Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

Türkiyə Azərbaycanın köməyini unutmayacaq - Ərdoğan

Tarix 15.10.24, 8:20

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın fevral ayında baş verən dəhşətli zəlzələlər zamanı göstərdiyi yardımı heç vaxt unutmayacaq.

AzFakt.com xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Ankarada hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.

Türkiyə lideri əmin edib ki, Ankara da çətin anlarda dost ölkələrə dərhal kömək edəcək. “Biz qardaşlarımıza kömək əlimizi uzadacağıq, bütün imkanlardan təmənnasız istifadə edəcəyik”, - deyə dövlət başçısı türk dünyasını “Türkiyənin həm kədərində, həm də sevincində olacağı kritik əhəmiyyətli bölgə” adlandırıb.

Siyasətçi vurğulayıb ki, Türkiyə türk dünyası ilə əlaqələri, o cümlədən Türk Dövlətləri Təşkilatı vasitəsilə fəal şəkildə inkişaf etdirməyə davam edəcək.

Ərdoğan bölgədəki gərginlik mövzusuna da toxunub. Onun sözlərinə görə, rəsmi Ankara “bölgədə tüğyan edən böhran qasırğasının” Türkiyəyə toxunmaması üçün əlindən gələni edəcək.

Prezident Türkiyənin hərbi-sənaye kompleksi sahəsində əldə etdiyi nailiyyətlərə də diqqət yönəldib. “Ölkənin müdafiə sənayesinin ixracının həcmi rekord həddə - ildə 6 milyard dollara çatıb. Hərbi-sənaye kompleksinə dəstək üçün fəal səylər davam etdiriləcək”, - deyə Türkiyə lideri qeyd edib.



Xəbərin oxunma sayı : 733




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap