Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Türkiyə Rusiyanın S-400 zenit-raket sistemini alır

Tarix 12.09.17, 21:08

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya və Türkiyə S-400 zenit-raket sisteminin tədarükü haqqında saziş imzalayıblar

AzFakt.com RİA Novostiyə istinadən bildirir ki, bu barədə Rusiyanın hərbi-texniki əməkdaşlıq məsələləri üzrə Federal Xidmətinin mətbuat mərkəzi xəbər yayıb.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan buna görə Rusiya tərəfinə beh də verildiyini bildirmişdi: "Mən və Putin bu mövzuda qərarlıyıq".

RF prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin də tərəflər arasında saziş imzalandığını təsdiqləyib: "Hazırda razılaşma icraya hazırlanır".

Xatırladaq ki, bir çox hərbi ekspertlər S-400 zenit qurğusunu Putinin ən ölümcül silahlarından biri kimi xarakterizə edirlər. Raketin mərmi sistemi havadan gələ biləcək bütün təhlükələri yox etmək üçün hazırlanıb. S-400 Triumf zenit-raketi elə hazırlanıb ki, nəinki mövcud texnologiya, hətta gələcəkdə inkişaf etdiriləcək texnologiyalar ilə hazırlanacaq qurğuları zərərsizləşdirmək qabiliyətinə malikdir.

2007-ci ildən bəri Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alan və Rusiyanın Almaz Ante Dizayn Bürosu tərəfindən inkişaf etdirilən S-400 Triumf raketi özünəməxsus xüsusiyyətlərə malikdir. S-400 Triumfdan zərbə açıldığı an raket 4800 saniyədə hədəfinə çata bilir. 30 min metr hündürlükdə işləyə və beş dəqiqədə yerləşdirilə bilən S-400 raketi 400 kilometrlikdəki hədəfi tam zərərsizləşdirmək qabiliyyətinə malikdir. Raketdən atılan mərmilər 1800-1900 kiloqram ağırlığına malikdir və ölümcül təsiri var.



Xəbərin oxunma sayı : 127




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap