Talıb Tale: “Orda telefonumu oğurladılar” Xalq artisti əməliyyat olundu Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verib - Səbəb “Evli adamdır, boşatdıracaqsan” - Zaur
Axtar
 
  • / Maqazin / — 27 Oktyabr 2017

    Talıb Tale: “Orda telefonumu oğurladılar”

  • / Maqazin / — 20 Oktyabr 2017

    Xalq artisti əməliyyat olundu

  • / Maqazin / — 18 Oktyabr 2017

    Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verib - Səbəb

  • / Maqazin / — 18 Oktyabr 2017

    “Evli adamdır, boşatdıracaqsan” - Zaur

  • / Maqazin / — 16 Oktyabr 2017

    “Maşın” şoudan MTRŞ-yə cavab

  • / Maqazin / — 14 Oktyabr 2017

    Toy vaxtını açıqladılar

Türkiyə-İran hərbi müqaviləsi nəyə aparır? –Təhlil

Tarix 18.08.17, 17:38

Font ölçüsü : - / +
bitmap-img6


Aydın Mehdiyev

pravda.ru, 17.08.2017


Türkiyə və İran generalları əməkdaşlıq sazişinə gəliblər. Keçən cümə axşamı Türkiyəyə rəsmi səfərdə olan İran SQ Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqiri Ankarada türkiyəli həmkarı, general Hulusi Akarla iki ölkə hərbi əməkdaşlığının genişləndirilməsi haqda müqavilə imzalayıb. Bəşər Əsədə münasibətdə Türkiyə və İranın müxtəlif mövqeyi var, amma İraqda maraqlar üst-üstə düşür: İraq Kürdüstanında müstəqillik referendumunun keçirilməsinə nə Ankara, nə də Tehran yol vermək istəyir.

Farsistan və Osmanlı imperiyası – Qafqazdan İraqa qədər böyük geopolitik məkanda əraziləri öz nüfuzlarına tabe etmək hüququ uğrunda əsrlər boyu amansız müharibələr aparıb. Həm İran şahları, həm də Türkiyə sultanları Mesopotomiya və Qafqazarxasından keçən strateji və ticari yollara nəzarət etmək istəyiblər. Amma Ankara və Tehran XXI əsrdə bir-birilə döyüşməmək, maraqlarının üst-üstə düşdüyü sahələrdə əməkdaşlıq haqda sazişə gəlməyi kəsdirib.

İran SQ Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqiri 2017-ci il avqustun 15-də üçgünlük səfərlə Ankaraya gəlib. Bu səfər diqqəti onunla cəlb edib ki, İran generalları ötən iyirmi beş ildə nadir hallarda, həm də rəsmi gəlişlə Ankaraya səfər ediblər.

Türkiyə KİV-lərinin qeyd etdiyi kimi, İran generalının bu səfəri haqda razılıq 2017-ci il martın 1-də İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XIII sammitində Türkiyə və İran prezidentləri Rəcəb Ərdoğanla Həsən Ruhaninin təkbətək görüşündə əldə olunub. Ərdoğan və Ruhani təmtəraqlı “Serena” otelində kip bağlı qapılar arxasında bir saat ərzində iki ölkənin müxtəlif – siyasi, hərbi və energetika sahələrində səylərinin birləşdirilməsi imkanlarını müzakirə ediblər.

Və budur, nəticə: Türkiyə və İranın baş qərargah rəisləri avqustun 17-də hərbi əməkdaşlığın genişləndirilməsi haqda saziş imzalayıblar. Sənədin məzmunu yayılmayıb, amma güman etmək olar ki, söhbət iki ölkənin ümumi təhlükələrə qarşı fəaliyyət əməkdaşlığından gedir.

İran və Türkiyə birinci növbədə Rusiya ilə bərabər Suriyada barışığa zamindir və bu üç ölkə keçən ay vətəndaş müharibəsinin bürüdüyü Suriya torpaqlarında təhlükəsizlik zonaları yaradıb. Belə ki Türkiyə və İran hərbçiləri Ankarada danışıqların gedişində, bir növ, birgə fəaliyyətin və ola bilsin, Suriyada hərbi əməliyyatların da “yol xəritəsi”ni yaradıblar.

İlk baxışdan Türkiyə və İranın Suriyada hədəfləri müxtəlifdir. Rəcəb Ərdoğan “qanlı Bəşər Əsəd rejimi”nin hakimiyyətdən uzaqlaşdırılmasının gərəkdiyindən artıq dəfələrlə danışıb. Dəməşqdəki rejimə İran yanaşması tamamilə başqadır. İran da Rusiya kimi Əsədə legitim prezident qismində yanaşır və ordusunu hər cür dəstəkləyir. Amma eyni zamanda Ərdoğan anlayıb ki, İranla razılığa gəlmək mümkündür. Yəni Suriyadakı ağrılı kürd üsyançıları məsələsi üzrə. Ankara, Türkiyədə hesab olunduğu kimi, Donald Trampın Suriya kürdlərinə ağır silah tədarük etmək barədə həyasız qərarından indiyədək özünə gələ bilmir. Belə ki Ərdoğan üçün ABŞ kürd məsələsində daha müttəfiq deyil. Və Türkiyə liderini qarşıda tezliklə Türkiyəyə rəsmi səfər edəcək Pentaqon başçısı Ceyms Mettislə çətin danışıqlar gözləyir.

Amma kürd məsələsi üzrə Tehranla Ankaranın maraqları üst-üstə düşür. Həm İranda, həm də Türkiyədə perspektivdə İran, Türkiyə, İraq və Suriya əraziləri hesabına Böyük Kürdüstan yaratmaq istəyən böyük kürd diasporası sıx şəkildə yaşayır. Buna görə də Türkiyə və İran generallarının danışıqlar gündəliyindəki əsas problemlərdən biri İraq Kürdüstanı rəhbərliyinin keçirməyə hazırlaşdığı müstəqillik haqda referendumdur. Türkiyə və İran bu referenduma yol verməmək üçün birgə tədbirlər görəcək.

Lakin Ankara və Tehranın maraqları təkcə hərbi məsələlərdə üst-üstə düşmür. Hər iki ölkə neft-qaz hasilatı və nəqli məsələlərində əməkdaşlıqda maraqlıdır. Türkiyə və İran prezidentlərinin İslamabad görüşünün ən mühüm yekunlarından biri İranda çox zəngin neft-qaz yataqlarının işlənməsində Ankaranın iştirakı haqda razılaşma olub.

Rusiya, İran və Türkiyə şirkətləri 2017-ci il avqustun 15-də İranın neft-qaz yataqlarını birgə işləmək üzrə müqavilə bağlayıb. Müqavilənin dəyəri yeddi milyard dollar dəyərləndirilir. Müqaviləni Türkiyə tərəfdən  sahibi “Qalatasaray” futbol klubunun keçmiş prezidenti Unal Aysal olan “Unit International” şirkəti imzalayıb. Rusiya tərəfdən müqaviləni “Зарубежнефть” şirkəti, İran tərəfdən “Ghadir Investment” şirkəti imzalayıb.

Beləliklə, İranın günlük istehsalı 100 min barrel təşkil edən dörd yatağında iş aparacaq konsorsium yaradılır. Ekspertlər göstərilən yataqların ehtiyatlarını 10 milyard barrel neft və 75 milyard kubmetr qaz həcmində qiymətləndirirlər.

Konsorsium həmçinin İranın başqa bölgələrində də neft-qaz yataqlarının işlənməsinə başlamaq niyyətindədir. Ekspertlər həm də qeyd edirlər ki, İran yataqlarından təbii qazın işlənməsi və hasilatı Türkiyəni 150 ildən çox müddətə təbii qazla təmin edə bilər. Bu isə Rusiyanın Türkiyəyə qaz tədarükünün gələcəyini sual altında qoyur. Belə ki İran Türkiyə bazarında “Qazprom”un rəqibi kimi çıxış edir.

Bundan başqa, Türkiyə Xəzər, Mərkəzi Asiya və Yaxın Şərqdən Avropa bazarına ixracat neft-qaz axınlarının əsas qovşağına çevrilməkdə qəti niyyətdədir. Bax, Ərdoğan buna görə İranı Türkiyə ərazisindən Türkmənistan, Özbəkistan və Qazaxıstana Rusiyadan yan keçməklə öz qazlarını Türkiyə ərazisindən Avropaya ixracat etməyə imkan verən qaz kəməri salmağa inandırmağa ümid edir. Bu məsələ Rusiyanın Xəzərin dibi ilə Transxəzər qaz kəmərinin inşasına yol verməyə imtinasından sonra aktuallıq qazanıb.

Beləliklə, Rəcəb Ərdoğan qəliz geopolitik oyun aparır. İran Türkiyəyə, birincisi, kürd separatizminə qarşı çıxmaq, ikincisi isə, Türkiyənin Rusiya təbii qazının idxalatından tədricən İran qazına keçmək üçün lazımdır.

Həm də, Ankarada hesab edildiyi kimi, İran Türkiyəyə Mərkəzi Asiya ölkələrindən Avropa Birliyi ölkələrinə təbii qaz axınının əsaslı şəkildə artırılmasında əlaqələndirici bənd olmaqda yardım edə bilər. Bu iddialı məqsəd Ankaranın qoca qitənin energetik təhlükəsizliyində əsas zaminə  çevrilə biləcəyini Brüsselə göstərmək üçün nəzərdə tutulub. Bu öz növbəsində Türkiyənin Avropa Birliyinə girməsi məsələsi üzrə Avropanı onunla danışıqları təzələməyə təhrik edə bilər.

Amma burası da var ki, Türkiyə nüfuzunun artması perspektivləri Ankaradan bu cür fərəhli görünür. Çox güman ki, Moskvada Ərdoğanın “Qazprom”u Avropa bazarından tədricən sıxışdırmaq planları ilə razılaşmayacaqlar.

Tərcümə Strateq.az-ındır.

 



Xəbərin oxunma sayı : 697

loading...

Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda