“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Türkiyədən ABŞ-a çağırış:“Qoşulduğumuz beynəlxalq sazişlərə əməl edirik“

Tarix 28.06.20, 17:28

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin 2020-ci ildə İnsan alverinə dair hesabatına münasibət bildirib.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, hesabatda Türkiyənin insan alverinə qarşı mübarizəsinin daha da gücləndiyi təsdiqlənir.

Bununla belə, Türkiyə XİN hesabatda Türkiyənin insan alverinə qarşı mübarizədə daha yüksək kateqoriyada göstərilməməsindən məyusluğunu ifadə edib: “Türkiyə 4 milyona yaxın qaçqına ev sahibliyi etmək və miqrasiya yükünü qarşılamaqla böyük təcrübə qazanıb, insan alverinə qarşı mübarizə üzrə tam ixtisaslaşıb. Türkiyə insan alverinə qarşı mübarizə ilə bağlı qoşulduğu beynəlxalq sazişlərə əməl edir, xüsusi təlim keçmiş kadrları ilə mübarizə aparır, ildən-ilə bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirir”.

Türkiyə XİN ABŞ Dövlət Departamentinin hesabatında PKK/ YPG terror təşkilatının uşaqları qaçırmaq da daxil olmaqla, törətdiyi cinayətlərlə terrorçu və cinayətkar bir təşkilat olduğunun açıq şəkildə göstərildiyinə də diqqət çəkib: “Türkiyə XİN  ABŞ-ın bu terror təşkilatının qanuni tərəfdaşı olmamağa dəvət edir. Hesabatda terrorçular tərəfindən qaçırılan övladlarının 303 gündür Diyarbəkirdə aksiya keçirməklə  yolunu gözləyən 140 ailədən bəhs olunmaması da böyük çatışmazlıqdır”. /APA



Xəbərin oxunma sayı : 1861




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap