Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Türkiyədə azərbaycanlı və suriyalı gəlinlərin sayı niyə kəskin artıb...

Tarix 17.03.18, 14:52

Font ölçüsü : - / +
bitmap-img6


Son 5 ildə Türkiyə vətəndaşlarıyla evlənən azərbaycanlı qadınların sayı 77 faiz artıb. Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsi məlumat yayıb.

Mənbənin açıqlamasına görə, 2017-ci ildə Türkiyədə evlənən cütlüklərin sayı 2013-cü illə müqayisədə 5,1 faiz azalaraq 569 minə yaxınlaşıb. Bu evliliklərdə əcnəbi gəlin sayı isə 2013-cü illə müqayisədə 35 faiz artaraq təxminən 21 min nəfərə çatıb. 2013-cü ildən bu yana əcnəbi qadınlarla olan evliliklərin sayı 95 minə yaxınlaşıb. Türk kişilərin ən çox evləndikləri qadınlar isə suriyalılardır – 17 mindən yuxarı. Növbəti yerdə Azərbaycan, Almaniya, Ukrayna və Rusiyadan olan qadınlar gəlir.  Bu dövrdə Azərbaycandan olan gəlinlərin sayı 77 faiz, Ukraynadan olan gəlinlərin sayı isə 20 faiz artıb. Amma rus gəlinlərin sayı isə 20 faiz azalıb.

Əcnəbilərə ərə gedən türklərin sayı isə 2013-cü ildə 3 min 355 nəfər olubsa, ötən il bu rəqəm 13 faiz artaraq 3  min 782-yə çatıb. Bu dövrdə ən çox bağlanan nikahlar Almaniya, Suriya, Avstriya, İngiltərə və Azərbaycan əsilli kişilərlə olub.

Azərbaycandan Türkiyəyə gəlin gedənlərin sayının bu cür artması əlbətdə, müxtəlif səbəblərlə bağlıdır. Belə görünür ki, “türkə ərə getmək” azərbaycanlı qadınlar arasında doğrudan da populyarlaşır. Lakin belə evliliklərin heç də həmişə xoşbəxt ailənin yaranmasına gətirib çıxarmadığı da məlumdur. Tez-tez Türkiyə mətbuatında Azərbaycandan bu ölkəyə gedən qadınların məişət zorakılıqlarına məruz qalması, cinayətlərə qurban getməsi, yaxud insan alverçilərinin toruna düşməsi barədə xəbərlərə rast gəlmək olur.



Qeyd etmək lazımdır ki, insan alverçiləri qadınları tora salmaq üçün onları xaricdə gəlirli iş və ya evlilik adı altında da aldadırlar. Bu, geniş yayılmış praktikadır.

Bəs Azərbaycan qadınlarının Türkiyəyə axının səbəbi nədir? “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın virtualaz.org-a bildirdiyinə görə, Türkiyə ilə ortaq dil, din və ənənələrdəki yaxınlıq azərbaycanlı qadınların bu ölkəyə axınına səbəb olan əsas amildir.

“Türkiyə Azərbaycanla bir çox cəhətlərdə oxşar ölkə olduğuna, eyni dil, eyni din daşıyıcısı, oxşar ənənələrimiz olduğuna görə bu ölkəyə gedənlər üstünlük təşkil edir. Bir çox qadınlarımız isə başqa ölkədə daha xoşbəxt olacaqlarını düşünərək ailə qururlar.  Bəzən türk seriallarının təsiri ilə qadınlarımız arasında belə miflər yaranır ki, Türkiyədə yaşamaq daha rahatdır, orada həyat daha firəvandır, kişilər qadınlara qarşı daha diqqətlidirlər. Amma əslində Türkiyədə ailədaxili zorakılıq bizdən daha çox olur. Bu ölkədə qadınlara qarşı cinayətlərin statistikası çox ürküdücüdür”, - deyə M. Zeynalova bildirir.

Müsahibimiz deyir ki, təkcə Türkiyə ilə deyil, digər ölkələrin vətəndaşları ilə də nikah qurulur. Qadınlarımızın bir hissəsi Avropa ölkələrinə gedərək orada ailə qururlar: “Bunlar əsasən xaricdə təhsil alanlar, xaricdə işləyənlərdir. Onlar daha çox Avropa ölkələrini üstün tuturlar və Avropadan olan kişilərlə evlənirlər. Çünki oxşar düşüncə tərzinə malikdirlər, təhsilləri, intellektual səviyyələri oxşardır”. 



Amma əcnəbilərlə nikahın mənfi tərəfləri və riskləri də mövcuddur. Bu əsasən sosial-psixoloji mühitdəki uyğunsuzluqla bağlıdır. M.Zeynalova deyir ki əcnəbi ilə ailə quranlarda psixoloji uyğunlaşmalar məsələsi, ənənə fərqliliyi, nostalji var.

“Biz bir-birimizə qarşı daha çox istiqanlıyıq, diqqətliyik, qohumluq münasibətləri, bir-birinə bağlılıq var. Amma xaricdə ailə qurub yaşayanlar bu bağları itirəndə depressiyaya düşürlər, bu da ailə münasibətlərinə təsir edə bilir. Təklik hissi, oranın mədəniyyətinə uyğunlaşmamaq, dini qaydalarına, hətta yeməklərinə uyğunlaşmamaq ola bilər. Bundan başqa, orada qanunvericilik də fərqlidir. Bəzən azərbaycanlı qadınlar o tələblərlə yaşaya bilmirlər. Çünki Avropa ölkələrində birmənalı şəkildə qanunun aliliyi güclüdür. Bizdə bəzən tanışlıqla, dostluqla nəyisə həll ediriksə, orada bu normalar keçmir. Sosial-psixoloji ortam uyğun gəlmir”, - deyə Mehriban Zeynalova vurğulayır.

Azərbaycanlı qadınların əcnəbilərlə nikahlarının artmasını ölkəmizdə  gənclərin işsizlik və iqtisadi çətinliklərlə bağlı vaxtında ailə qura bilməməsi ilə əlaqələndirənlər də var. Bu üzdən azərbaycanlı qızlar ailə xoşbəxtliyini xaricdə axtarmalı olurlar. Lakin istənilən halda xarici ölkələrə ərə getmək məsələsi heç də həmişə firəvanlıq və xoşbəxtlik vəd etmir...





Xəbərin oxunma sayı : 337




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap