Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Türkiyə Şimali Kiprdə PUA-lar üçün baza qurur – Nazirlər Kabineti qərar qəbul edib

Tarix 15.12.19, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Şimali Kiprdə silahsız və silahlı pilotsuz uçuş aparatları (PUA) üçün hərbi hava bazası qurmağa başlayıb.

Şimali Kipr Türk Cümhuriyyəti Nazirlər Kabinetinin qərarından sonra Mersindən mal və materiallar yüklənmiş hərbi gəmilər yola çıxıb.

Hərbi bazanın qurulması üçün Çətinqala  hava aerodromu seçilib. 1982-ci ildə Türkiyə qırıcı təyyarələrinin enməsi üçün qurulan Çətinqala aerodromu Şimali Kiprdəki yeganə mülki hava limanı olan Ercan hava limanından 40 km şərqdə yerləşir. Aerodrom 2010-cu ildə kiprli iş adamı Asil Nadirə yük təyyarələrinin enişi üçün 15 illiyinə kirayələnib.

Ancaq kirayə müqaviləsində təhlükəsizlik səbəbindən müqavilənin ləğv edilə biləcəyi barədə müddəa yer alıb. Türkiyə Şərqi Aralıq dənizində kəşfiyyat quyularının qazılmasını həyata keçirən gəmilərinin mühafizəsini artıq Konya və Muğladan deyil, Şimali Kiprdə yaratdığı hərbi hava bazasından qalxacaq silahsız və silahlı PUA-lar vasitəsi ilə həyata keçirəcək.

Türkiyənin Şimali Kiprdə hərbi hava bazası yaratması Şərqi Aralıq dənizində Yunanıstan, Cənubi Kipr və İsraillə enerji qaynaqları uğrunda mübarizə istiqamətində atdığı strateji həmlə sayılır. Şimali Kipr Türk Cümhuriyyətinin Baş Naziri Ersin Tatar bildirib ki, bu addım  Türkiyə və Şimali Kiprin Şərqi Aralıq dənizində nəzarətini tam təmin edəcək. /APA



Xəbərin oxunma sayı : 304




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap