Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Türkiyədə ictimai rəy sorğusu: “Ən yaxşı dost Azərbaycandır, Amerika təhlükədir!”

Tarix 25.07.17, 5:55

Font ölçüsü : - / +
bitmap-img6


Yeni Çağ (Türkiyə), 23.07.2017

Qədir Xas universiteti nəzdindəki “Türkiyə araşdırmalar Mərkəzi”nin hər il keçirdiyi “Türkiyə xarici siyasətinin ictimai rəydə dərki”nin son nəticələri dərc edilib. Araşdırmaya əsasən, Azərbaycan Türkiyənin ən yaxın dostudur, ABŞ isə Türkiyə üçün təhlükə təşkil edən ölkələr siyahısında birinci sətri tutur.

Sorğu Türkiyənin demoqrafik strukturunu təmsil edən 26 ilində (Türkiyədə inzibati vahid-tərc.) 18 yaşdan yuxarı min nəfərin içində şəxsi söhbət formasında keçirilib (araşdırmanın rəhbəri Qədir Xas universitetinin rektoru, professor Mustafa Aydın, koordinatoru Qədir Xas universiteti beynəlxalq münasibətlər şöbəsinin müəllimi, professor Sinəm Ağgül Açıqmeşədir). Sorğulananlara Türkiyə xarici siyasətini yönəldən hadisələr, birinci növbəd Türkiyənin Suriya, ABŞ və Avropa Birliyi ilə ikitərəfli münasibətləri haqda suallar verilib. Terrorizmlə mübarizə getdikcə daha çox adam tərəfindən “xarici siyasət problemi” kimi nəzərdən keçirilir. Bu isə göstərir ki, terrorizm ictimai rəydə ölkənin daxili problemi kimi deyil, xarici siyasət məsələsi kimi qəbul edilir.

 
Ən yaxın dost Azərbaycan, ən böyük təhlükə Amerikadır

 
Sorğulananlar “Hansı ölkə Türkiyənin ən yaxın dostudur?” sualını cavablandırarkən yenə də Azərbaycanın adını çəkiblər və keçən illə müqayisədə belələri 12% artıb. Keçən il bu baxış nöqtəsinin xeyrinə 59,3% rəyini bildirmişdisə, bu il 71,3% bildirib. Bununla yanaşı, “Türkiyənin dostları yoxdur” hesab edənlərin sayı 17,2%-ədək (keçən ilki 23,1%-ə qarşı) azalıb.

2016-cı ildə Türkiyə üçün təhlükə sayılan ölkələrin siyahısında Yaxın Şərq ölkələri ön plana çıxmışdı. Amma bu il birincilik ABŞ-a çatıb və keçən illə müqayisədə 22,4%-dən çox sorğulanan ABŞ-ı ən böyük təhlükə sayır. Sorğu iştirakçılarının 37,4%-i Türkiyə üçün ikinci ən böyük təhlükə kimi İsrailin adını çəkib.

Ən çox diqqqət çəkən bu olub ki, keçən il sorğulananların 10,4%-nin baxışınca, təhlükə olan AB ölkələri bu il 24% göstərici ilə Türkiyə üçün təhlükəli ölkələrin reytinqində üçüncü yeri tutub. Bu arada Rusiyanın təhlükə qismində qavrayiş səviyyəsi 34,9%-dən 18,5%-ə düşüb.


Türkiyə Suriyaya nisbətdə neytral siyasətin dalınca olmalıdır

 
Sorğulananlarn yarısı “Fikrinizcə, Türkiyənin Suriyaya nisbətdə siyasəti necə olmalıdır?” sualına cavabda qeyd edib: “Türkiyə neytral qalmalı və hər necə olur-olsun, qarışmamalıdır”.

Suriyalı mühacirlərdən narazılıq səviyyəsi keçən ildən bəri dəyişməyib. 54,5% narazılıq bildirib, 17,5% isə deyib ki, mühacirlərdən razıdır. 28% birmənalı cavab verməyə çətinlik çəkib. Sorğulananların 46,4% -i hesab edir ki, mühacir qəbulunu dayandırmaq lazımdır.


Türkiyənin AB üzvlüyünə ümidləri əriyir


Diqqət çəkən daha bir məqam: Türkiyə sakinləri ildən-ilə AB-yə girmək prosesini getdikcə daha az müdafiə edirlər. İndiki anda Türkiyənin AB-yə üzvlüyünə dəstək 48,4% səviyyəsindədir. 2015-ci ildə “Türkiyə heç vaxt AB-nin tamhüquqlu üzvü ola bilməz” iddiasında olanların sayı 47,6% təşkil edib. Bu göstərici keçən il 66,7%-ə, bu il isə 81,3%-ə qalxıb. Eyni zamanda tamhüquqlu üzvlük əvəzinə Türkiyə və AB münasibətlərində başqa modelin yaradılması uğrunda çıxış edənlərin sayı 30,4% səviyyəsində qalıb. AB üzvlüyünə alternativ kimi Türkiyənin Rusiya ilə strateji əməkdaşlıq qurmalı olduğu baxış nöqtəsinin tərəfdarlarının sayının artıdğı müşahidə olunur. (27,6% 14,8%-ə qarşı). Bütün mənfi hadisələrə baxmayaraq, Türkiyə sakinləri inanmırlar ki, Türkiyə və ya AB üzvlük haqda danışıqları tez bir zamanda dayandıracaq. Məsələn, 70%-in fikrincə, AB danışıqları kəsməyəcək, 73,7% isə əmindir ki, Türkiyə danışıqları dayandırmayacaq.


Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 1126




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap