Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Türkiyəni və Azərbaycanı yasa boğan qəza: general Osman Erbaş və daha 11 hərbçi şəhid oldu

Tarix 05.03.21, 8:45

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədəki helikopter qəzasında ölənlərin sayı artıb. “Anadolu” Agentliyinin məlumatına görə, hadisə nəticəsində yaralanan hərbçilərdən daha biri xəstəxanada vəfat edib.

Bununla da, qəza sonrası ölənlərin sayı 11-ə çatıb. Hazırda iki hərbçinin xəstəxanada yaralı halda olduğu bildirilir.

Qeyd edək ki, qəzada şəhid olanlar arasında Türkiyə Quru Qoşunlarının 8-ci korpusunun komandanı general Osman Erbaş da var.

Mərhum generalın Türkiyədə hərbi PUA sənayesinin inkişafında xüsusi xidmətləri olduğu bildirilir. Bu barədə, məşhur zərbə PUA-larının yaradıcısı Səlcuk Bayraqdar özünün “Twitter” səhifəsində yazıb. Qəzanın səbəbləri hələ ki, açıqlanmayıb.

Korpus generalı olan Osman Erbaş Türkiyə ordusunun ən rəşadətli komandanlarından biri hesab edilirdi. Onun tezliklə ordu generalı rütbəsi alacağı gözlənilirdi.


Xatırladaq ki, Türkiyənin Tatvan ilçəsinin Çəkməcə kəndi yaxınlığında ölkənin silahlı qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.


Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus vertolyotun Bitlis bölgəsinin Tatvan rayonunda, dağlıq ərazilərdə qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin sayı 10-a çatıb. 4 hərbi personal yaralıdır. Türkiyənin Müdafiə Nazirliyi özünün Twitter hesabından bu barədə bildirib.

Vertolyot Nemrut dağı ətəklərində düşüb. Hadisə barədə xəbər alınan kimi çoxlu sayda təcili tibbi yardım maşınları və təhlükəsizlik qüvvələrinin bölmələri bölgəyə hərəkət edib. Müdafiə naziri Hulusi Akar və Baş qərargah rəisi, ordu generalı Yaşar Gülər də vertolyotla bölgəyə yola düşüb.

“Bingöldən Tatvana getmək üçün bu gün saat 13.55-də hava qalxan, Quru Qoşunları Komandanlığına aid “Cougar” tipli vertolyotla əlaqə 14.25-də kəsilib. Bölgədə pilotsuz təyyarələrin, CN-235 nəqliyyat təyyarəsinin və bir vertolyotın da iştirakı ilə axtarış əməliyyatları dərhal başladılıb. Axtarış əməliyyatları nəticəsində vertolyotun qəzaya uğradığı müəyyən edilib. 

Qəza nəticəsində vertolyotda olan qəhrəman silahdaşlarımızdan 10-nun şəhid olduğu, 3 qəhrəman silahdaşımızın isə yaralandığı müəyyən olunub”,-Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Prezident Rəcəb Tayyib Ərdoğan vertolyot qəzası ilə bağlı müdafiə nazirindən məlumat alıb, xalqa başsağlığı mesajı ilə çıxış edib.

Hadisə yerinə ilk çatan yerli sakinlərdən biri olub. Həmin sakin yaralı hərbçilərə ilk yardım göstərib. Şahid deyib: “Vertolyotun düşdüyünü bilmədik, amma səsdən şübhələndik. Motor nasazlığı kimi səs eşitdik. Bir müddət sonra uşaqlar vertolyotun düşdüyünü dedilər. Yuxarıya tərəf getdik. Şəhidlər vardı, 4 yaralı da vardı. Birinin yaxınlığına getdim, başı vertolyotun altında qalmışdı, ağzına qar dolmuşdu. Nəfəs ala bilməsi üçün qarı təmizlədim. Özünə gəldi. “Yaxşıyam” dedi. Dərhal qarı təmizləməyə başladım, əllərim yara oldu, qarı təmizləyib yaralı hərbçini çıxardım. Sonra o biri hərbçiyə tərəf getdim, pencəyimi çıxardım üstünə sərdim...”
















Xəbərin oxunma sayı : 418




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap