Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Türkiyə uyğurlardan üz döndərir – Rəsmi Ankara “xəyanət“in əvəzini çıxır - Təhlil

Tarix 10.08.17, 4:19

Font ölçüsü : - / +
bitmap-img6


Fəhim Taştəkin

“Al-Monitor”


Xarici işlər naziri Mövlüd Çavuşoğlunun Çinə səfəri Şərqi Türküstan (uyğur) siyasətində böyük qırılmaya işarədir.

Avqustun 3-4-də Çavuşoğlu Türkiyədəki Çin əleyhinə olan qüvvələri ləğv etməyə dair vəd verib. Bundan əvvəl Çinin terrorçu təşkilat saydığı Şərq Türküstan İslami Hərəkatı üzvlərinin Türkiyə vasitəsilə Suriyadakı müharibəyə qatılması Türkiyə-Çin əlaqələrini gərmişdi. Rəsmi Pekin uyğurların Suriyaya keçidində Türkiyəni suçlayır, Çindən qaçan bəzi uyğurların saxta türk pasportu ilə tutulmasını buna əsas gətirirdi.

Suriya-Türkiyə sərhədində bəzi təşkilatlar arasında parçalanma yaşanarkən, uyğurlar da “Əl-Qaidə” ilə əlaqəli “Nusra Cəbhəsi”nə – “Heyət Təhrir əl-Şam”a qatılaraq Ankaraya əks mövqe tutub.

Pekində Çavuşoğlunu qəbul edən Çinin xarici işlər naziri Vanq Yi ortaq mətbuat konfransında deyib: "Çavuşoğlu Çinin təhlükəsizliyinin Türkiyənin təhlükəsizliyi olduğunu və ölkəsində Çinə yönəlik heç bir mənfi fəaliyyətə icazə verməyəcəklərini vurğulayıb. O, Türkiyənin Şərq Türküstan İslami Hərəkatını terror siyahısına daxil etdiyini söyləyib. Çin, Türkiyənin bu mövqeyini təqdir edir”.

Çavuşoğlu da “İstər ölkəmizdə, istər bölgəmizdə Çinə yönəlik heç bir mənfi fəaliyyətə icazə vermirik" ifadələrini işlədib. Nazir türk mediasında Çin əleyhinə çağırışları ləğv etməyə çalışacaqlarını da əlavə edib.

Şərq Türkistan İslami Hərəkatını terror təşkilatı kimi tanıma qərarı isə hətta beynəlxalq agentliklərin diqqətini çəkib.

Türkiyənin Suriyada döyüşə iştirak edənlərə dair açıq sərhəd siyasəti, – Asiyadan gələn türk mənşəlilərdən söz düşdükdə, – daha təşviqedici ölçü qazanıb. Bu, bir-birinə onsuz da şübhə ilə baxan Pekin-Ankara əlaqələrində mənfi əks olunub.

Prezident Rəcəb Tayyib Ərdoğan 2009-cu ildə Şərq Türküstandakı (Sincan Muxtar Bölgəsi) hadisələri soyqırımı adlandırıb. Bu çıxışın yol açdığı gərginliyi azaltmaq asan olmayıb. Uyğurların Türkiyə vasitəsilə Suriyadakı müharibədə iştirakı Çin-Türkiyə soyuq müharibəsini yenidən alovlandırıb.

Türkiyənin 2015-ci ildə Çindən qaçan və Tailandda tutulan uyğurlara sığınacaq təqdim etmə səyi Pekini ciddi şəkildə narahat edib. Çin saxta türk pasportları ilə uyğurların ölkə xaricinə çıxışlarını təşkil etməklə günahlandırdığı 10 türkü də həbsə atıb.

Ərdoğanın Şanxay Əməkdaşlıq Təşkilatına girmə həvəsi, "Bir Qurşaq-Bir Yol" adı verdiyi yeni İpək Yolu layihəsinin Ankarada həyəcan yaratması və Türkiyənin Rusiya ilə koordinasiya halında Suriya siyasətində dəyişikliyə getməsi Pekin-Ankara yaxınlaşmasının önünü yenidən açıb. 2018 – Çində "Türkiyə turizmi ili" elan edilib. Türkiyə indi illik 3 milyon çinli turist gözləyir.

Çin əleyhinə fəaliyyətə icazə verilməyəcəyi öhdəliyi sayı 300 min olan uyğur mühaciri narahat edir. Uyğurlar Türkiyənin Şərqi Türküstanın azadlıq axtarışına verdiyi dəstəyi kəsib-kəsməyəcəyi müzakirəsinə kilidlənib.

Sosial mediadan rəsmilərə çağırış kampaniyaları başlayıb. Şəbəkədə "Türkiyə Türküstana xəyanət etdi," "Türkiyə Şərqi Türkistan İslami Hərəkatını terror təşkilatı olaraq tanıdı" ifadələrinə rast gəlinir.

Kürdlər kontekstində muxtariyyət fikrinə son dərəcə allergik olan Türkiyədə cəmiyyət, siyasət və media Şərqi Türküstana son dərəcə rəğbətlə baxır. Amma Dünya Uyğur Konqresinin sədri Rəbiyə Kader Türkiyəyə buraxılmır. Halbuki Türkiyənin açdığı qapılardan “əl-Qaidə” və “Taliban”la bağlı uyğurlar rahatca keçə bilir. Bununla bərabər, Şərqi Türküstan İslami Hərəkatı ilə əlaqəli hər cür nəşr Türkiyədə toxunulmazlıq içindədir.

Suriyanın şimalında “Heyət Təhrir əl-Şam”ın idarəsindəki İdlibdə xeyli uyğur var. Bundan başqa, “Taliban”ın köməyi ilə Pakistan-Əfqanıstan sərhədi onlar üçün yeni ünvandır.

2015-ci ildə “Nusra Cəbhəsi” və “Əhrar əl-Şam” liderliyindəki “Fəth Ordusu”nun İdlib ələ keçirməsindən sonra bölgəni tərk edən ələvi və digər dini azlıqların evlərinə uyğurların yerləşdiyi deyilir.

Suriyadakı uyğurların sayına dair fikirlər müxtəlifdir. Suriyanın Çindəki səfiri İyad Mustafa, Suriya ordusuna qarşı döyüşən uyğurların 4 min 500-dən 5 min nəfərə qədər olduğunu söyləyib. Müstəqil qaynaqlar, ailələri istisna olmaqla, Şərqi Türküstan İslami Hərəkatı üzvü olan 300-1000 nəfəri “sayıb”.

“Əhrar əl-Şam” və “Heyət Təhrir əl-Şam” arasında ayrılma dərinləşərkən, uyğurlar da Türkiyə hökuməti baxımından səhv səfə addım atıb. Əgər “Əhrar”a qatılıb “Fərat Qalxanı”na dəstək versəydilər, onlara qarşı rəftar bəlkə də fərqli olacaqdı.

Tərcümə: Strateq.az



Xəbərin oxunma sayı : 238




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap