Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Türkiyə Suriyadakı əməliyyatları Rusiya və ABŞ-la əlaqələndirəcək- Açıqlama

Tarix 16.12.18, 11:58

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Suriyada hər hansı bir qarşıdurmanın yaranmaması üçün öz addımlarını Rusiya və ABŞ ilə əlaqələndirmək niyyətindədir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Doha forumunun kuluarlarında Türkiyə prezidentinin müşaviri İbrahim Kalın deyib.

“Biz İŞİD əleyhinə koalisiyanın bir hissəsiyik və onunla mübarizəni dəstəkləyirik. Buna görə də, öz səylərimizi əlaqələndirmək istəyirik, hərbçilərimiz istənilən qarşıdurmadan dəqiq yayınmaq üçün amerikalılarla, ruslarla və koalisiyanın Suriyada olan digər üzvləri ilə sıx əlaqədə olacaq”, – deyə o bildirib.

Kalın həmçinin münaqişələrin qarşısının alınması üzrə mexanizmin olduğunu və bu mexanizmin reallaşdırılacağını dilə gətirib.

O eyni zamanda bildirib ki, Türkiyə öz sərhədində terror təhlükəsinin aradan qaldırılması üçün əlindən gələni edəcək.

Daha əvvəl Avropa İttifaqı Türkiyəni Suriyada kürd silahlılarına qarşı hərbi əməliyyatlar aparmamağa çağırıb.



Xəbərin oxunma sayı : 100




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap