Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Türkiyənin Ədliyyə naziri: “ABŞ Senatının qərarını tanımırıq“

Tarix 13.12.19, 14:57

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül ABŞ Senatının 1915-ci il hadisələrini “erməni soyqırımı” olaraq xarakterizə edən qanun layihəsini qəbul etməsinə münasibət bildirib.

“Haberler.com” saytının verdiyi xəbərə görə, Van şəhərində keçirilən tədbirdə çıxış edən nazir deyib ki, ABŞ Senatının məlum qərarı Türkiyə hökuməti və xalqının gözündə yox səviyyəsindədir.

“Məlum qərarı nə hüquqi, nə siyasi, nə də tarixi olaraq tanıyırıq. Tarixin və hüququn siyasiləşdirilməsi heç bir millətə, heç bir ölkəyə fayda gətirə bilməz. 1915-ci il hadisələri ilə bağlı arxivləri açmaq barədə fikirlərimizi dəfələrlə ən yüksək səviyyədə bildirmişik və bu mövzuda elm adamları ilə birgə hər cür diskussiyaya açığıq. Soyqırımı törətməyən yeganə millət türk millətidir”, – deyə nazir vurğulayıb.

Xatırladaq ki, ABŞ Senatı 1915-ci il hadisələrini “erməni soyqırımı” olaraq xarakterizə edən qanun layihəsini qəbul edib. Dördüncü dəfə səsə qoyulan qanun layihəsini yekdilliklə qəbul olunub. Qanun layihəsi daha əvvəl Nümayəndələr Palatasında 11 səsə 405 səslə qəbul edilib, lakin Senat tərəfindən üç dəfə ləğv edilib. Bu dəfə isə təsdiqlənib. (apa)



Xəbərin oxunma sayı : 202




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap