Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Türkiyənin baş naziri:“Raqqanı İŞİD-dən təmizləməkdənsə, onları dəstəkləyirlər”

Tarix 14.11.17, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


“Raqqanı terrorçu İŞİD-dən təmizləmək yerinə, onlara silahları ilə birlikdə çıxmalarına dəstək veriblər”.

Bunu ölkənin baş naziri Binəli Yıldırım Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının üzvləri qarşısında ABŞ-a səfəri ilə bağlı çıxışı zamanı bildirib:

“Silahla dolu 50 TIR-dan 10-u hər cür ağır silahla yüklü vəziyyətdə müşayiət altında Raqqanın şimalında terrorçu İŞİD qruplaşmasının üzvlərinə çatdırılıb. Biz ABŞ-a dedik ki, bir terror qruplaşması ilə başqa bir terror qruplaşmasını məhv etmək dövlətə yaraşmaz. Oradan qaçanlar – İŞİD silahlıları Türkiyə başda olmaqla birlikdə Avropa, Amerika və dünyanın hər yerində kim bilir yeni neçə-neçə insanın qətlinə səbəb olacaqlar. Terror qruplaşmalarına qarşı mübarizədə dövlətlərin əməkdaşlığı əhəmiyyətlidir”.

Qeyd edək ki, ABŞ Suriyanın Raqqa şəhərinin terrorçu İŞİD qruplaşmasından terrorçu PKK-nın Suriyadakı “YPG” və “PYD” adlı qolları ilə birlikdə təmizlədiyini bildirib. Rəsmi Ankara isə ABŞ-a PKK qruplaşmasının qolları ilə deyil, Türkiyə hərbçiləri ilə birlikdə təmizləməyi təklif edirdi. Binəli Yıldırım çıxışında “YPG” və “PYD”nin İŞİD qruplaşmasını silahlandırdığını vurğulayıb.



Xəbərin oxunma sayı : 109




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap