Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Türkiyə parlamentində Metsamor AES-lə bağlı məsələ qaldırılıb- Araşdırma tələb olunur

Tarix 12.12.19, 19:28

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə parlamentində təmsil olunan Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputatlar Ermənistanın Metsamor AES-nin qonşu ölkələrə mənfi təsirinin araşdırılması ilə bağlı məsələ qaldırıblar. Millət vəkilləri təklif edirlər ki, bu atom elektrik stansiyasının ətraf mühitə vurduğu zərər dəqiqliklə araşdırılsın.

CHP-nin Zonquldak vilayətindən olan millət vəkili Dəniz Yavuz Yılmaz parlamentdə keçirdiyi mətbuat konfransında deyib: “Bizim partiya Metsamor atom elektrik stansiyasının Türkiyəyə və qonşu ölkələrə mənfi təsirini araşdırmaq üçün parlamentdə qanunvericilik təşəbbüsü ilə çıxış edib. Bu problemin həlli məqsədilə konkret addımların atılması üzrə beynəlxalq rəy formalaşdırmaq istəyirik”. O əlavə edib ki, qanunverici təşəbbüsü 40 millət vəkili imzalayıb. Türkiyəli deputat bildirib ki, Metsamor AES Çernobıl qədər təhlükəlidir.

Metsamor AES 1976-cı ildə istismara buraxılıb və Türkiyənin Ermənistanla şərq sərhədindən 16 kilometr aralıda yerləşir. Stansiya Ermənistanın elektrik enerjisinə olan tələbatının 40 faizini ödəyir. Lakin Ankara və Bakı onun beynəlxalq təhlükəsizlik standartlarına cavab vermədiyi barədə dəfələrlə məsələ qaldırıblar. Ermənistan isə AES-in fəaliyyətini 2026-cı ilədək davam etdirməyi planlaşdırır(azərtac).



Xəbərin oxunma sayı : 211




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap