Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Türkiyə ilə Rusiya arasında gərginlik yenidən alovlanır

Tarix 25.03.17, 21:05

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin “Hürriyet” qəzeti yazır ki, 2016-cı ilin may ayında Suriyadakı ABŞ Xüsusi Qüvvələri əsgərlərinin qollarında kürd Xalq Müdafiə Birlikləri və ya YPG-nin nişanları görünəndə Ankara buna hiddətlə reaksiya vermişdi.

“Hürriyet” yazır ki, ötən həftə YPG-nin emblemi artıq Suriyanın şimalındakı Afrin şəhərinə yeridilmiş Rusiya əsgərlərinin qollarında görünüb.

Bu ərazi Türkiyə sərhədinə olduqca yaxındır və Ruisya özünün “atəşkəsin monitorinqi stansiyasını” məhz burada, kürd qüvvələri ilə Türkiyənin dəstəklədiyi gücləri ayıran cəbhə xəttində qurublar.

“Hürriyet” qəzetinin müəllifi hesab edir ki, indiki vəziyyət faktiki olaraq Türkiyəyə “Rusiya əsgərlərini vurmaq riskinə girmək istəmirsinizsə, YPG-yə qarşı heç nə etməməlisiniz” deməkdir.



2016-cı ildə ABŞ əsgərlərinin YPG nişanları taxması Türkiyəni qəzəbləndirmişdi

Qəzet vurğulayır ki, üstəlik sanki prezident “Rəcəb Tayyib Ərdoğanın və hakim Ədalət və İnkişaf Partiyası – AKP-nin yarasına duz basırmış kimi” Rusiya əsgərlərinin YPG qol nişanları ilə göründüyü gün, martın 22-də Pentaqon Raqqa yaxınlığında İŞİD-in arxasına paraşütlə Suriya Demokratik Qüvvələrinin döyüşçülərini atdığını bəyan edib.

Bu da xəbər verilir ki, amerikalılar bu desant dəstəsini havadan helikopterlərlə, yerdən isə artilleriya ilə dəstəkləyiblər.

“Hürriyet” yazır ki, Pentaqon bunun “Suriya ərəb qüvvələri” olduğunu desə də, kürd YPG əsgərləri paraşütçü forması geyindikləri şəkilləri sosial mediada paylaşıblar.

Qəzetin yazdığına görə senator Con Makkeyn martın 22-də deyib ki, Tramp administrasiyası dilemma qarşısındadır. ABŞ qüvvələri üçün son üç ildə müttəfiqlik etdikləri YPG qüvvələri olmadan Raqqa əməliyyatını həyata keçirmək çox çətin olardı.


Türkiyə mətbuatı YPG qol nişanları taxan Rusiya hərbçilərindən yazır

Senator deyib ki, hadisələrin belə inkişaflı ABŞ-ın NATO müttəfiqi Türkiyəni ciddi şəkildə narazı salacaq.

Hürriyet işarə edir ki, bu, prezident Ərdoğanın böyük ümidlər bəslədiyi 16 aprel referendumu ərəfəsində o qədər də yaxşı xəbər deyil.

Lakin indi vəziyyət Ərdoğan üçün daha da qəlizləşib.

TRT xəbər verib ki, YPG kürdlərinin nəzarətində olan Afrin ərazisindən snayper atəşləri nəticəsində sərhədin Türkiyə tayındakı Hatay məntəqəsində bir əsgər həlak olub.

Türkiyə bilidirir ki, martin 23-də bu hadisə baş verərkən Rusiya əsgərləri artıq Afrində idilər və snayper güllələri faktiki olaraq onların başı üstündən atılıb.

Bu hadisə ilə əlaqədar Türkiyə Rusiyanın Ankaradakı səfir əvəzini Xarici İşlər Nazirliyinə dəvət edib.

Səfir əvəzinə xəbərdarlıq edilib ki, YPG tərəfindən bir daha belə hücumlara yol verilərsə, Türkiyə cavab verməli olacaq.

Rusiya əsgərləri və Suriyadakı kürd qüvvələrin birgə Novruzu

Türkiyə Xarici İşlər nazirliyinin sözçüsü Hüseyin Müftüoğlu martın 23-də bəyan edib ki, Türkiyə “onun üçün həssas olan məsələlərdə Rusiyadan ehtiram gözləyir”.

Müftüoğlu qollarında YPG nişanları olan Rusiya əsgərlərinin sosial mediada yayılan şəkillərini“xoşagəlməz” hal adlandırıb.

Sözçü habelə bildirib ki, Türkiyə Rusiyanı Süriya kürdlərinin Moskvadakı nümayəndəliyini bağlamağa çağırıb.

Müftüoğlu bunu da vurğulayıb ki, Ankara ABŞ-ın dəstəklədiyi kürd YPG qüvvələrinin İŞİD-in Raqqadan çıxarılması üçün hər hansı əməliyyatda iştirakını yolverilməz hesab edir.

“Newsweek” məcmuəsi YPG kürd qüvvələrinin və Rusiya əsgərlərinin Afrində birgə çəkdirdikləri fotoları göstərən tvitləri dərc edib.



“Twitter”də Suriya kürdləri ilə Rusiya hərbçilərinin Novruz bayramındakı şəkilləri paylaşılıb

YPG-lilərin paylaşdıqları düşünülən bu fotolarda onların Rusiya əsgərləri ilə birlikdə Novruz bayramını qeyd etdikləri əks olunur. Bu fotoların çəkilmə tarixi martın 21-i göstərilir.

“Newsweek” yazır ki, martın əvvəllərində Moskva Suriyanın hökumət qoşunları ilə ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDQ) arasında sülh sazişinin vasitəçiliyini edib. SDQ birləşmələrinin özəyini isə kürdlərin YPG birliyi təşkil edir.

Məqalədə deyilir ki, bu saziş, əslində Türkiyə qoşunlarının Mənbic şəhərini ələ keçirmək planlarını iflasa uğradıb.

Bundan əvvəl YPG qüvvələri Qərb mediasına bildirmişdilər ki, təşkilatın rəhbərliyi ilə Suriyadakı Rusiya qoşunlarının komandanlığı arasında da saziş imzalanıb.

Onlar deyirdilər ki, bu sazişə əsasən Afrində hərbi baza yaradan ruslar burada kürd qüvvələrinə təlim keçəcəklər.

Rusiyanın Müdafiə Nazirliyi bu xəbərlərə “düzəliş” edərək bildirmişdi ki, söhbət hərbi bazadan yox, “barışıq məntəqəsindən” gedir. Amma Moskva kürd qüvvələrə təlim verilməsini təkzib etməmişdi.

Suriya kürd qüvvələri Türkiyənin narahatlıqlarına hələki heç bir reaksiya verməyiblər.

Qərb mediası, ümumilikdə Rusiya və Türkiyə arasında çox ciddi ixtilafın başlandığından yazır.

Elə Rusiya mediası da bunu gizlətmir.

“Təmkinli” Putin, “çılğın” Ərdoğan

“Moskovski Komsomolets” qəzeti yazır ki, “Rusiya və Türkiyə yenə də dava-dalaşın kandarındadırlar”.

Məqalədə deyilir ki, Türkiyə Xarici İşlər Nazirliyində Rusiya diplomatlarının məzəmmət edilməsi buna misaldır və əslində, Moskvada Suriyaya dair son danışıqlar da əvvəlki qədər uğurlu olmayıb.

Qəzet yazır ki, “təmkinli” Putindən fərqli olaraq, Ərdoğan hər an “partlaya” bilər.


Rusiya mediası iki liderin tezliklə toqquşa biləcəyindən yazır

Məqalədə bu da xəbər verilir ki, Ankara ilhaq edilmiş Krımla İstanbul arasındakı bərə nəqliyyatını birtərəfli şəkildə ləğv edib.

Artıq martın ortalarından Sevastopol, Kerç, Yalta, Feodosiya və Yevpatoriyadan gələn gəmilərə nəinki Türkiyə limanlarına daxil olmaq, hətta bu orada yanacaq doldurmaq da qadağan olunub.

Ərdoğan tərəfindən Rusiyaya qarşı daha bir xoşagəlməz addım martın 15-də Astanada atılıb.

Burada Rusiyanın egidası altında keçirilən Suriya sülh danışıqlarına ilk dəfə olaraq Suriya müxalifətinin nümayəndələri gəlməyiblər. Onların Astana danışıqlarında iştirakını Ankara təmin edirdi.

Qəzet yazır ki, Ərdoğan Putinin Suriya sülh planını faktiki olaraq iflasa uğratdırıb.

“Moskovski Komsomolets” həm də iki ölkə arasında son günlər baş qaldırmış “taxıl qalmaqalından” yazır.

Məqalədə deyilir ki, Türkiyə qəflətən Rusiya taxılını almaqdan imtina edib. Bundan əvvəl Türkiyə taxıl idxalına 130 faizlik rüsum qoyub. Türkiyə habelə Rusiya qarğıdalısından da imtina edib.

Moskva bu addımı yeni mövsümün başlanğıcı üçün pis xəbər adlandırır. Türkiyə Rusiya taxılının ikinci ən böyük idxalçısıdır.

“Moskovski Komsomolets” yazır ki, ölkələr arasındakı münasibətlər qarşılıqlı maraqlar yox, liderlərin münasibətləri üzərində qurulursa, belə əməkdaşlığın proqnozunu vermək asan deyil. Belə olduqda ən xırda hadisə bu münasibətlərin pozulmasına səbəb ola bilər.

Pomidor-xiyar, yoxsa geosiyasət

Qəzet yazır ki, hələlik prezident Vladimir Putin iki ölkə arasında baş verənləri sankı görməməzliyə vurur. Amma gələcək tonqalın odunları artıq qalaqlanıb.

Bu da qeyd olunmalıdır ki, Ərdoğana hədsiz səlahiyyətlər verəcək 16 aprel referendumunun ərəfəsində Ərdoğan da “xoşagəlməz” insidentləri qabartmır.


Türkiyə tərəvəzi hələ də Rusiya piştaxtalarına qayıtmayıb

Məsələn, Britaniyanın ticarət daşımalarından yazan “Rwfreight” saytı bildirir ki, Türkiyə Rusiyadan taxıl idxalını qadağan etmədiyini bəyan edib, lakin bu idxal tamamilə dayana bilər.

Türkiyənin ticarət naziri Nihat Zeybekci deyib ki, sadəcə olaraq Türkiyə şirkətləri Rusiyadan taxıl, qarğıdalı və günəbaxan yağı almaq istəmirlər.

Sayt bunu da bildirir ki, Rusiya, Türkiyə hökumətinin ötən həftə dərc etdiyi rüsumsuz idxal lisenziyası siyahısına daxil edilməyib.

“Financial Times” qəzeti isə yazır ki, heç Rusiya da hələlik Türkiyə tərəvəzinin idxalına qoyulmuş qadağanı əməldə aradan qaldırmayıb.

Türkiyə biznesmenlərinin Rusiyaya səfərləri də problemli olaraq qalır.

Türkiyənin Rusiya taxılına qoyduğu yazılmamış qadağana gəlincə isə, Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç martın 23-də bəyan edib ki, bu, iki ölkə arasında əməkdaşlığın bərpasını ciddi şəkildə əngəlləyə bilər.

Lakin siyasi təhlilçilər Moskva və Ankara arasındakı münasibətlərin əngəllənməsi səbəbini taxıl və ya pomidor-xiyar idxalında yox, konkret olaraq kürd məsələsində görürlər.

Bir sıra Qərb şərhçiləri bildirirlər ki, hazırda Suriya kürdləri məsələsində Vaşinqton və Moskva arasında “çox nadir həmrəylik” yaranıb və belə bir şəraitdə Suriyada hər hansı bir formada kürd muxtariyyətinin yaranacağı o qədər də uzaq perspektiv kimi görünmür. (“Azadlıq” radiosu)




Xəbərin oxunma sayı : 1153




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap