Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Türkiyədə ABŞ prokurorlarına qarşı cinayət işi başlandı

Tarix 19.11.17, 15:50

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədə ABŞ prokurorları Prit Bxarar və Cun X.Kimə qarşı cinayət işi başlanıb.

APA-nın verdiyi xəbərə görə, cinayət işinə İstanbul prokurorluğu tərəfindən ABŞ-da bir neçə Türkiyə vətəndaşı barəsində məhkəmə icraatının gedişatı ilə əlaqədar başlanılıb. Prokurorluğun məlumatında qeyd olunur ki, istintaq zamanı əsassız məlumatlar və ya oğurlanmış sənədlər sübut və dəlil kimi istifadə edilib.

“ABŞ prokurorlarının hərəkətləri beynəlxalq hüquq normalarına və Türkiyənin qanunvericiliyinə  ziddir”, deyə Prokurorluğun məlumatında qeyd olunur.

Qeyd edək ki, martda ABŞ-a səfər etmiş  Türkiyənin “Halkbank” bankının baş direktorunun müavini Mehmet Hakan Atilla amerikalı polislər tərəfindən həbs edilib.  

ABŞ Prokurorluğu onu daha əvvəl Amerikada həbs olunmuş türkiyəli sahibkar Rza Zərrabla əlaqəli olmaqda ittiham edib. ABŞ tərəfi M.H.Atillanın R.Zərrabla sövdələşməyə girdiyini və  sanksiyaları pozmaqla İrana milyonlarla dollar məbləğində pul köçürməyi planlaşdırdığını iddia edir 

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ prokuroru Prit Bxararın FETÖ üzvü olduğunu və M.H.Atillanın terror təşkilatının rəhbəri Fətullah Gülənin  göstərişi ilə həbs edildiyini bildirib   



Xəbərin oxunma sayı : 193




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap