Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Türkanda torpaq mafiyasının daha 3 qurbanı üzə çıxdı – yeni adlar

Tarix 11.12.20, 14:15

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Türkan qəsəbəsində vətəndaşların torpaq sahələrini saxta sənədlər düzəltməklə, torpaq sahiblərini sənəd üzərində “öldürməklə” cinayət törədən torpaq mafiyasının varlığı haqda yazmışdıq.

İlkin olaraq Xəzər Rayon Prokurorluğunda faktla bağlı cinayət işi başlansa da, sonradan zərərçəkənlər Xumara Şabanova və Əzizəxanım Atayevanın əsaslı etirazlarına görə cinayət işi Baş Prokurorluğa götürüldü.

Oradan isə işin araşdırılması Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı Baş İdarəsinə həvalə olundu. Hazırda istintaq davam edir. Üzə çıxan faktlar onu deməyə əsas verir ki, ortada çoxsaylı belə cinayət əməlləri var.

“Yeni Müsavat”a daxil olan məlumata görə istintaqçılar eks deputat Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və Çingiz Xeyrəli oğlu Səfərovun adlarına bağlı daha 3 cinayətin izinə düşə biliblər.
Məlum olub ki, Əzizəxanım Atayevanın, Xumarə Şabanovanın mülkiyyətlərində olan torpaq sahələri kimi Fazil Məhərrəm oğlu Dadaşovun, Xumarə Məmmədovanın, Faiq Böyükağa oğlu Hüseynovun torpaq sahələri də böyük saxtakarlıqlar edilməklə ələ keçirilib.

Hər 3 şəxsin torpaq sahəsi Daşqın Nəsirov tərəfindən satılıb. Daşqın Nəsirov adıçəkilən şəxslərin torpaqlarını Qərib İmamverdi oğlu Nadirovun, Zülalə Baba qızı Cəfərovanın, Aysel Riza qızı Cəfərovanın, Niftulla Həsən oğlu Əliyevin adlarına keçirməklə saxta yolla ələ keçirib və satıb.

İstintaqa daha bir neçə Türkan sakinin müraciət etdiyi xəbəri də var.
Türkanda baş verən cinayətin mahiyyəti budur ki, 90 yaşlı Xumara Şabanovanın və 80 yaşlı Əzizəxanım Atayevanın ailə tərkibləri haqda saxta arayış hazırlanıb. Həmin arayışlarda hər 2 qadının ailə tərkibləri haqda məlumatlar saxtalaşdırılıb.

İlk baxışdan mənasız görünən bu saxtalaşdırma çox böyük cinayətlərə, qrup şəklində dələduzluqlara yol açıb. Belə ki, qadınlara saxta “ölüm kağızı” verildikdən sonra onlara məxsus olan və Türkan qəsəbəsinin perspektivli dənizkənarı hissəsində yerləşən bağ torpaq sahələri ələ keçirilib və fantastik qiymətə satılıb, özgəninkiləşdirilib. Cinayətin baş tutması üçün hər iki qadın ölmüş elan olunub! Hazırda həyatda olan 90 yaşlı Xumara Şabanovanın və 80 yaşlı Əzizəxanım Atayevanın əllərində özlərinə aid olan ölüm haqqında şəhadətnamələr var! Bəli, məhz belədir, adamlar həyatdadır, amma rəsmi olaraq “dünyadan köçüblər”.

Açıklama yok.


Beləcə bağ-torpaq sahələri Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov ələ keçirib və satıb! Baş Prokurorluqda Vətən Müharibəsindən əvvəl ahıl qadınlara bildirmişdilər ki, tezliklə cinayətkarlara cəza veriləcək. Hələlik isə nəticə yoxdur. Əzizəxanım Atayeva və Xumara Şabanova Qələbə paradından sonra Baş Prokurorluğa getməyi planlayırlar.


“Qarabağı da alıb, qələbə çaldıq. 44 gün müddətində əsgərlərimizin salamatlığı üçün dualar etdik, gedib şikayət eləmədik. Dedik ki, dövləti belə işlərlə məşğul etməyək. Müharibə qurtarar, bizim də torpağımızı alıb özümüzə qaytararlar. Amma görürük ki, Çingiz də, Daşqın da ortada gəzirlər. Bizə gəlib söhbətləri çatır ki, pul verib canlarını qurtarmaq istəyirlər. Bizim yaşlı olmağımızı düşünüb, tez bir zamanda istəklərinə nail olacaqlarını zənn edirlər. Elə olmayacaq, arxayın olsunlar. Əllərimizi yaxalarından çəkən deyilik. Zeynəb Xanlarovaya da müraciət edərəm ki, bu cinayətə qarışmasın, bu adamların haramçılığına qol qoymasın”,- deyə Əzizəxanım Atayeva “Yeni Müsavat” deyib.

Açıklama yok.
Daşqın Nəsirov

Daşqın Nəsirovun, Çingiz Səfərovun və torpaqları ələ keçirən dəstənin digər üzvlərinin əməlləri nəticəsində çoxuşaqlı ailənin başçısı olan Əzizəxanım Atayevanın xəbəri olmadan onlara məxsus bağ-torpaq sahəsi özgəninkiləşdirilib. Eyni sxem üzrə 90 yaşlı Xumara Şabanovanın da həyat yoldaşının adına olan bağ-torpaq sahəsi ələ keçirilərək satılıb. Yaxşı düşünülmüş bu cinayət sxemi üzrə Türkan qəsəbəsində 10-a yaxın bağ-torpaq sahəsinin ələ keçirilməsi haqda iddialar var. İstintaqın gedişatında bu sayaq bütün cinayətlərin üzə çıxacağı istisna olunmur. Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.





Xəbərin oxunma sayı : 1189




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap