Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Türkiyə hərbi karvanı İdlibdə –30-dək zirehli texnika Bab əl-Həvadan Suriya ərazisinə keçib

Tarix 13.10.17, 18:08

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin Suriyanın İdlib vilayətində əməliyyatlarını yerinə yetirəcək ilk zirehli hərbi maşınlar karvanı oktyabrın 13-ə keçən gecə iki ölkə arasındakı sərhəd məntəqəsini keçib.

Bu haqda "Reuters" agentliyi iki qiyamçı və bir şahidin dediklərinə istinadən xəbər verib.

Ərazidə olan Azad Suriya Ordusunun komandirlərindən Abu Xayro deyib ki, Türkiyənin 30-dək zirehli texnikası Bab əl-Həva keçid məntəqəsindən Suriya ərazisinə daxil olub. Maşınların Şeyx Bərəkət deyilən yüksəkliyə doğru getdiyi xəbər verilir. Suriyanın şimal-qərbindəki bu yüksəklik kürd YPG silahlılarının nəzarətində olan Afrin ərazisinin yaxınlığındadır.

Bu da xəbər verilir ki, Türkiyə hərbi karvanını keçmiş "əl-Qaidə"yə bağlı "Təhrir əş-Şam" cihadçı qruplaşmasının döyüşçüləri müşayiət edirlər. Bu qrup əvvəllər Nüsra Cəbhəsi kimi tanınırdı.

Azad Suriya Ordusunun başqa bir nümayəndəsi "Reuters" agentliyinə deyib ki, Türkiyənin hərbi konvoyu "Təhrir əş-Şam" döyüşçülərinin mühafizəsi altında döyüş mövqelərini qurur.

Türkiyə ötən şənbə günü bəyan etmişdi ki, “deeskalasiya zonalarının” yaradılmasına dair keçən ay Rusiya və İranla əldə etdiyi razılaşmaya əsasən, İdlib və onun ətrafında döyüş əməliyyatları aparacaq.

Türkiyə, Rusiya və İran arasında əldə edilmiş razılaşmaya əsasən Suriya ərazisində bir neçə təhlükəsizlik zonaları yaradılıb. İdlibin daxil olduğu zonaya Türkiyə nəzarət etməlidir.

Maraqlıdır ki, Türkiyənin hərbi maşınlarını deeskalasiya zonalarının yaradılmasını qəbul etməyən "Təhrir əş-Şam" təşkilatının döyüşçüləri müşayiət edirlər.

"Reuters" yazır ki, bu fakt nəzərə alınarsa, hər iki tərəf arasında toqquşmaların olmayacağını güman etmək olar. Türkiyə hərbiyyəsinin İdlibdə aparacağı əməliyyatlara onun "Fərat qalxanı" əməliyyatında iştirak etmiş qiyamçı qruplaşmalar da qoşulacaqlar. Bu qruplardan bəziləri bu bölgədə əvvəllər bir-birləri ilə vuruşublar.

Türkiyənin bir il əvvəl keçirdiyi "Fərat qalxanı" əməliyyatından məqsəd İŞİD-çilərin  Türkiyə sərhədindən çıxarılması və eyni zamanda kürd YPG qüvvələrinin yeni ərazilər tutmasının qarşısının alınması idi.

Birləşmiş Ştatlar tərəfindən dəstəklənən YPG qüvvələri Suriyanın şimal-qərbindəki əksər ərazilərə nəzarət edir. Kürdlər bu ərazini Afrin bölgəsi ilə birləşdirməyə can atırlar.

Türkiyə YPG-ni ona düşmən olan PKK kürd separatçı təşkilatının Suriya qolu hesab edir və Şeyx Bərəkətdə mövqe tutulması Afrinin üç tərəfdən dövrələnməsi ilə nəticələnməlidir.



Xəbərin oxunma sayı : 94




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap