Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Türkiyə XİN-dən Fransaya etiraz:“Bu, beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır“

Tarix 26.11.20, 12:58

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Xarici İşlər Nazirliyi (XİN) noyabrın 25-də Fransa Senatında “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul edilməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Fransa Senatının Dağlıq Qarabağ münaqişəsi haqqında dünən qəbul etdiyi qətnamə beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır.

“Qətnamədə Türkiyəyə dair qeyd olunan əsassız iddiaları isə tamamilə rədd edirik. Fransa Senatının bu qərarı bitərəf olması zəruri olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu günə kimi məsələyə niyə həll yolu tapmadığının, necə tərəf tutduğunun açıq nümunəsidir. Ermənistanın daha əvvəl Tovuzda, sonra Dağlıq Qarabağda nümayiş etdirdiyi təcavüzkar hərəkətlərinə və təxribatlarına Azərbaycan lazımi cavabı verib və təxminən 30 ildir işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın döyüş meydanında əldə etdiyini nəticə BMT qətnamələrinə söykənir”, – deyə qeyd olunub/APA.



Xəbərin oxunma sayı : 796




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap