![]() |
|




592.jpg)



.jpg)





Türkiyədə cinayətdə ittiham olunan şəxs Azərbaycanda klinİka açır – Sensasiyalı faktlar + FOTOLAR
Tarix 24.06.22, 13:08 |
|

Barəsində Türkiyədə cinayət işi açılan Alper Mövlut Ceylan adlı şəxs Azərbaycanda, daha dəqiqi Mingəçevir şəhərində özəl klinika açır.
Bu barədə “AzPolitika.info”-ya verilən məlumatda bildirilir ki, “Anadolu klinikası” adlandırılan “Qadın və uşaq xəstəlikləri mərkəzi”nin açılışı iyunun 25-nə, yəni sabaha planlaşdırılır.
Açılışa bəzi şou-biznes nümayəndələrini də dəvət edən Alper Mövlut Ceylanın, qəribə də olsa, şəxsi klinikasını açmaq üçün vəsaiti də Mingəçevir şəhər sakinlərindən topladığı bildirilir. Belə ki, onun bir müddətdir ki, müxtəlif vəzifələr, iş imkanı vəd edərək, klinikanı açmaq üçün xeyli sayda şəhər sakinindən pul aldığı, buna görə səs-küylü bir açılış edərək, “göz boyamağa” çalışdığı iddia olunur.
“Əslində isə icarəyə götürdüyü binada klinika açmaq üçün nə lazımi şərait yaradılıb, nə də zəruri müasir avadanlıqlar alınıb. Bir “UZİ” və bir neçə başqa aparatla qadın və uşaq xəstəlikləri mərkəzi yaratdığını, klinika açdığını elan etmək insanları aldatmaqdan başqa bir şey deyil” – deyə, saytımıza verilən məlumatda bildirilir.
Qeyd edilir ki, Alper Mövlut Ceylan klinika açmaq adı ilə Mingəçevir şəhərinin girişindəki yolun arxa hissəsində yerləşən köhnə Turizm Kollecinin binasını icarəyə götürüb.
Alper Mövlut Ceylanla bağlı daha ciddi iddia isə onunla bağlı Türkiyədə cinayət işinin açılmasıdır.
Bununla bağlı redaksiyamıza təqdim edilən sənədlərdən məlum olur ki, onun haqqında cinayət işi Türkiyə Respublikası Kocaeli Şəhər Baş Prokurorluğu tərəfindən 2017-ci ilin oktyabr ayında açılıb.
Alper Ceylana cinayət işinin açılmasına səbəb isə onun “Twitter” hesabından Türkiyə Respublikasının Prezidenti Receb Tayyib Ərdoğana qarşı təhqir xarakterli paylaşım etməsi, ona böhtan atması, şəkilləri üzərində “Photoshop” proqramı vasitəsi ilə dəyişikliklər edərək dövlət başçısını aşağılamağa cəhd etməsi olub.
Qeyd edək ki, Alper Ceylan istintaqa ifadəsində gah belə paylaşım etdiyini xatırlamadığını, gah da əsəbləşərək belə paylaşımlar edə biləcəyini deyib.
Ancaq istintaq, əlbəttə, onun dediklərinə deyil, sübutlara əsaslanıb. Və Ceylanın hərəkətlərində 5237 saylı Türk Cəza Qanununun 125/1-3.a maddəsində qeyd edilən (“Dövlət qulluqçusuna qarşı vəzifəsindən dolayı təhqir”) cinayət tərkibinin olduğu qənaətinə gəlinmiş, sübutların araşdırılaraq qiymət verilməsi üçün iş məhkəməyə göndərilmişdir.
“Şübhəlinin mühakiməsi sizin məhkəməniz tərəfindən aparılacaq və sübutlar uyğun olaraq məhkəmənizin ixtiyarında olacaq. Yuxarıda yazılan müddəalara uyğun olaraq cəzalandırılmasına, qəsdən törətdiyi cinayət səbəbləri ilə bəlli haqlardan məhrum edilməsinə dair qərar verilməsi dövlət adından iddia və tələb edilir” – deyə, Kocaeli Baş Prokuroru Dilek Tosunun imzaladığı istintaq materialında bildirilir.

Ancaq məhkəmə prosesinin keçirilməsi nədənsə uzanıb. Ola bilsin ki, buna səbəb Türkiyədə 2016-cı ildə FETO terror şəbəkəsinin törətməyə cəhd etdiyi silahlı dövlət çevrilişi cəhdindən sonra məhkəmələrin həddən artıq yüklənməsi olub.
Yeri gəlmişkən qeyd edək ki, Alper Ceylanın Türkiyə Prezidentinə qarşı təhqiramiz və böhtan xarakterli paylaşımları Türkiyədə 2014-cü il prezident seçkilərindən əvvələ, FETO şəbəkəsinin Ərdoğanı devirmək üçün onun haqqında ağlasığmaz yalanlar yaydığı dövrə təsadüf edir. Bu da onun paylaşımları həmin şəbəkənin təsiri altında edib-etmədiyinin də araşdırılmasını zəruri edir. Onunla bağlı cinayət işinin məhkəmə istintaqının uzanmasının bir səbəbi də bu ola bilər.
Alper Ceylan da, mümkündür ki, bundan istifadə edərək haqqında veriləcək hökmü gözləmədən Türkiyədən çıxır və 2019-cu ildə Azərbaycana gəlir. Burada klinikaların birində texniki işçi kimi çalışmağa başlayır.
Bu müddətdə Türkiyədə haqqında başlanmış cinayət işinin məhkəmə araşdırması davam etdirilir. Onunla bağlı Türk Cəza Qanununun 125/1-3.a və 53/1 maddələri üzrə ittiham aktı tamamlanır.
Ancaq Alper Ceylan Azərbaycanda olduğundan onu məhkəməyə cəlb edərək prosesə başlamaq, haqqında hökm vermək mümkün olmur.
Ətraflı
Alper Ceylanın Azərbaycanda olduğu müəyyənləşdirildikdən sonra Kocaeli şəhəri 6-cı Ağır Cinayət Məhkəməsi tərəfindən onunla bağlı ötən ilin dekabr ayında Azərbaycanın ədliyyə orqanlarına vəsatət məktubu göndərilir.
Oxucuları yormamaq üçün qısa şəkildə qeyd edək ki, məktubda Alper Ceylanın hansı cinayətdə təqsirləndirildiyi və barəsində hansı hüquqi işlərin həyata keçirilməli olduğu vurğulanır. Məhkəmə prosesinin başa çatması üçün, təqsirləndirilən şəxs kimi onun izahatının alınmasına ehtiyac olduğu, lazım gələrsə, məcburi şəkildə səlahiyyətli ədliyyə orqanına gətirilərək dindirilməsi xahiş olunur.
Azərbaycanın ədliyyə orqanlarının bu xahişə nə cavab verdikləri, Alper Ceylanla bağlı müvafiq hüquqi prosedurların yerinə yetirilib-yetirilmədiyi ilə bağlı hələlik hər hansı bilgimiz yoxdur.
Ancaq Türkiyədə cinayətdə ittiham olunan və həbs ediləcəyi gözlənilən birinin Azərbaycanda klinika açması, əlbəttə, diqqəti cəlb edir. Bunun arxasında hansı qaranlıq məqsədlərin dayandığını söyləmək çətin olsa da, daim Azərbaycanın yanında olan, dövlətimizin güclənməsi, torpaqlarımızın işğaldan azad olunması üçün hər cür dəstəyi verən, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ölkəmizdə hamının çox sevdiyi, dövlət başçımızla qardaşlıq münasibəti olan türk dünyasının liderini – Türkiyə Prezidentini qəsdən təhqir edən, onunla bağlı böhtan məlumatlar yayan birinin Mingəçevirdə klinika açması, əlbəttə, xoş qarşılana bilməz. Həm də nəzərə alsaq ki, bu təhqir və böhtanları Alper Ceylanın sifarişlə həyata keçirdiyi, Türkiyə dövlətinə qarşı olan şəbəkələrin maraqlarına xidmət etməsi ehtimalı da mövcuddur.
“Sual olunur, haqqında cinayət işi və kifayət qədər ciddi şübhələrin olduğu birinə Azərbaycanda iş qurması üçün şərait yaratmaq, vətəndaşlarının sağlamlığını etibar etmək nə qədər doğrudur?” – deyə, redaksiyamıza edilən müraciətdə bildirilir.
Müvafiq qurumların bu məsələni diqqətə almasına, Alper Ceylanla bağlı faktların, eləcə də açılışını planlaşdırdığı klinikanın nəzarətə götürülməsinə ehtiyac olduğu vurgulanır. Çünki sonra gec ola bilər...





Xəbərin oxunma sayı : 1012
loading...
Hadisə
Xəbərlər
-
“Yeri gələndə Ukraynada, yeri gələndə Rusiyadayıq. Niyə? Çünki biz Türkiyəyik” - Ərdoğan
-
Təbrizdə minlərlə azarkeş “Salam, Azərbaycan“ dedi - VİDEO
-
Sevdiyi qadının keçmiş ərini döyə-döyə öldürdü- Bakıdakı qətlin təfərrüatı
-
Xocalının kəndini tərk edən ermənilər meşəyə od vurdular - VİDEO
-
Yoluxma sayı açıqlandı - Ölüm sayında artım oldu + FOTO
-
Minlərlə ton içməli suyu mənimsəyənlər: Bakının bir rayonu “lider”dir
-
Keyfiyyətsiz qənd istehsal edən müəssisələrin adları açıqlandı - SİYAHI
-
Şuşada erməni silahlılarının kvadrakoreteri endirildi - VİDEO
-
“Azərbaycan qazı IGB vasitəsilə oktyabrda nəql ediləcək” - Bolqarıstanın energetika naziri
-
“Kiyevə silah tədürükü “xüsusi əməliyyat“ın genişlənməsinə səbəb olacaq“ - Rusiya XİN
-
“Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdış başlanacaq“ - “Qaçqınkom“
-
Azərbaycanın daha üç güləşçisi finalda - İslamiada
-
Bu hallarda xarici jurnalistlərin akkreditasiyasından imtina olunacaq - SİYAHI
-
“Müharibə Krımın azad olunması ilə başa çatmalıdır” - Ukrayna Prezident Ofisi
-
Səhiyyə Nazirliyinin 6 milyonluq tenderini bu şirkət uddu – Vergi borcu var
-
Krımda rusların 400 milyonluq təyyarəsi vuruldu - Forbes
-
Laçın dəhlizinə nəzarət üçün hazirliqlara başladı - Orduya tapşırıqlar verildi
-
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinə start verilir
-
Bakıda bu yaşayış binası sökülür - FOTO
-
Zakir Həsənov ordu rəhbərliyi ilə müşavirə keçirib - “Qisas“ əməliyyatı təhlil edilib
-
Sabah Bakıda 39, bəzi rayonlarda 41 dərəcə isti olacaq
-
Xəzərin ən yaxşı balıqları təhlükədə - qarşısını necə alaq?
-
MİDA güzəştli mənzillərin onlayn satış qaydalarını dəyişəcəkmi?
-
“Ukrayna Xarkovda bəzi uğurlar əldə edib“ - ABŞ Müdafiə Nazirliyi
-
41 dərəcədən yuxarı istidə işçi çalışdıran yerləri hansı cəza gözləyir? - VİDEO
-
Dünyaca məşhur yazıçı ABŞ-da bıçaqlanıb - VİDEO
-
700 bal toplayan şagird Azərbaycan universitetlərindən imtina etdi
-
Türkiyəli məşhurların tətil görüntüləri - FOTOLAR
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Sumqayıtda sakinlər qanunsuz küçə ticarətindən gileylənir – VİDEO
-
Azərbaycan Qarabağda yaşayan ermənilərə avqustun sonunadək vaxt verib - VİDEO
-
“Çin Bayden və Si Cinpinin görüşünə hazırlıq görür” - KİV
-
Türkiyə bu gəminin kütləvi istehsalına başlayır - FOTO/VİDEO
-
Salah və Kurtua “Qızıl top”a iddialı ilk onluqdadır - SİYAHI
-
Prezident Qarabağdakı ermənilərin statusu ilə bağlı məsələyə nöqtəni qoydu - “Yol ancaq budur...“
-
Çətin anlar yaşayan Ebru Gündeş göz yaşlarına boğuldu - VİDEO
-
Əlilliklə bağlı tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası dəyişib
-
Qədim yaşayış məskəni - Küsnətqazma kəndi – VİDEO
-
Azərbaycanda vəkillərin ən çox yol verdiyi pozuntular açıqlanıb – SİYAHI
-
Zaqatala dağlarında daha bir turist itib: Arxasınca ayı düşüb...
-
Prezident “Qisas“ əməliyyatından danışdı - Ermənistana sərt xəbərdarlıq etdi
-
Aygün Kazımovanı Beyonsa bənzətdilər - VİDEO
-
Günün transfer xəbərləri: Raşfordun aqibəti necə olacaq?
-
Rusiyanın müharibədən qazancı: 12,4 trilyon dollarlıq yataqlar
-
Benzin Türkiyədə Azərbaycandan ucuzdur – Avropa ölkələrinin siyahısı
-
“Nar” YayFest “Könüllülük” düşərgəsində iştirak etdi - FOTO
-
“Tanıdığım dəyərli insanların bəziləri namazı Azərbaycan dilində qılır“ - Fazil Mustafa
-
Bakıda ƏDV fırıldağı: Satıcı qızın əri aptek müdirini bıçaqladı
-
Azərbaycanın bəzi yerlərində mobil telefonlarda şəbəkə niyə yoxdur? - VİDEO
-
“Azərbaycanda taxılla təminat sahəsində heç bir problem yoxdur“ - Prezident
-
“Prezidentin portretini 495 manatdan sənədləşdiriblər...“ - Elm və Təhsil Nazirliyi dövlətdən milyonlar mənimsəyir
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
“Azərbaycanda iş yerlərinin açılması prosesi daim aparılmalıdır“ - İlham Əliyev
-
“Rusiya kütləvi səfərbərlik elan etməsə, uduzacaq“ - KİV
-
Dövlət Agentliyinə 3,2 milyon manat ayrıldı - SƏRƏNCAM
-
Bakıda ağacların dibləri asfaltlandı - FOTO
-
Prezident İlham Əliyev AzTV-yə müsahibə verib
-
Avtomobillərin baqajlarını yoxlamaq qanunidir? - VİDEO
-
Yeni məktəbli formaları “Bravo“larda satılacaq - Bu tarixdən
-
10 saniyədə “satılan“ güzəştli mənzillər təkrar satışa çıxarılır - Bu tarixdə
-
“Azərbaycan ciddi su qıtlığı ilə üz-üzə qala bilər“ - Nazirlik rəsmisi
-
İpoteka kreditlərin şərtləri sərtləşdirilib? - Mərkəzi Bankdan açıqlama
-
Prezidentlə xanımı “Diri Baba”da görülən işlərlə tanış oldu - VİDEO
-
Azərbaycan əhalisinin 1 faizi psixi xəstədir - Rəsmi
-
Qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırıldı - FOTO/VİDEO
-
Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib - Vəzifəli şəxs saxlanılıb
-
Sabah havanın temperaturu 41 dərəcəyədək yüksələcək - XƏBƏRDARLIQ
-
1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!
-
Azərbaycanda abortların sayı rekord həddə çatdı: Məktəbyaşlı qızlar da var – Siyahı
-
“Volodimir Zelenskiyə sui-qəsd hazırlanır“ - Ukrayna Milli Təhlükəsizlik Şurası
-
“Yolumuz qədim Basqal qəsəbəsinədir” - Mehriban Əliyeva
-
İrandan narkotik gətirən qaçaqmalçılar Azərbaycan sərhədçilərinə atəş açıb - Yaralanan var
-
Daha bir gömrük polkovniki işdən ayrıldı - “Bu gün əmrim çıxdı...“
-
Azad olunmuş ərazilərdə döyüş növbətçiliyi barədə açıqlama - VİDEO
-
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir - FOTO
-
“Elə nəticə əldə olunmalıdır ki, bütün regionda daimi sülhü təmin etsin“ - Türkiyə XİN
-
Sosial şəbəkələrdən istifadə edən daha iki hərbçi ordudan uzaqlaşdırıldı - FOTOLAR
-
Güzəştli mənzil əldə etmək istəyənlərin NƏZƏRİNƏ
-
“Putin İrana və digər güclərə arxalanmağa məcbur olub“ - ABŞ İnstitutu
-
Afrika ölkəsində qadının evlənmə təklifinə “yox” deyən kişi cərimələnəcək - FOTO
-
Lətifənin Bali tətili - VİDEO
-
Rayonlarda un qıtlığı yarandı - Bəs buna səbəb nədir?
-
“Azərişıq” ilə MTK-nın borc davası: cəzasını sakinlər çəkir (VİDEO)
-
Mariya Ovsyannikova ev dustaqlığına göndərildi - VİDEO
-
Bakıda həbsxanada 5 məhkum niyə ölüb? - Rəsmi açıqlama
-
Əli Əsədovdan Şuşadakı abidələrlə bağlı QƏRAR
-
Yeddi aya 1 milyard dollar – “Şahdəniz“dən rekord mənfəət əldə olunub
-
Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı – FOTO
-
İnternet niyə bahalaşdı? - Nazir müşavirindən açıqlama + FOTO
-
“Ərdoğanla Əsəd arasında danışıqdan söhbət belə gedə bilməz” - Çavuşoğlu
-
“Zaporojye AES-də təhlükəsiz demilitarizasiya perimetri yaradılmalıdır” - BMT-nin Baş katibi
-
Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür - VİDEO
-
Sürücülərin nəzərinə! - Bu tarixdən...
-
“WhatsApp“a yeni özəllik gəlir: Artıq ekran görüntüsü...
-
Kreditlərlə bağlı əhaliyə vacib xəbər - Qaydalar dəyişdi
-
“Rusiyaya qarşı ilk növbədə iqtisadi, texnoloji və sərt sanksiyalar gərəkdir“ - Zelenski
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
Xankəndidə ermənilərin qəzəbinə səbəb olan bildiriş: “Azərbaycana xoş gəlmisiniz!”
-
Dördüncü doza vaksin məcburi olacaq? - AÇIQLAMA
-
Məktəbəhazırlıq qrupları ilə bağlı YENİLİK
-
Zaqatalada itən hindistanlı turist niyə tapılmır? - Üç ay tamam oldu
-
İran prezidenti Paşinyanla danışdı: “Bizim üçün qəbuledilməzdir“
-
Temperatur 42 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
-
“Broker Əbülfəz”in xalası oğlu axtarışa verilib? – Həbslər davam edəcək
-
Azərbaycanda avtobusların 86 faizinin yaşı 10 ildən çoxdur - Rəqəmlər
-
Yoluxma artır: qapanma olacaqmı?
-
Gədəbəyin yeni icra başçısı Orxan Mürsəlov kimdir? - FOTO
-
“Laçın dəhlizi məsələsi üçtərəfli razılaşma əsasında həllini tapmalıdır“ - Rusiya XİN
-
“12-ci imam”a görə çənə sındıran saxta qazini kim himayə edir?
-
“Krımda baş verənlər xəbərdarlıq kimi qəbul edilməlidir“ - Prezident Ofisi
-
Masazır dairəsində qızı zorla “Porsche”yə mindirmək istədi - Polis araşdırır
-
Sabiq bələdiyyə sədrinin bacısı qaziyə qarşı dələduzluq edib - Təfərrüat
-
Azərbaycanda ən çox və ən az satılan avtomobillər - SİYAHI
-
Gədəbəyə yeni icra başçısı təyin edilib - Sərəncam
-
“Lökbatan vulkanının püskürməsi 4 dəqiqə davam edib“ - Qurban Yetirmişli
-
İranın gizli planı ifşa edildi - SEPAH-a qarşı yeni ittiham
-
Türkan imkanlı şəxslərdən kömək istəyir - “Tək arzum təhsilimə davam etməkdir“ + VİDEO
-
“Ukraynadakı müharibə Rusiyanın hərbi sənayesini sarsıdıb“ - Britaniya kəşfiyyatı
-
Hansı ölkələrə səfər etmək təhlükəlidir? - SİYAHI
-
Riyad Əliyevin əmlaklarını kim ələ keçirib? - Araşrma başadı
TOP 10
ARXİV