Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Türkiyə ABŞ-a sorğu göndərib- “Patriot” sistemləri almaq üçün

Tarix 14.12.19, 23:09

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə “Patriot” hava hücumundan müdafiə sistemləri almaq üçün ABŞ-a göndərdiyi sorğunun cavabını gözləyir.

Bu barədə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qətərdə keçirilən Doha forumunda deyib.

“Türkiyə ABŞ-ın hələ də onun müttəfiqi olduğuna inanır. Heç kim S-400 zenit-raket komplekslərinin alınmasına dair Rusiya ilə əldə olunan sazişi ləğv edə bilməz, bu, artıq baş tutub. Rusiyanın təklifi daha sərfəli idi və biz onu qəbul etdik. İndi isə biz ABŞ-dan “Patriot” sistemlərini almağa hazırıq və onların cavabını gözləyirik”, – deyə Çavuşoğlu bildirib.

Nazir, eyni zamanda ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edəcəyi təqdirdə Ankaranın buna cavab vermək məcburiyyətində qalacağını da vurğulayıb.

Xatırladaq ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzalayıb. Bu saziş Ankara və Vaşinqton arasında beynəlxalq qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Türkiyədən bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket kompleksləri almağı tələb edib. Əks-təqdirdə Vaşinqton Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışının dayandırılacağını bildirib. Ankaranın güzəştə getməyəcəyi barədə bəyanatından sonra onun proqramdakı iştirakı dayandırılıb.

Rusiyanın ən yeni hava hücumundan müdafiə sistemi olan S-400 zenit-raket kompleksləri iyul ayının ortalarından Türkiyəyə çatdırılmasına başlanılıb.

Uzaq məsafəli zenit-raket sistemi – S-400 Rusiyada silahlanmaya 2007-ci ildə qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Hərəkət məsafəsi 400 kilometrdə çatan zenit-raket sistemi hədəfi 30 kilometrədək hündürlükdə vura bilir.

Türkiyə Belarus və Çindən sonra “Triumf” zenit-raket kompleksləri alan üçüncü ölkədir. Yaxın vaxtlarda onlara Hindistan da qoşulacaq(azərtac).



Xəbərin oxunma sayı : 277




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap