Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Türkiyə Rusiyadan S-400 kompleksləri aldı

Tarix 26.07.17, 0:38

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Rusiya və Türkiyə S-400 tipli zenit-raket komplekslərinin tədarükü üzrə saziş imzalayıb. Bu barədə RIA “Novosti” xəbər verib.

“Biz Rusiya Federasiyası ilə lazımı addımları atdıq, imzalar atılıb, ümid edirəm ki, biz S-400-ləri ölkəmizdə görəcəyik və birlikdə onların istehsalını həyata keçirəcəyik”, - deyə Ərdoğan Ankarada hakim partiyanın parlament fraksiyası önündə çıxışı zamanı bildirib.

Türk lider nə vaxt və hansı sənədlərin imzalanmasını dəqiqləşdirməyib.

Ərdoğan əlavə edib ki, hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün müəyyən tədbirlər görmək hüququna malikdir: “Əgər birgə istehsal imkanı varsa, onda bu bizim üçün prioritetdir. Lakin biz bunu ABŞ-la birgə illərdir ki, edə bilmiriksə, onda özümüz həll yolu tapacağıq. Yunanıstan “S-300”-lər istifadə edir və bu ABŞ-ı narahat etmir. Niyə onları bizim Rusiya ilə əməkdaşlığımız narahat edir?”



Xəbərin oxunma sayı : 169




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap