Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Türkiyə ilə ABŞ arasında “əsəb müharibəsi“:Menbiç ABŞ üçün nədən bu qədər önəmlidir? - TƏHLİL

Tarix 27.01.18, 22:30

Font ölçüsü : - / +
bitmap-img6


Sedat Ergin

“Hürriyet”, Türkiyə, 26 yanvar 2018-ci il

Prezidentlər arasındakı telefon danışığından sonra ortaya çıxan məlumatlardakı və şərhlərdəki bütün fərqləri və bu durumun yaratdığı məna qarışıqlığını bir tərəfə qoyaq. ABŞ prezidenti Donald Trampın öncəki axşam prezident Rəcəb Tayyib Ərdoğanı axtarma ehtiyacı hiss etməsinin ortaya qoyduğu çılpaq bir həqiqət vardır. Bu həqiqət Türkiyənin başlatdığı “Zeytun budağı” hərəkatının Amerika tərəfində, birbaşa prezidentin Ankaradakı tərəf-müqabilini axtarmasını lazımlı edəcək ölçüdə bir təzyiq və sıxıntı yaratmış olmasıdır.

Bunda Türkiyənin Afrinə girməsi və ABŞ-ın meydandakı hərbi müttəfiqi olan PYD/YPG-ni hədəf almasının Amerikanın qərarvericilərinin Suriyaya yönəlik oyun planlarına və etdikləri hesablara mənfi təsir etməsi rol oynayır.

Ayrıca, verilən açıqlamalara baxdıqda, Amerika tərəfinin qayğısının Afrindən daha çox Menbiç üzərində cəmləşdiyini söyləmək mümkündür. Bunun səbəbi Menbiçdə ABŞ hərbi varlığının mövcud olmasıdır. ABŞ tərəfi qarşıdurmaların davam etməsi halında öz hərbçilərinin başına bir şey gəlməsindən narahatdır.

Ağ ev öz açıqlamasında Trampın “Türkiyənin ehtiyatla hərəkət edərək, ABŞ və Türkiyə hərbçiləri arasında qarşıdurma olması riski yarada biləcək hərəkətlərdən qaçınmasını istədiyini” vurğulamışdır.

Bu arada, dünənki “New York Times” qəzetinin Ərdoğan-Tramp görüşündən bəhs edən xəbərindən öyrənirik ki, Türkiyə Hava Qüvvələrinə aid döyüş təyyarəsi öncəki gün Menbiçin yaxınlarına bomba atıb. Xəbərdə kürd mənbələrinin bombanın boş bir əraziyə düşdüyünü bildirdikləri çatdırılır. Ehtimala görə, bomba bu görüşdən bir müddət öncə atılıb.

Hərbi hərəkatın əvvəlindən etibarən həyata keçirdikləri dəqiq nöqtə atışları ilə diqqəti cəlb edən Türkiyə Hava Qüvvələrinin Menbiçin yaxınlarına bu bombanı yanlışlıqla atdığını, hər halda, kimsə düşünmür. Məlumdur ki, Türkiyə tərəfi bu hərəkətilə istədiyi halda hərəkatı Menbiçə doğru “sürüşdürə biləcəyi” mesajını verərək, Amerika tərəfini təzyiq altına almaq istəməkdədir.

İndi isə Ərdoğan-Tramp görüşündən sonra Türkiyə tərəfindən “Anadolu” agentliyinə “düzəliş etmə məqsədilə” edilən məlumatlandırmadakı önəmli bir detala gələk. Baxın, bu məlumatlandırmada “qaynaqlar” görüşün Menbiçlə bağlı hissəsini necə çatdırır:“ABŞ tərəfinin əməliyyatın müəyyən bir zaman müddətilə məhdudlaşdırılmasını, Menbiçdə az da olsa ABŞ hərbçisi mövcud olduğundan, oralarda qaynar münaqişə ehtimalına yol verilməməsinin lazım olduğunu ifadə etdiyi bildirildi. Türkiyə tərəfinin də PYD/YPG ünsürlərinin, daha öncə söz verildiyi kimi, Fəratın şərqinə çəkilməli olduğunu, çəkilmə baş verdikdə Menbiçin mümkün İŞİD təhdidinə qarşı türk hərbi dəstəyindəki Azad Suriya Ordusu tərəfindən qoruna biləcəyini bildirdiyi qeyd edildi”.

Bundan telefon danışığında Trampın “Menbiçə girməyin” dediyini, Ərdoğanın da “Söz vermişdiniz, siz  PYD/YPG ilə birlikdə Menbiçi boşaldın, biz oranı qoruyarıq” deyərək, cavab verdiyini anlayırıq.

Türkiyənin “Fərat qalxanı” əməliyyatı zamanı Amerika tərəfinin PYD/YPG-ni Menbiçdən Fəratın şərqinə keçirmə sözü verib, bu sözü tutmaması Türkiyə-ABŞ münasibətlərindəki etimad böhranının səbəblərindən biridir. Menbiç qəsəbəsi hələ də PYD/YPG-nin nəzarətindədir və amerikalılar burada kürd qruplara hərbi təlim verməkdədirlər. Amerikalıların Menbiçdə bayraq göstərməsi müttəfiqi PYD/YPG-ni qorumaq və Türkiyəni onlara yönəlik həmlə etməkdən çəkindirmək məqsədi daşıyır.

Məlumdur ki, Türkiyə tərəfi də Afrin üzərindən yaratdığı təzyiqlə, münaqişəyə girməməyə üstünlük verərək, YPG-ni Afrin kimi Menbiçdən də təmizləmək istəyir. Beləliklə, “Fərat qalxanı” əməliyyatı ilə Cerablus-Azez oxu üzərindən Suriya sərhəddinin altında nəzarətə aldığı bölgəni, Menbiçi də içinə qataraq, genişləndirəcəkdir.

Menbiç qəsəbəsilə şərqindəki Fərat çayının arası 25 km-dir. Menbiç Türkiyənin nəzarətində olan bölgənin cənub sərhəddinin 12 km-dək altındadır. Prezident Ərdoğan, “Türkiyə Silahlı Qüvvələrinin Afrin və Menbiç məsələsini həll edəcəyini, hazırlıqların tamamlandığını” bildirərək (15 yanvar 2018-ci il) və “İnşallah, sabah, o biri gün – qısa bir müddət içində Afrin və Menbiçdən başlayaraq Suriyadakı digər terror yuvalarını da bir-bir dağıdacağıq” (16 yanvar 2018-ci il) deyərək, Afrin kimi, Menbiç məsələsində də Türkiyəni bağlamışdır.

Türkiyə ilə ABŞ arasında Menbiç üzərindəki “əsəb müharibəsi”nın önümüzdəki günlərdə necə nəticələnəcəyi indidən Afrin hərəkatının ən kritik suallarından biri halına gəlib.

Tərcümə Strateq.az-ındır



Xəbərin oxunma sayı : 250




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap