Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Türkiyədə “Hayırlı olsun” demək də təhlükəlidir...

Tarix 24.02.17, 17:43

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin «Pinqvin» adlı məşhur satirik jurnalı bir karikatura dərc edib. Seçki kabinəsində olan adam əlindəki bülletendə seçimlərdən birinin yerinə «hə», o birininkinə isə «yox» əvəzinə «terrorçu» yazıldığını görüb gözlərini bərəldir.

BBC Türkiyədə «yox» – «hayır» sözünün, az qala, yasaqlandığını yazır. Məsələ burasındadır ki, referendum öncəsi hökumət konstitusiyaya dəyişiklikləri qəbul etdirməkdən, yəni dəyişikliklərə «hə» dedirtməkdən ötrü kampaniyaya başlayıb. İstanbulun hər yerində «dəyişikliklərə «hə»deyək» çağırışlı şüarlar asılıb. Siqaretə qarşı təbliğat bukletləri isə üzərində «yox» yazıldığına görə yığışdırılıb, parlament üzvlərindən biri bukletlərin xalqı çaşdıra biləcəyini deyib.

 «Digitürk» kabel provayderi «Oscar»a namizəd olan və Pinochet rejiminin referendumdakı məğlubiyyətindən bəhs edən «No» (Yox) filminin yayımını dayandırıb. BBC «Digitürk»ü yaxın keçmişdə prezident Rəcəb Tayyib Ərdoğana yaxın olan Qətər şirkətinin aldığını xatırladır. Şirkət filmin yayımının dayandırılması haqda suallara cavab vermək istəməyib.

Prezident Ərdoğan bu yaxında çıxışlarından birində deyib ki, «yox» deyənlər sui-qəsdçilərin tərəfində dayandıqlarını göstərəcəklər: «Separatçı, terrorçu «yox» deyər, «yox» deyənlər onların yanında dayananlar olar». Ankara meri də Twitter hesabında «bütün satqınlar «yox» deyirlər»yazıb. Rəsmilər, əlbəttə, konstitusiyaya dəyişikliklərə «yox» deyənləri nəzərdə tuturlar.

BBC müəllifi isə indi türklərin hətta «xeyirli» mənası verən «hayırlı» sözünü də işlətməkdən çəkindiyini (kökü «hayır» sözüylə omonim olduğuna görə), məsələn, «hayırlı cumalar» yerinə «cumamız mübarək» dediklərini yazır.Bu günlərdə İstanbulun Kadıköy rayonunda polis işçiləri konstitusiya dəyişikliklərinə «yox» kampaniyası aparan qrupa hücum ediblər. İnternetdə yayılan videolarda polisin silaha əl atdığını, gözyaşardıcıqazdan istifadə etdiyi görünür.

Türkiyənin ən çox satılan qəzetlərindən biri, getdikcə hökumətə meyllənən «Hürriyet» yazıçı, Nobel mükafatçısı Orhan Pamukla müsahibəni təxirə salıb. Yazar bir az əvvəl referendumda «yox» deyəcəyini elan edibmiş.

Keçən həftə isə «Kanal D» məşhur aparıcısını – İrfan Degirmençi sosial şəbəkələrdə referenduma «yox» kampaniyası apardığına görə işdən qovub. Türkiyədə referendum aprelin 16-na təyin olunub. Səsverməyə çıxarılacaq konstitusiya düzəlişləri prezidentin səlahiyyətlərinin və fəaliyyət müddətinin uzadılmasını nəzərdə tutur. Ərdoğanın tərəfdarları bu dəyişikliyin ölkənin qarşısında dayanan sınaqların öhdəsindən gəlmək, hakimiyyəti gücləndirməkdən ötrü vacib olduğunu deyir. Tənqidçilərin fikrincə, məqsəd şəxsən Ərdoğanın təkhakimiyyətliliyini təmin etməkdir.



Xəbərin oxunma sayı : 214




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap