Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Türkiyənin Mosul və Kərkükə müdaxilə haqqını tanıyan məşhur sənəd: “Misak-ı Milli”də nələr var? - Araşdırma

Tarix 03.11.16, 5:42

Font ölçüsü : - / +
bitmap-img6


Son zamanlar İraqda – Kərkük və Mosul ətrafında baş verən olaylar səbəbindən, bu hadisələrdə Türkiyənin rolunun siyasi və hüquqi aspektləri müzakirə mövzusudur. Türkiyənin İraqa müdaxilə haqqının olmadığı iddiasına qarşı rəsmi Ankara da tarixi sənəd olan  "Misak-i Milli"ni irəli sürüb.

Bəs, Türkiyə tərəfinin istinad etdiyi bu "Misak-i Milli" nədir?

Strateq.az mövzu barədə tarix üzrə fəlsəfə doktoru İsa İbrahim Arslanın məqaləsini oxuculara təqdim edir: 

I Dünya müharibəsinin sonu Osmanlı imperiyasının süqutunun əsasını qoydu. Antanta dövlətləri ilə bağlanmış Mudros sülhü ilə Osmanlı imperiyası rəsmən müharibədən çıxsa da, bu müqavilə nəinki ölkəni bəladan qurtarmadı, hətta onu daha da ağır duruma saldı. Müttəfiqlər müqavilənin imzalanmasından az bir müddət sonra Osmanlı imperiyasını aradan qaldırmağı qərara aldılar.  Sultan VI Mehmet və onun hökuməti müttəfiqlərin əlində oyuncağa çevrildi. Barışıqdan sonrakı ilk altı ay ərzində İngiltərə öz qoşunlarını yeridib Anadolunun cənub-şərq hissəsini, Fransa ilə birlikdə Şərqi Frakiya və Qara dəniz boğazları zonasını işğal etdi. Həmçinin ingilis hərbi qüvvələri bir neçə gün sonra Mudros müqaviləsinin 7-ci maddəsini əsas tutaraq Mosulu işğal etdi.

Osmanlı dövlətində işğalçılara qarşı kəskin etiraz əhval-ruhiyyəsi gündən-günə dərinləşir və kəskinləşirdi. Belə bir mürəkkəb siyasi şəraitdə Mustafa Kamal 28 may 1919-cu ildə gizli bir yazı yayınlayaraq işğal altına alınmış torpaqları azad etmək, imperiyanı dağıdaraq bütün Türkiyəni parçalayıb bölüşdürmək istəyən qüvvələrə qarşı türk millətini birləşməyə və istiqlal mübarizəsinə çağırdı.

Beləlkilə, Anadoluda xarici işğalçılara qarşı qurtuluş savaşı başladı. Bu qurtuluş savaşı dövründə qurulacaq Türkiyə Cumhuriyyətinin ərazisi, siyasi hüdudları olduqca vacib məsələlərdən biri idi. Bu məqsədlə 1920-ci ilin 28 yanvarında İstanbulda toplanan Osmanlı Məclisi (Meclisi Mebusan) Atatürkün rəhbərliyi ilə hazırlanmış Türk Qurtuluş savaşının “Siyasi manifesti”ni qəbul etdi. Osmanlı dövlətinin süqutundan sonra yaradılacaq Türk Dövlətinin siyasi xəritəsini müəyyən edən və Türkiyə Cumhuriyyətinin gələcək siyasi mövcudluğunun təminatı olan bu qərar tarixdə “Misak-ı Milli” (“Milli And”) adlanır. 

Anadolu Qurtuluş Savaşının lideri Qazı Mustafa Kamal Paşa Atatürk 1919-cu il iyunun 21-də Amasiya xalqına müraciət etməklə yenə türk millətini birliyə, bütünlüyə və mübarizəyə dəvət etdi. Yaranmış vəziyyət və baş vermiş hadisələr nəticəsində Mustafa Kamal paşa 7 iyul 1919-cu ildə tutduğu vəzifədən istefa etdiyini hökumətə bildirdi. Hərbi vəzifəsindən istefa verdikdən sonra ərzurumluların arzusu ilə “Şərq vilayətləri müdafiə hüququ milli cəmiyyəti”nin Ərzurum şöbəsinin idarə heyətinə sədr seçildi. Ərzurum Konqresi 23 iyul 1919-cu ildə toplandı. Konqres bir təsis məclisi kimi 14 gün fəaliyyət göstərdi və 7 avqust 1919-cu ildə bir bəyannamə dərc etdirərək işini yekunlaşdırdı.

Ərzurum Konqresində Türkiyənin gələcəyini və torpaq bütünlüyünü müəyyən edən 10 maddədən ibarət “Bəyannamə” qəbul edildi. Bu “Bəyannamə”nin II maddəsində Osmanlı dövlətinin torpaq bütünlüyünün vacibliyi bir daha qeyd olunurdu: “II maddə: Osmanlı vətəninin bütövlüyünün və müstəqilliyinin təmini, səltənət və xilafətin qorunması üçün milli qüvvələri əsas olaraq milli iradəyə hakim etmək vacibdir”. Ərzurum Konqresində qəbul edilən “Bəyannamə” Türkiyənin gələcəyi üçün əhəmiyyətli rəsmi sənəd olan “Misak-ı Milli” bəyannaməsinin hazırlanmasında hüquqi baza oldu.

“Misak-ı Milli”-nin ana xəttləri Ərzurum Konqresi (22 iyul – 7 avqust 1919) və Sivas Konqresində (4-11sentyabr 1919) müəyyən olunmuşdur.

Sivas Konqresinin tələbləri istiqamətində Osmanlı hökuməti 11 sentyabrda ümumi seçki qərarı aldı. Noyabr ayında keçirilən seçkilərdə Anadolunun hər vilayətində Müdafiə  Hüquq Cəmiyyətinin göstərdiyi namizədlər qələbə qazandı. Məclisə seçilən namizədlər dekabr ayı və 1920-ci ilin yanvar ayının ilk günlərində  iki üç nəfərlik qruplar halında Ankaraya gələrək Mustafa Kamal Paşa və Heyət-i Temsiliye (Təmsil Heyəti) üzvləri ilə görüşdülər. "Misak-ı Milli”-nin mətni bu müzakirələrdə tam hazırlandı. Heyət-i Temsiliye üzvləri tərəfindən imzalanan mətn, Trabzon nümayənsədi Xosrov Sami bəy vasitəsilə İstanbula göndərildi.

12 yanvar 1920-ci ildə İstanbulda öz işinə başlayan Osmanlı Məclisi, idarəetmə orqanlarını seçdikdən dərhal sonra “Bəyənnamə”ni müzakirəyə çıxardı. Məclisin 28 yanvarda keçirilən qapalı iclasnda "Milli And” Bəyannaməsi qəbul edildi. Bu “Bəyannamə” Anadolu qurtuluş savaşının əsas qayəsini təşkil edən siyasi və hüququ sənəddir. “Milli And”ın (“Misak-ı Milli”) birinci maddəsində Kərkükün də daxil olduğu Mosul bölgəsinin siyasi və hüquqi vəziyyəti əks olunmuşdur: “Maddə 1. Osmanlı dövlətinin, xüsusilə ərəblərin əksəriyyətinin yaşadığı, 30 oktyabr 1918-ci ildə Mondros Müqaviləsinin bağlandığı dövrdə düşmən ordularının işğalı altında olan ərazilərin (o dövrdə Hatay və Mosul bölgəsi Türk suverenliyi altında idi) gələcəyi, orada yaşayan xalqların sərbəst şəkildə verdiyi səsvermə qərarına uyğun olaraq müəyyən edilməlidir”.

Bu maddə qeyd olunduğu kimi, Mosul bölgəsinin siyasi və hüquqi vəziyyətini böyük dövlətlər deyil, Osmanlı nəzarətində keçirilən əhalinin səsverməsi həll edəcəkdir.

Mustafa Kamal Paşa, 1 may 1920-ci ildə və 30 yanvar 1923-cü il tarixi çıxışlarında Mosul vilayəti də daxil olmaqla, Misak-ı Milli sərhədlərinin hüdudlarını göstərmişdi: "Bu hudud İskəndərun körfəzinin cənubundan, Antakyadan, Hələb ilə Katma məntəqəsi arasında Cerablus körpüsünün cənubunda Fərat çayına çatır. Oradan Deyrizora enər, oradan şərqə uzadılaraq Mosul, Kərkük və Süleymaniyəni içinə alır".

1923-cü il iyul ayının 24-də Türkiyə ilə Antanta dövlətləri arasında bağlanan Lozanna sülh müqaviləsi Mosul bölgəsinin siyasi statusunu müəyyən edə bilmədi. Lozanna konfransında Türkiyə tərəfi Mosul və Kərkükün “Misak-ı Milli” hüdudları daxilində olduğunu əsas gətirərək bu əraziləri ingilislərdən tələb etsə də İngiltərə bununla razılaşmadı.

Lozanna müqavilənin üçüncü maddəsinə görə, “Türkiyə ilə İraq arasında sərhəd bu müqavilənin qüvvəyə minməsindən başlayaraq doqquz ay müddətində İngiltərə ilə Türkiyə arasında aparılan danışıqlar nəticəsində müəyyən olunacaqdır. Bu müddətdə razılıq əldə olunmazsa bu məsələ Millətlər Cəmiyyəti Məclisində müzakirə olunacaqdır. Sərhəd xətti məsələsində son qərar verilənə qədər Türk və İngilis hökumətləri sərhəd dəyişikliyinə səbəb olacaq hərbi və digər hərəkətlərə yol verməməyi öz üzərinə götürürdü”.

Bu razılaşmaya uyğun olaraq, Mosul məsələsi 1924-cü ildə İstanbulda Haliç konfransında müzakirə olundu. Lakin İngilis hökumətinin yersiz iddiaları səbəbindən Mosulun gələcək taleyi həll edilməmiş qaldı.

1926-cı ildə Mosul sorunu Millətlər Cəmiyyətində müzakirə olunsa da konkret qərar qəbul edilmədi. Nəhayət, 1926-cı ilin iyun ayının 5-də Ankarada Türkiyə hökuməti ilə İngilis hökuməti arasında bağlanan müqaviləyə görə, İraqın ərazi bütövlüyü çərçivəsində,

– Mosul vilayəti Iraqa aid olacaq.

– Türkiyə və Irak arasındaki atəşkəs xəttini müəyyən edən Brüssel Xətti sərhəd olaraq qəbul ediləcək,

– İraq hökuməti Mosuldan əldə eytdiyi neft gəlirinin 10%-ni 25 illik bir müddətdə Türkiyəyə verəcək.

Qeyd edək ki, Türkiyə 4 il müddətində bu pulu İraq hökumətindən almış, 21 illik haqqını isə beş yüz min funt sterlinqə İngiltərə hökumətinə satmışdır.

Hal-hazırda İraqda baş verən hərbi-siyasi hadisələr fonunda İraqın ərazi bütövlüyünün pozulması səbəbindən Türkiyə hökuməti Ankara müqaviləsinin şərtlərinə uyğun olaraq, Mosul və Kərkükə müdaxilə etmək haqqını özündə saxlayır.

 
İsa İbrahim Arslan,

Tarix üzrə fəlsəfə doktoru

Bakı Dövlət Universiteti

 



Xəbərin oxunma sayı : 715




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap