Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Türkiyədə alış-verişə milyonlar xərcləyən Azərbaycan vətəndaşları

Tarix 25.07.17, 1:44

Font ölçüsü : - / +
bitmap-img6


Excited Shopping WomanCari ildə əcnəbilərin Türkiyədə etdiyi alış-verişin həcmi açıqlanıb.

“Anadolu” agentliyi xəbər verir ki, məlumatları “Global Blue Türkiye” şirkəti təqdim edib.

Şirkətin baş direktoru Selim Şeyhun bildirib ki, siyahının ilk pilləsində Səudiyyə Ərəbistanı qərarlaşıb. Belə ki, Səudiyyə Ərəbistanı vətəndaşları hesabat dövründə Türkiyədə 45,3 mln. lirəlik alış-veriş edib. İkinci yerdə Küveyt (35,3 mln. lirə), üçüncü yerdə İran (33,2 mln. lirə), dördüncü yerdə Çin (23,6 mln. lirə) qərarlaşıb.

İlk beşliyi Azərbaycan qapayır: Belə ki, Azərbaycan vətəndaşları bu ilin ilk yarısında qardaş ölkədə 18,7 mln. lirə (9 mln. manat) xərcləyib. “Ölkəmizə səfər edən Azərbaycan vətəndaşları orta hesabla 2165 lirə (1044 manat) məbləğində xərc çəkib”, – deyə şirkət rəhbəri qeyd edib.

Bundan başqa, Azərbaycan vətəndaşları Türkiyədə ən çox saat və qızıl-zinət əşyaları alanların sırasındadır. Ümumi alışların 6%-i məhz Azərbaycan vətəndaşlarının payına düşür. /APA



Xəbərin oxunma sayı : 190




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap