Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Türkiyə bu şəhərə “Patriot“larını göndərir - İrana qarşı müdafiə gücləndirilir

Tarix 10.03.26, 12:51

Font ölçüsü : - / +
bitmap-img6


Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Türkiyə hava hücumundan müdafiə tədbirlərini gücləndirdiyini açıqlayıb. 

Belə ki, Türkiyənin Milli Müdafiə Nazirliyi ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək məqsədilə "Patriot" sistemlərinin Malatya şəhərində yerləşdiriləcəyini bildirib.

Nazirliyin məlumatına görə, son günlər İran tərəfindən atılan iki raket Türkiyənin hava məkanına daxil olduqdan sonra zərərsizləşdirilib. Raketlərin bəzi qalıqları isə Hatay və Qaziantep bölgələrinə düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Türkiyə Milli Müdafiə Nazirliyi bəyanatında bildirib ki, ölkənin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür və bu istiqamətdə NATO müttəfiqləri ilə məsləhətləşmələr aparılır. Bildirilib ki, milli səviyyədə görülən tədbirlərlə yanaşı, NATO tərəfindən də hava və raketdən müdafiə tədbirləri gücləndirilib.



Xəbərin oxunma sayı : 1618




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap