektuallarımız, əli qələm tutanlarımız, TV şərhçilərimiz nə coğrafiyanı, nə də dünyanı izləyir, anlayır! Qəzet və TV xəbərlərinin bir addım sonrası ilə əlaqədar cümlə deyə biləni, demək olar ki, qalmayıb.

Halbuki dünyada “ox” deyə bir şey qalmayıb. Mənasız bir güc mübarizəsi, hərəkətliliyi sadəcə bizim coğrafiyanı deyil, bütün ölkələri, hətta güc mərkəzlərini sarsıdır. Artıq beynəlxalq səviyyədə heç bir sərhəd, tarazlıq, razılaşma yoxdur. Son dərəcə təhlükəli bir dünyaya doğru sürüklənirik. Bir növü quldur dünya nizamsızlığı hökm sürür. Bu halın hansı ölkəyə nə cür hesablar çıxaracağını proqnozlaşdırmaq belə mümkün deyil. Məhz bu üzdən, Türkiyəyə çıxarıla biləcək hesablara diqqət çəkmək üçün çox səy göstəririk.
 
Dəhliz coğrafiyanı istila, Türkiyəni məhvetmə planıdır…

 
O dəhliz Türkiyəni məhvetmə planıdır. Tamamlanmamalı, o xəritə reallığa çevrilməməlidi. Bu, bir milli məsələdir. Şəxsləri, dairələri, siyasi anlayışları aşan bir şeydir. Bu xəritəni kürd etnik kimliyi ilə izah etmək cəfəngiyyatdır. Təhdid bütün ölkələrə, coğrafiyaya yönəlikdir.

Çoxmillətli bir güc bölgəyə yerləşməkdədir, söhbət yadelli bir istiladan gedir. O yadelli istila ilə ortaqlıq quran hər kəs bu coğrafiyada istilaçıdır, işğalçıdır, düşməndir. PKK/PYD bu anlamda işgal gücüdür, Qərbli istilanın tətikçisidir.

 
Millətimizi xəbərdar etməli, möhkəm durmalıyıq…


Tarixin qırılma dövrləri vardır. Coğrafiyanın hər bucağına təsir edər, hər şey yenidən şəkillənər. Bütün xəritələr ona görə yeni forma alar. Birinci Dünya Müharibəsindən sonra daha bir qırılma dövrü yaşayırıq. Bu dövr yeni bir dağılma, parçalanma, ayrılma olmasın, olmamalıdır. Bizcə tam tərsinə, yeni yüksəliş dövrü olmalı, olacaq da.

Elədirsə, kiçik tərəfdarlıqlarımızı, kiçik hesablarımızı bir kənara buraxıb, səfərbər olmalıyıq. Millətimizi xəbərdar etməli, Türkiyəyə və coğrafiyaya yönəlik yeni istilanın önündə duracaq bir söz, ümumi fikir formalaşdırılmalı, sağlam bir zəmində durmalıyıq. Bu, qaça bilməyəcəyimiz bir məsuliyyətdir. Dünya müharibələri dövrünü bir az oxuyan hər kəs belə durumlarda kiçik məsuliyyətsizliklərin, qərarsızlıqların necə böyük dağıntılara səbəb olduğunu görəcəkdir.


2019 öncəsi fırtına, milli müqavimət oxu

 
O dəhliz Cümhuriyyət dövrü boyu qarşı-qarşıya qaldığımız ən böyük təhdiddir. Bir addım sonrası “Türkiyə cəbhəsi”dir. Biz özünüqoruma refleksimizi ABŞ-a və ya bir başqa ölkəyə verə, “dəhlizin içindəki ortaqlar”ın oyununa gələ bilmərik. Malazgirt zəfərinin (26 avqust 1071-ci il – tərc.) ildönümündə, yüzillər sonra, bu tarixi-siyasi genetikanı göz önünə almalı, qərarlarımızı ona görə verməliyik.

Yeni regional koalisiyaya, Türkiyə üçün hazırlanan 2019 öncəsi fırtınaya (TC-də prezident seçkiləri nəzərdə tutulur – tərc.) və Suriyanın şimalında yeni xəritə yaradılmasına, “Türkiyə cəbhəsi” çalışmalarına diqqət etməli, ayıq-sayıq olmalıyıq.

Unutmayın, bu, bir milli mübarizədir, Türkiyənin varlığı-yoxluğu ilə bağlı problemdir. Aksioma olaraq, bir milli müqavimət oxu formalaşdırılmalıdır.

Tərcümə Strateq.az-ındır



Xəbərin oxunma sayı : 1516




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap