![]() |
|














Türkiyədə xlorlu toyuq dönəri satılır, Bakıda isə... - SOS!
Tarix 23.01.20, 9:18 |
|

Beynəlxalq Dönər Federasiyasının sədri vaxtı keçmiş toyuğun xlorla yuyulub dönər hazırlandığını açıqladı; Azərbaycanda toyuq dönəri 2006-cı ildən qadağan olunsa da, istehsalı və satışı ayaq açıb...
Türkiyədə dönərin istehsalı ilə bağlı həyəcanlı xəbərlər gəlməkdədir. Bu informasiyalarla tanış olduqca, istər-istəməz narahat olmağa başlayırsan və Azərbaycandakı vəziyyətə nəzərlər yönəlir.
Ötən dəfə Türkiyə mediası sabun yağından dönərdə istifadə edildiyini aşkarlamışdısa, bu dəfə Beynəlxalq Dönər Federasiyasının sədri Mehmet Mercan açıqlayıb ki, son istifadə tarixi keçmiş toyuq ətini daha ucuz qiymətə antisanitar yerlərə satırlar.
Onun sözlərinə görə, əgər toyuq əti bakteriyaya məruz qalıbsa, o zaman onu xlorla yuyub, daha sonra dönər hazırlayırlar.
O, toyuq dönərindən zəhərlənmələrin səbəbini də izah edib: “Şişə keçirilmiş dönərin 12 saat ərzində, yəni səhər saat 12-dən gecə 12-dək davamlı olaraq bişirilməsi toyuğun bakteriya yuvasına dönməsinə və zəhərlənmələrin sayının artmasına səbəb olur.
Toyuqların kəsildikdən sonra dönərxanalarda saxlanma müddət yalnız 4-5 gündür. Türkiyədə qida təhlükəsizliyi ilə bağlı yeni qanunlar qüvvəyə mindikdən sonra dönər sahəsində də ciddi dəyişikliklər olacaq. Belə ki, şişə keçirilmiş dönərin hər 6 saatdan bir dəyişdirilməsi tələb olunacaq".
Bu, dəhşətli bir açıqlamadır. Üstəgəl, bizi də kifayət qədər narahat etməlidir. Əvvəla, Türkiyədə minlərlə azərbaycanlı yaşayır, o cümlədən bu ölkəyə gəzməyə gedirik, ən əsası isə Azərbaycanda toyuq dönəri 2006-cı ildən qadağan olunsa da, istehsalı və satışı genişlənməkdədir.
Ölkənin elə bir nöqtəsi yoxdur ki, orada dönərxana olmasın və həmin satış yerində toyuqdan bu məhsul hazırlanmasın.
Baxmayaraq ki, dəfələrlə qida ekspertləri də, Səhiyyə Nazirliyi də toyuq dönərinin satışının qadağan edildiyini açıqlayıb.
Bununla belə, bu sahədə ciddi nəzarətsizlik hökm sürür və dönərxanalarda ən çox satılan da elə toyuq dönəridir. Maraqlıdır ki, müştərilər də ət dönərindən daha çox toyuq dönərinə üstünlük verirlər.
Buna “Yeni Müsavat” üçün reportaj hazırlayarkən müşahidələrimiz zamanı şahid olduq. Müştərilər 1 manata, 1, 50 manata satılan toyuq dönərlərini elə həvəslə alırlar ki...
Müştərilərin sözlərinə görə, toyuq ətinin dönərinə üstünlük verilməsinə səbəb daha etibarlı olmasıdır. Onların fikrincə, mənşəyi bilinməyən ətin dönərini yeməkdənsə, toyuq dönəri yaxşıdır. Bu, haradasa ağlabatan səbəb ola bilər. Ancaq müştərilər yedikləri dönərdə toyuğun da hansı mənşəli olduğunu, hansı quşçuluq təsərrüfatlarından alındığını, təmiz, sağlam heyvanlar olduğunu bilmirlər.
Çünki bu sektorda kilosu 2-3 manata satılan toyuqlar istənilən bazardan tapmaq mümkündür. Hər halda, dönərçilər kilosu 4-5 manatlıq olan toyuq ətindən istifadə etmirlər. Əks halda, bu ayaqüstü yeməyi 1 manata, 1, 20 manata satmazdılar.
Söhbətləşdiyimiz dönərçilər isə toyuq ətini daha çox “Təzə bazar” və “Vosmoy” bazarından aldıqlarını qeyd etdilər.
Bundan başqa, Şabran və Hacıqabuldan Bakıya toyuq məhsulları daşınır. Onlar toyuq dönərinin satışının qadağan olunmasından da bixəbərdirlər.
Nəzərə alsaq ki, son zamanlar mal ətinin qiymətində bahalaşma müşahidə olunur və dönər hazırlayan iaşə obyektlərində toyuq ətinə tələbat artıb. Çünki toyuq əti mal ətindən daha ucuzdur.
İndiyədək toyuq dönərinə qoyulan qadağanın götürülməməsinə səbəb bu sahədə fəaliyyət göstərən sahibkarların normalara cavab verən xidmət göstərməmələridir.
Tələblərə əsasən, toyuq dönərinin əti hazırlanan otaq ayrıca olmalı, orada bunun üçün tələb olunan avadanlıqlar qoyulmalı, dönərin içərisində əlavə olunan qatqılar isə iki hissəli vannada səliqə ilə yuyularaq yerində hazırlanmalıdır.
Vətəndaşların əksəriyyəti isə toyuq dönərinə qoyulan qadağadan xəbərsizdirlər və bu dönərlərdən yediklərini deyirlər.
Əslində toyuq dönərləri dönərxanalarda hazırlanmalı deyil. Bunu qanunla hazırlayan, şişə taxan, onları -4o dərəcədə dondurmadan keçirən, “skoç”a keçirən, öz maşınlarında dönərxanalara çatdıran şirkətlər mövcuddur.
Yay fəslində isə bu qida daha təhlükəlidir. Əslində toyuq dönərinin satışına görə fiziki şəxslər üçün 50 manatdan 100 manata qədər, vəzifəli şəxslər uçün 100 manatdan 200 manata qədər, hüquqi şəxslər üçün isə 200 manatdan 400 manata qədər cərimə nəzərdə tutulub.
Bəs toyuq dönərinin təhlükəsi nədən ibarətdir? Bu suala bir müddət əvvəl həkim-terapevt Mətanət Cəfərova cavabında bildirmişdi ki, toyuq ətinə bakteriya daha çox yığılır:
“Toyuq ətinə daha çox kampilo bakteriya və salmonellanın növlərindən biri toplanır. Hər iki bakteriya qırmızı ətdə, süddə və yumurtada da ola bilər.
Bakteriyaya yoluxmuş toyuq əti normal qaydada bişirilmədikdə zəhərlənməyə və xəstəliyə səbəb olur. Çünki bu zaman bakteriyalar ölmür.
Toyuq ətində olan solmonella bakteriyasının məhv olması üçün 3-5 dəqiqə 75 C-dən artıq istilik verilməlidir. Həmçinin toyuq əti bişirilərkən onun tikələrinin qalınlığına da fikir verilməlidir. Qalın tikələrdə solmonella bakteriyası ölməyə bilər.
Dönər hazırlanmasında istifadə edilən turşular da zəhərlənməyə səbəb ola bilər. Xüsusilə düzgün hazırlanmamış xiyar turşusu anereob mühitdə hazırlandığı, ağzı bağlı bankalarda olduğu üçün bu zaman botulizm inkişaf edə bilər. Botulizm kəskin zəhərlənmə və ölümə səbəb ola bilər.
Dönərə vurulan mayonez, ketçup və digər ədviyyatlar düzgün istifadə edilmədiyi, son istifadə tarixi keçdiyi təqdirdə qıcıqlanma sindromu yarana bilər. Bu da bağırsağın iltihablanmasına səbəb ola bilər.
Bir faktoru da nəzərə almaq lazımdır ki, əksər dönərxanalar yolun qırağında yerləşir və havadakı bütün toz və çirk ətin üzərinə qonur. Hətta ət keyfiyyətli olsa belə, bu çirk və toz onun üzərinə qonur.
Qeyd edək ki, dönərin özü mədə və bağırsaq xəstəlikləri yaradır. Çünki dönər hazırlanarkən ət bişmir, qızarır, içərisi çiy qalır.
Bu da birbaşa mədə və bağırsaq xəstəlikləri yaradır. Dönər mədə-bağırsaqla yanaşı, qaraciyər və mədəaltı vəzə də ziyanlıdır.
Dönərin yağlı olması, eləcə də ona vurulan mayonez və ketçup birbaşa mədəyə ziyanlıdır. Dönər bişirilərkən qızardılan qat birbaşa mədə və bağırsağa ziyanlı təsir göstərir".




Xəbərin oxunma sayı : 358
loading...
Sosial
Xəbərlər
-
Bella Hadidin dekolteli geyimi pərəstişkarlarını heyran etdi - FOTO
-
17 yaşlı türk futbolçu Almaniya klubuna transfer oldu - FOTO
-
Hansı tarixlərdə sənaye balıq ovu ilə məşğul olmaq olar? - RƏSMİ
-
Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başlayıb - FOTO
-
Gündəlik yoluxma sayı açıqlandı - 31 nəfər vəfat edib
-
“Ağdamda gördüklərimiz çox dəhşətlidir” - Ukrayna Baş nazirinin müavini
-
“Kapital Bank“la məhkəmə işi: İqbal Məmmədov həbs olunur?
-
Türkiyəyə getmək istəyən 500 min rusiyalıya stop qoyulub - “Moskva Ankara ilə hesablaşmalı olacaq“
-
“Bizim münasibətlərimiz əladır və mən buna görə həmişə fəxr edirəm“ - Lukaşenko
-
“Kəpəz” MTK-da yarım milyonluq yeyinti - Cinayət
-
“Bundan sonra da bir-birimizi dəstəkləməkdə davam edəcəyik“ - İlham Əliyev
-
Rusiyada azərbaycanlı avtoriteti öldürən şəxs cinayəti etiraf edib - VİDEO
-
“Türkiyə ilə uçuşların dayandırılmasında siyasi əsas yoxdur“ - Zaxarova
-
Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub - FOTO
-
Ramazanda iftar süfrələri və kimlər oruc tutmamalıdır? - Porfessor
-
Erməni hərbçilərin maketlərini hazırlayan şəxsi siz də tanıyın – VİDEO
-
Türkiyə yeni raketini uğurla sınaqdan keçirib - VİDEO
-
“Çempionlar Liqasının qalibini nokauta saldıq“ - Neymar
-
“AstraZeneca“ ilə bağlı dezinformasiyalar yayılır - Azərbaycanlı alim şübhələrə aydınlıq gətirdi
-
Paşinyan Qasparyanı ifşa etdi - “Onun dedikləri rəsmi şəkildə yazılıb“
-
Bakıda narkotikləri və əxlaqsızlığı təbliğ edən uşaq geyimləri satılır - FOTO
-
“Misirlə əlaqələrdə yeni dövr başlayır“ - Türkiyənin XİN başçısı
-
Bakıda bank batırdı, Türkiyə və Almaniyada hamıya “atdı“ - FOTOLAR
-
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib - VİDEO
-
Lavrovun Türkiyəni hədəf alan açıqlamaları - “Rusiya rəsmiləri başlarını itirib, ünvanı səhv salıblar“
-
Nazirlikdən Məşğulluq Agentliyinə keçdi - Vəzifə verldi
-
General Muradovun Xankəndində açdığı süfrə - başda milyonçu ermənilər...
-
Azərbaycanın ən reytinqli bankı bəlli oldu - Moody’s
-
Gizli toyların yerini polislərə kim xəbər verir? - AÇIQLAMA
-
“Rusiya ordunu demokratik dünyanın sərhədinə cəmləyir“ - Ukrayna XİN
-
“Qarabağda fərqli idarəçilik modeli olacaq” - Azərbaycan Prezidenti
-
Müharibənin fəsadları uğurla aradan qaldırılır
-
Ramazanın ilk gününün duası - İmsak və iftar vaxtı
-
Mehin bu dəfə “Ağlama“ oxudu - VİDEO
-
AFFA bu klubları cəzalandırdı - SİYAHI
-
NATO Baş katibindən Rusiyaya xəbərdarlıq: “Ukraynanın yanındayıq“
-
İlk rübdə qeyri-neft ixracı kəskin artıb - “Türkiyə ilə əlaqələrdə yüksəliş var...“
-
Münhen azarkeşlərlə bağlı təminat verə bilmir - Avro-2020
-
Dövlət sosial sığorta şəhadətnaməsi ləğv edildi - YENİLİK
-
Gənclər və İdman Nazirliyində qanunsuzluqlar aşkarlandı - RƏSMİ
-
“Toy qadağası ləğv edilməlidir, iqtisadiyyatımız məhv olur“ (VİDEO)
-
Rusiya Şuşaya atılan “İskander-M“lə bağlı araşdırmalara başlayıb
-
Müharibə veteranları ilə bağlı yenilik: Qanun dəyişir
-
“Niyə də biz İrəvana qayıtmayaq?...“ - “Zaman gələcək, biz bunu edəcəyik“
-
Dövlət qayğısı daim olacaq!
-
Qubad İbadoğludan “böhran masası“ təklifi - “Daha da acınaqlı duruma...“
-
“Putinlə “İskəndər-M“ raketi ilə bağlı məsələni müzakirə etmişik“ - İlham Əliyev
-
Sərnişini daşımayan metroya ayrılan 40 milyon manat .... - Veriləcəkmi?
-
Ovçu ərəbləri Azərbaycana bu məmur gətirib? - İDDİA
-
“Sarqsyanın əli Xocalı qurbanlarının qanına batıb“ - Prezident
-
Zəngilanın Sarıqışlaq kəndindən görüntülər - VİDEO
-
“Ermənistanın məqsədi Azərbaycan irsini məhv etmək idi“ - Prezident
-
Real sektorda sərt karantin tədbirləri tətbiq olunmamlıdır - Deputat
-
Məğrur duruşlu “Topçu Vüsal“: “Həmin atışlarda 250-300 erməni qırıldı“ (VİDEO)
-
“Bu yaddaşın bizimlə qalacağını başa düşmək vacibdir“ - İlham Əliyev
-
Qablaşdırılmış içməli suyun qiyməti qalxdı - VİDEO
-
Ermənistanın müharibədəki itkiləri 8.5 min nəfərə çata bilər – İDDİA
-
“Müharibədən sonrakı vəziyyət kövrəkdir“ - İlham Əliyev
-
Sosial siyasətinin institutlaşdırılması dövlətin mövcud istiqamətdəki prinsipiallığını nümayiş etdirir
-
Bu il Azərbaycanda diplomları tanınmayan xarici universitetlərin adları açıqlandı - SİYAHI
-
Moskvada öldürülən Gəncəli Albertin həyatı, düşmənləri... -FOTO/VİDEO
-
“Ukrayna ordusu Donbasa əks-hücuma hazırdır” - Arestoviç
-
“Nar“ paytaxt və regionlarda yenilənmiş xidmət mərkəzlərini təqdim edir - FOTO
-
Oruc tutmaq koronavirusa yoluxmaq ehtimalını artırır? - VİDEO
-
Paşinyan bacarmır, Putinə müraciət etməliyik - Erməni əsgərlərin valideynləri
-
İlham Əliyevdən Ermənistana xəbərdarlıq:“Dəmir yumruq yerindədir”
-
Məşhurların İnstaqram fotoları
-
Ronaldo formasını tulladı, Pirlo bu sözləri dedi – Video
-
“Albert Rıjiy” ləqəbli azərbaycanlı avtoritet Moskvada qətlə yetirilib - FOTO
-
“Mən avar xalqının nümayəndəsiyəm, fəxr edirəm ki...“ - Vətən Müharibəsi Qəhrəmanı
-
Sürücülərə şad xəbər - Bu qayda pozuntusuna görə 1 gündə təkrar cərimə yazılmayacaq
-
“Müharibə gedə-gedə bizə qarşı sanksiyalar tətbiq etmək istəyirdilər” - Prezident
-
Nazirlik millət vəkilinin oğlunu məhkəməyə verdi - “Relax“ın sonu? (FOTO)
-
Arif Qaraşov Eldar Mahmudovun qızını məhkəməyə verdi - Mülk davası
-
“Mənə qarşı çevriliş cəhdləri olmuşdu...“ - “Bəzi xarici paytaxtlarda qərar verildi ki, İlham Əliyevi devirməliyik“ + VİDEO
-
Ərzaq məhsullarının idxalı və qiymətləri sürətlə artır - nə baş verir? (ŞƏRH)
-
“Bu lövhə erməni fərariliyinin təzahürüdür” - Azərbaycan Prezidenti
-
Mövlan Şıxəliyev işgəncə ilə adam öldürməkdə ittiham edilir - Keçmiş məhkumdan sensasiyalı açıqlamalar
-
“Bəzi ekspertlər Ağdamı Naqasaki, Hiroşima və Sarayevo ilə müqayisə edirlər“ - Elçin Əmirbəyov
-
İnstitusional təşəbbüslərin mövcudluğu taleyüklü məsələlərin həlli istiqamətində dövlətin strateji yanaşmasından xəbər verir
-
Gündəlik yoluxma sayı açıqlandı - 29 nəfər ölüb
-
“Biz cavab istəyirik!“ - “Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü?“
-
Sahil Babayevin “sevimlisi“ növbəti tenderi uddu - “Nur-SS”lə bağlı müəmma
-
Prezident Hərbi Qənimətlər Parkının açılışında - VIDEO
-
Bakı metrosunda işçilərin əməkhaqları azaldılır?.. - AÇIQLAMA
-
Koronavirus peyvəndlərindən hansı daha yaxşıdır? - Professor cavab verir
-
Bakının bu prospektinə “8 Noyabr” adı verildi
-
Azərbaycanlı cazibədar model yeni paylaşımı ilə göz qamaşdırdı - FOTO
-
FHN 3 gəmi istifadəçisini cərimələdi - VİDEO
-
Operativ Qərargahın bu tələbi narazılıq yaradıb: “İnsanlar bezib“
-
Yararsız pulları hara verməli? - Qəbul ofisləri yaradıldı
-
Zelenskinin mətbuat katibi: “Ukrayna Donbassa hücum etməyəcək”
-
“YAŞAT” Fondu və “Qarabağ Dirçəliş Fondu” milli birliyin qorunmasına institusional töhfədir
-
Qubad İbadoğlunun qızı izlənilir - DİN araşdırır
-
Rektor koronavirusa yoluxdu - Ali məktəbdə dərslər dayandırıldı
-
Cəbhəyanı rayonlarda kredit faizləri Bakıdan niyə yüksəkdir? - ŞƏRH
-
İmişlidə və Hacıqabulda toy məclisləri aşkarlandı - 4 nəfər cərimələndi
-
Maska ilə bağlı YENİ AÇIQLAMA
-
ABŞ-ın dövlət katibi və müdafiə naziri Avropaya gəlir - Gündəm Ukraynadır
-
İflasa uğrayan turizm: Nə etməli? – Deputatdan təklif
-
Röya ilk dəfə xəstəliyindən danışdı: “Dörd ildir dərman içirəm“
-
“Azərbaycanda yeni mutasiyanın əmələ gəlmə təhlükəsi var“ - Alim
-
Hadı Rəcəblinin restoranında toy məclisi təşkil edilib - Saxlanılanlar var
-
Bakıda bu marşrutda gediş haqqı ucuzlaşdı - VİDEO
-
Topçu Vüsal evinə gəldi - Belə qarşılandı + VİDEO
-
Erməni işğalı: Qarabağda mədəni irsin məhvi
-
“Həcilər də əldən çıxır, kasıblayırlar...“ - Müğənni Sevinc
-
Gəncənin icra başçısı şəhid anasına qarşı kobudluq edib - Aslan İsmayılov
-
Azərbaycanda yoluxma və ölüm sayı yenə artdı - Günün statistikası
-
Bərdədə canavar sürüsü kəndə hücum edib: Tələfat var (FOTO)
-
Ağstafada şəhidin son arzusu yerinə yetirilib - FOTOLAR
-
Lavrovu kimin əvəz edəcəyi bilindi - Putin komandasında nə baş verir?
-
Elmira Axundova 250 min manata maşın aldı - FOTOLAR
-
MİDA yaşayış kompleksi üçün 1 milyon manat xərcləyəcək - TENDER
-
Azərbaycanda ən uzun asma körpü və yeraltı tunel inşa edilir - VİDEO
-
“Pensiya yaşı 60 yaş hesablanmalıdır” - TƏŞƏBBÜS
-
Ermənilər Xankəndində zorla məskunlaşdırılır - Yeni “QƏRAR”
-
Azərbaycanda bir milyardlıq kriminal: Bu işdə kimlərin əli var?
-
Bakıda restoranda toy edən 40 nəfər cərimələnib - FOTO
-
Türkiyə İtaliyadan hərbi helikopter almaqdan imtina etdi - Baş nazir Draginin həddini aşan açıqlamalarına görə
TOP 10
ARXİV