![]() |
|














Türkiyənin faiz qərarı lirənin ucuzlaşmasının qarşısını alacaqmı? - FOTO
Tarix 25.08.23, 16:37 |
|

Ötən gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul Siyasəti Komitəsinin növbəti iclasında uçot dərəcəsi birdən-birə 7,5 faiz bəndi artırılaraq 17,5%-dən 25%-ə qaldırıldı. Əvvəlki qərardan fərqli olaraq budəfəki artım gözləntilərin xeyli üzərində oldu. Buna görə də qərardan dərhal sonra Türkiyənin milli valyutası 1,5% dəyər qazanaraq bir ABŞ dolları üçün 26,6 lirə təşkil etdi.
Qardaş ölkənin milli valyutasının məzənnəsi ilə bağlı dəyişikliklər Azərbaycan üçün də əhəmiyyətlidir.
Lirənin dəyərdən düşməsi Azərbaycanın bu ölkəyə ixracı üçün sərfəli deyil, halbuki, Türkiyə Azərbaycanın qeyr-neft-qaz ixracında əsas ticarət tərəfdaşlarından biridir. Belə ki, bu ilin birinci yarısında ümumi qeyri-neft ixracatının 31,1%-i Rusiyanın payına düşübsə, 28,9%-nə də Türkiyə sahib olub. Hesabat dövründə Azərbaycan qardaş ölkəyə 227 milyon ABŞ dolları dəyərində elektrik enerjisi (cəmi elektrik enerji ixracının 72%-ini təşkil edir), 56,8 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı (83%-ni), 34,7 milyon ABŞ dolları dəyərində aşqarlanmış alüminium (96,2%-ni), 27,5 milyon ABŞ dolları dəyərində polipropilen (42,4%-ni, səkkiz ölkə arasında II yer), 23,82 milyon ABŞ dolları dəyərində alüminium plitələr, vərəqlər, zolaqlar (83%-ni), 12,81 milyon ABŞ dolları dəyərində metanol (27%-ni, doqquz ölkə arasında I yer), 15,6 milyon ABŞ dolları dəyərində pambıq ipliyi (91%-ni), 21,8 milyon ABŞ dolları dəyərində polietilen (26,2%-ni, 11 ölkə arasında II yer), 7,3 milyon ABŞ dolları dəyərində qurğuşun (98%-ni), 6,14 milyon ABŞ dolları dəyərində polad yarımfabrikatlar (99,9%-ni), 3,85 milyon ABŞ dolları dəyərində heyvan (iribuynuzlu, qoyun və quzu) dərisi (89,5%-ini) tədarük edib.
Bəs tənzimləyicinin son qərarı lirənin məzənnəsini sabitləşdirməyə və inflyasiyanı cilovlamağa imkan verəcəkmi?
Məsələni “Report”a şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov Türkiyə Mərkəzi Bankının gözləntilərin üzərində belə bir qərar verməsinin həm investorların inamını bərpa etmək, həm də inflyasiya ilə mübarizə baxımından əhəmiyyətli olduğunu deyib.
Onun sözlərinə görə, növbəti dövr üçün lirənin məzənnəsinin qorunması və burada sabitliyinin təmin edilməsi ilə bağlı əlavə səylərə ehtiyac nisbətən olacaq:
“Bugünkü şərtlər daxilində lirənin möhkəmlənməsindən danışmaq doğru olmazdı. O möhkəmlənməyəcək. Türkiyənin milli valyutasının qərardan sonra dəyər qazanmasını bazarın ilkin reaksiyası kimi dəyərləndirmək lazımdır. Böyük ehtimalla bu həftə birjaların bağlanmasına doğru məzənnə əvvəlki səviyyəyə qayıdacaq. Bununla belə, Türkiyə Mərkəzi Bankının hazırkı monetar siyasətə sadiq qalacağı təqdirdə lirənin məzənnəsinin dəyərsizləşmə meyilləri olmayacaq. Onun məzənnəsinə olan təzyiqlərin bir qədər azalması isə məzənnənin sabitliyinin qorunması üçün dövlət xərclərini azaldacaq. Mərkəzi Bank artıq öz resurslarını digər istiqamətdə, yəni hədəfə doğru yönəltməklə müəyyən mənada inflyasiyanın idarə olunan məcraya daxil olmasını təmin edəcək. Növbəti aylarda inflyasiya təzyiqləri qalsa da, bu qərardan sonra əvvəlki kimi olmayacaq. Baza effektini nəzərə almış olsaq, təxminən 2024-cü ilin avqust-sentyabr aylarında inflyasiyanın həcmində biz nəzərəçarpacaq azalmaları müşahidə edə biləcəyik”.
Ekspert qərarın Azərbaycan-Türkiyə ticarət münasibətləri baxımından da əhəmiyyəti olduğunu diqqətə çatdırıb:
“Türkiyə lirəsinin dəyərdən düşməsinin Azərbaycan üçün ikili effekti var. Bir tərəfdən, bu, istehlakçılar üçün müəyyən üstünlüklər yaradır. Yəni məzənnə fərqinə görə Türkiyədən mal almaq Azərbaycan əhalisi üçün sərfəli olur. Lakin geniş mənada Türkiyə lirəsinin ucuzlaşması Azərbaycan ixracatçıları, istehsalçılarını rəqabət baxımından həm daxili bazarda, həm də Türkiyə bazarında əlverişsiz duruma salır. Bu mənada Türkiyə lirəsinin məzənnəsinin sabitləşməsi, uzaq perspektivdə isə möhkəmlənməsi Azərbaycan məhsullarının rəqabətqabiliyyətliliyi baxımından xüsusi önəm daşıyır”.
Xatırladaq ki, Türkiyə 2021-ci ildən bu yana qeyri-ənənəvi monetar siyasət yürütməkdə idi. Əgər yüksək inflyasiya vaxtı ənənəvi yanaşma çərçivəsində digər ölkələrin mərkəzi bankları uçot dərəcəsini artıraraq istehlak aktivliyini aşağı salırsa, Türkiyə bunun tam əksini edirdi. Uçot dərəcəsini aşağı salmaqla investisiyaları, məşğulluğu və ixracı təşviq edirdi və bunun nəticəsində inflyasiyanı azaldacağını gözləyirdi. İki ildən bir qədər az dövrdə uçot dərəcəsi 19%-dən 8,5%-ə kimi endirilsə də, inflyasiyanı ram etmək mümkün olmadı.
Bu ilin mayında inflyasiya illik ifadədə 39,59% həddində idi. Bu isə hökumətin birrəqəmli inflyasiya hədəfinin xeyli üzərində idi. İyunda ölkənin maliyyə blokunda edilən təyinatlar Türkiyənin ənənəvi monetar siyasətə qayıdışının carçısı oldu. Həmin ayın əvvəlində maliyyə naziri vəzifəsinə keçmişdə baş nazirin müavini olmuş ənənəvi monetar siyasət tərəfdarı Mehmet Şimşək təyin olundu. Bir neçə gün sonra isə Mərkəzi Bankın sədri vəzifəsinə ABŞ-nin Prinston Universitetini bitirən, “Goldman Sachs”da analitiklər qrupuna rəhbərlik etmiş Hafizə Qaye Erkan təyin edildi. O, Türkiyə tarixində həmin vəzifəyə təyin edilən ilk qadın oldu. İyunun 22-də keçirilən iclasda isə Türkiyə Mərkəzi Bankı birdən-birə uçot dərəcəsini 8,5%-dən 15%-ə kimi artırdı. Lakin bu, gözləntilərin altında olduğu üçün proseslərə əhəmiyyətli təsiri olmadı. İyulda qiymət artımı illik ifadədə 47,8%-ə kimi sürətləndi.
Xəbərin oxunma sayı : 982
İqtisadiyyat
Xəbərlər
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
-
Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov xidmətçilərin maaşını kəsir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu şəhərin bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ
-
Həmin mikroavtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub - AYNA
-
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - FOTOLAR
-
Bakıda kuryerlər qiymətlərdən narazıdır - VİDEO
-
“Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Bakı ilə təmasdayıq“ - Zaxarova
-
“Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin imicini məhv edib“ - HHQ komandanı
-
“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - FOTO
-
Sabah dəhşətli isti olacaq - XƏBƏRDARLIQ
-
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başladı - FOTO
-
Beyləqanda müasir ət kəsim məntəqəsinin açılışı oldu - Fotolar
-
“Öz tantuni”də hadisə - Xadimə aşpazın qızılını oğurladı
-
AzTV-nin tender ləğv olundu - 440 min manatlıq...
-
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə sərt CAVAB
-
Qazax İcra Hakimiyyətində yoxlama: Pozuntular aşkarlandı
-
Tramp Moskva və Pekini bomalaqla hədələyib - Səs yazısı yayılıb + VİDEO
-
Azərbaycanda ən çox boşanma halları bu rayondadır - STATİSTİKA
-
İstehlak kreditləri bazarı - böyük məbləğlər, yüksək faizlər
-
Öcalandan 26 il sonra ilk videomüraciət: “Silahı yerə qoyun“
-
Azərbaycanda yeni SES-lər tikiləcək - 55,2 milyon xərclənəcək
-
“Bu, qiymət artımı deyil, xərcləri əhali arasında düzgün bölməkdir” - VİDEO
-
Sabah İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək - Əbu-Dabidə
-
Yol polisi bu sürücülərə xəbərdarlıq etdi - VİDEO
-
Pensiyalar ayın neçəsi veriləcək? - DSMF-dən açıqlama
-
Azərbaycanla Qazaxıstan birgə PUA təlimi keçir - VİDEO
-
Əczaçılıq məhsulları üzrə xərclərimizdə kəskin artım nə ilə bağlıdır? - Açıqlama
-
Mərkəzdən kənarda 1400 manata kirayə mənzillər... - Qiymətlər niyə bahadır?
-
Azərbaycanda onkoloji xəstələrinin sayı kəskin artıb - RƏSMİ
-
Torpaq üzərindəki hüquqların qeydiyyat qaydaları DƏYİŞİR
-
Skuter, moped və velosiped sürücülərinə xəbərdarlıq
-
Milli Məclisin növbəti iclasının gündəliyi: 13 məsələ müzakirə olunacaq
-
Daha 28 azərbaycanlı Almaniyadan geri qaytarıldı - Açıqlama
-
Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranə ilə bağlı daha bir fakt - VİDEO
-
Ağdam-Füzuli yolunda mikroavtobus aşdı - 20 yaralı var
-
Qarpızlar sahələrdə qaldı - Yerində 5- 10 qəpiyə təklif olunur (VİDEO)
-
ABŞ Ukraynaya dəstəyini davam etdirəcək - Dövlət Departamenti
-
Çempionlar Liqasında yeni mövsüm başladı - NƏTİCƏLƏR
-
Nizami rayonunda uşaqların oyun meydançasını parkinqə çeviriblər - VİDEO
-
Monika Belluççi məşhur jurnalın üz qabığında - Fotolar
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Ceyhun Bayramovla Pakistanlı həmkarı arasında telefonla danışığı olub - Müzakirə
-
“Demişdi ki, şah damarıma bıçaq soxaraq məni öldürəcək” - Namus, yoxsa mülk davası?
-
Həbsxanada atalığının zorladığı azyaşlı sığınacağa yerləşdirilib - Dövlət Komitəsi
-
Avropa 1940-cı illərdən bəri ən böyük təhdidlərlə üz-üzədir - Danimarka Baş naziri
-
Sabiq deputat Fəzail Ağamalı dələduzluqda ittiham olunur - Özü isə deyir ki...
-
Boşananlar niyə sistemdə evli kimi görünür? - AÇIQLAMA
-
Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında fəaliyyət planı imzalanıb - FOTO
-
Zərərçəkənlər danışdı - Vardanyanın məhkəməsi
-
Pərvin barmağındakı üzükdən danışdı: “Bitən bitdi, gedən getdi”
-
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı - VİDEO
-
“Xəbər bizi son dərəcə sarsıtdı“ - İlham Əliyev Trampa başsağlığı verdi
-
Nəsimi rayonu “Köhnə Təzə Bazar” da qanunsuz tikinti aparılır? - VİDEO
-
Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib - Pezeşkian
-
Prezident İldırım Vəliyevə ali xüsusi rütbə verdi - Sərəncam
-
Ərdoğan Nəriman Cəlal və ailəsi ilə görüşdü - Fotolar
-
Bu şəxslərə diplomatik rütbələr verildi - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ
-
Bu rayonda 20 mindən artıq abonent qazsız qalacaq - Xəbərdarlıq
-
“Qapalı Mədəniyyət Evi, açıq bazar: Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?
-
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
-
14 il “iş“ almış şəxsi “azad etdirmək“ istədi, özü 2 il “iş“ aldı - Dələduzluq
-
Borclunun qazı nə vaxt dayandırıla bilər? - Yeni qanun hazırlanır
-
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib - FOTOLAR
-
Yuyucu toz yerinə duz satılır? - Azad İstehlakçılar Birliyi araşdırma tələb edir
-
Trampdan Almaniyaya təklif: “Ukraynaya “Patriot” göndərin“
-
Bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək - Müqavilə
-
“Eurohome”da yerləşən “Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış - FOTOLAR
-
“Rusiya hazırdır, Ukraynanın cavabını gözləyirik” - Hakan Fidan
-
Vaxtından əvvəl pensiyaya çıxmaq istəyən rəisin başına iş gəldi - 14 300 manat vermişdi
-
Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir - Müddət 5 gün oldu
-
Texasda ştatında daşqın - Ölənlərin sayı 100-ü ötüb
-
Yeni şəxsiyyət vəsiqəsini almaq məcburidir? - Deputatlar açıqladı
-
Sabah yağış yağacaq - Çimərliklərdə temperatur necə olacaq?
-
Evimiz və ofislərimiz xaricdən izlənirmiş - DTX mühüm əməliyyat keçirdi
-
“Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram“ - Məsud Pezeşkian
-
Azərbaycanda qaz və işıqla bağlı aylıq sabit tariflər - 1 manatı aşmayacaq
-
Bakıda magistral kəmər yenilənir - Su kəsiləcək
-
Parlament Naxçıvan Konstitusiyasına dəyişiklikləri QƏBUL EDİB
-
Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş - TƏFƏRRÜAT
-
Erməni kilsəsinin “azad edilməsinə“ şəxsən rəhbərlik edəcəm - Paşinyan
-
“Kiyevə silah tədarükünün dayandırılmasına görə məsuliyyət daşımıram“ - Tramp
-
Milli Məclisin iclası keçirilir - Gündəlikdə 15 məsələ var
-
“Bəzən diplomatik şəkildə və zarafatla deyirik ki...“ - Hikmət Hacıyev
-
Tanınmış iş adamının oğlu binadan yıxılaraq öldü - FOTO
-
Kredit faizləri bahalaşıb - Səbəb nədir? VİDEO
-
Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilərlər - TƏBİB
-
Albalı və gilas paytaxtda bahalaşıb - Qiymətlər
-
Bakıda avtobusla yük maşını toqquşub - VİDEO
-
Kəlbəcərdə hərbçilər qəzaya düşdü - Yaralılar var
-
“İranla bağlı sanksiyaları ləğv etmək istəyərdim” - Tramp
-
Bakının kirayə mənzil bazarında vəziyyət necədir? - VİDEO
-
Ebrunun mahnısının Nuridən oğurlandığı iddia edildi - VİDEO
-
Bakıda qadını öldürüb gölün sahilinə atdılar - Əri saxlanıldı
-
Hakan Fidan Lavrovla görüşdü - BRİCS sammitində
-
“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər” - Məhkəmə+Fotolar
-
“MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
-
Abşeronda yaşayış binasında partlayış, xəsarət alanlar var - VİDEO
-
Rektor təyin olunan Nazim Pənahov kmdir? - DOSYE
-
Sabah bu ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq - Xəbərdarlıq
-
`“Aztelekom“un sabiq sədrinin oğlu Alışanovun səsini gizli yazıbmış - Məhkəmədə üzə çıxdı
-
Ərdoğan DEM Partiyasının nümayəndələri ilə görüşdü - FOTO
-
“Xamenei inanır ki, amerikalı investorlar İrana gələ bilər“ - Pezeşkian
-
Deputata məxsus olduğu deyilən şirkətə 124 minlik sifariş - TENDER
TOP 10
ARXİV