Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Türkiyənin strateji hədəfi nədir: Suriyanın ərazi bütövlüyü, yoxsa Əsədin devrilməsi? - Təhlil

Tarix 25.02.17, 20:57

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə və müttəfiqlərinin dəstəklədiyi silahlı qrupların "etibarlı bölgələr" yaratması Suriyanın ərazi bütövlüyü məsələsini mübahisəli edir.

Tarix: 18 iyul 2012-ci il. Suriyanın vitse-prezidenti Həsən Turkmani, müdafiə naziri Davud Raciha, daxili işlər naziri Məhəmməd Şaar və Baş Qərargahın ikinci rəisi Asəf Şövkət milli təhlükəsizlik xidmətinin binasında bombalı hücumun hədəfinə çevrildilər.

Hücumdan yaralı olaraq xilas edilən daxili işlər naziri Məhəmməd Şaardan başqa, bütün yüksək türbəli təhlükəsizlik rəsmilərinin ölümü ilə nəticələnən 18 iyul terror aktı Suriyadakı vəkalət müharibəsinin başlanğıcı kimi tarixə həkk oldu. Çünki bu hücumla təxminən eyni vaxtda Bab əl-Hava (Cilvegözü) sərhəd qapısı müdafiəsiz qaldı və (ABŞ-ın əlaqələndirməsi ilə) Türkiyədən keçən silahlı qruplar Hələb və Dəməşq başda olmaqla, böyük şəhərlərə geniş miqyaslı hücumlara başladılar.

Rejimin çökməsinə artıq illərin deyil, ayların, yaxud həftələrin qaldığı deyilirdi.

Tarix: 31 iyul 2012-ci il. Dövrün xarici işlər naziri Əhməd Davudoğlu, "Sayks-Piko sazişi" ilə çəkilən bölgə sərhədlərini "səhv hörülmüş divarlarla təyin olunan süni sərhədlər" adlandırdı.

Türkiyənin Suriya siyasətinin memarı olan Ə.Davutoğlunun rəyinə görə, Sayks-Piko sazişindən sonra bölgənin vəziyyəti "Kamal Sunalın "Təbliğat" filminə bənzəyir"di.

Yaxın Şərqdəki sərhədlər, "Təbliğat" ("Propaqanda") filmindəki kimi, süni şəkildə təyin olunmuşdu, siyasi olaraq bu sərhədlərə hörmət göstərməklə birlikdə, bu sərhədlərin iqtisadi və mədəni baxımdan həqiqətən qaldırılmalı idi.

"Ərəb baharı" ilə birlikdə bölgədə "əsrin yenilik mübadiləsi yaşanır"dı, buna görə də "Qamışlı ilə Mosulu ayrı salan" bu sərhədlərin Avropa Birliyi modeli ilə "əhəmiyyətsiz hala" gətirilməsi yönlü fürsət yaranmışdı.

Tarix: aprel 2015-ci il. Amerika 2014-cü ildə (sentyabr ayı) Suriyada rejimi devirməyi prioritet olmaqdan çıxarıb terrorla mübarizəni prioritet elan etdi və Rusiya da terrorla mübarizə səbəbi ilə Suriyaya müdaxilə etdi. Ancaq Türkiyə və Səudiyyə Ərəbistanı hələ də Amerikanı Suriyaya qarşı müharibə variantına qaytarmağa ümid edirdilər.

Səudiyyəlilər, "ABŞ-ın bizimlə birlikdə hərəkət etməsini təmin etmənin yeganə yolu dişə diş göstərməkdir. Və sünni dişi itaətsizdir", – deyirdi.

"Nusra Cəbhəsi"nin liderliyi ilə "Fəth Ordusu" çətiri altında birləşən, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərin təsiri altındakı qruplar apreldə İdlibi ələ keçirib Lazkiyəyə doğru irəliləyirdi. Beləcə, Amerikaya "əgər vəkalət savaşı variantına geri dönməsən, rejimi devirmək mümkün deyil" mesajı verilirdi.

Tarix: 29 sentyabr 2015-ci il. Dövrün baş naziri Əhməd Davudoğlu IŞİD-in aradan qaldırılmasının "Əsədin aradan qaldırılmasına bağlı olduğunu" vurğulayaraq və "mülayim müxalifətlə ortaqlıq" vəziyyətində "Rojavada bir kürd bölgəsi yaradılmasına dəstək verəcəklərini" söyləyərək həm Amerikaya, həm də PYD-yə mesaj göndərdi.

Yəni Türkiyə 2012-ci ildə aradan qaldırılmasını müdafiə etdiyi Sayks-Piko sərhədlərinin dəyişdirilməsinə bu dəfə şərtli təsdiq verirdi.

Türkiyə və Səudiyyə Ərəbistanının təzyiqləri Amerikanı vəkalət savaşı variantına qayıtmağa bəs etmədi. Rusiyanın müdaxiləsi ilə "Fəth Ordusu"nun irəliləyişi dayandırıldı.

PYD isə Türkiyənin "Rojava vədi"nin yerinə, ABŞ və Rusiya ilə koordinasiyaya üstünlük verdi.

Tarix: avqust 2016-cı il. 2014-dən bəri "Ankaranın rəsmi Dəmşqlə savaşında əsgər olmarıq", – deyən PYD-nin, ABŞ-ın "terrora qarşı mübarizəsinin" bir hissəsi olmağa üstünlük verməsi, Munbic vasitəsilə Afrində digər iki kantonla fiziki birləşmə üçün manevr sahəsi açdı.

15 iyul hərbi çevriliş cəhdi zamanı müttəfiqlərindən deyil, Rusiya və İrandan dəstək alan Türkiyə, Suriyanın bölünməsini "B planı" kimi ehtiyatda tutub, ABŞ-ın PYD ilə əməkdaşlığını Rusiya və İranla yaxınlaşma ilə tarazlaşdırmağı düşünməyə başladı.

Tarix: 24 avqust 2016-cı il. Prezident Ərdoğan Rusiyanın razılığı ilə reallaşan və PYD-nin Afrində digər kantonlarla birləşməsinə maneə törədən "Fərat Qalxanı" əməliyyatının başladığı gün Suriyanın ərazi bütövlüyünü qorumaqda qərarlı olduqlarını açıqladı. 

Əslində, bu, Sayks-Piko sazişi ilə təyin olunan "süni sərhədləri" aradan qaldırmağı və ya "mənasızlaşdımağı" hədəfləyən Türkiyənin 5 il sonra Sayks-Piko sərhədlərinə "sığınması" mənası verirdi.

2012-ci ildə mövcud sərhədlərin "həqiqətən aradan qaldırılması"nı müdafiə edən Türkiyənin 2015-ci ildə rəsmi Dəməşqə qarşı döyüşə iştirak şərtiylə dəstək vəd etdiyi "Rojava kürd bölgəsi" 2016-da "Türkiyənin mövcudluq məsələsi" kimi təyin olundu.

Ankaranın Suriyanın ərazi bütövlüyü məsələsində mövqeyinin illərə və şərtlərə görə dəyişdiyi, ancaq rəsmi Dəməşqə mövqeyinin heç dəyişmədiyi məlumdur. Bu baxımdan ərazi bütövlüyü məsələsinin Türkiyə üçün strateji deyil, taktika səviyyədə dəyər daşıdığı qəbul edilməlidir. Buna görə də ortaya belə bir sual çıxır: "Görəsən, Ankaranın Suriyadakı strateji hədəfi mövcud rəhbərliyi devirmək, yoxsa Suriyanın ərazi bütövlüyünün qorumaqdır?"

Türkiyənin "Fərat Qalxanı" qarşılığında Rusiya və İran tərəfinə keçdiyi görünsə də, prezident Ərdoğanın ABŞ prezidenti Donald Tramp ilə telefon söhbətindən sonra açıqlamlarında Ankaranın hələ də rəsmi Dəməşqi hədəfə alan yeni plana əsasən təkrarən səf dəyişdiyi görünür. Əl-Babdan sonra Munbic və Raqqanın alınmasını qarşıya məqsəd qoyan prezident Ərdoğan Suriyanın suverenliyi ilə bağlı olan "etibarlı bölgə" məsələsini də gündəmə gətirib.

Trampın "möcüzəvi düsturu" barədə Ərdoğanın açıqlaması ilə eyni vaxtda Raqqa əməliyyatı məsəsləsində ABŞ-ın PYD-ni kənaralşdırması, "Suriya Demokratik Qüvvələri" tərkibindəki ərəb döyüşçülər ilə "Fərat Qalxanı" içindəki ÖSO ünsürlərinin birləşdirilməsi ssenarisi gündəmdədir.

ABŞ-ın PYD ilə əməkdaşlıqdan uzaqlaşmasını, hətta PYD-nin eynilə İŞİD kimi hədəf halına gətirməyi nəzərdə tutan bu planın Vaşinqtonda qəbul edilib-edilməyəcəyi ayrıca mövzudur. Ancaq "etibarlı bölgə" təklifinin Suriyanın ərazi bütövlüyünü qorumaqdan daha çox rəsmi Dəməşqə qarşı yeni mübarizəyə istiqamətlənməsi açıq-aydındır.

Suriyanın ən "ultra mülayim" qruplarının birləşdirilməsiylə yeni ÖSO yaratmaq, Türkiyə xüsusi qüvvələrinin sövq və idarəsi, ABŞ və koalisiya qüvvələrinin dəstəyi ilə Raqqanı İŞİD-dən qurtarma Suriyanın ərazi bütövlüyünün qorunmasına necə qatqı verə bilər? Əgər Suriyanın ərazi bütövlüyünün qorunmasında yalnız PYD kantonlarının yox edilməsi nəzərdə tutulursa, İŞİD-i Raqqadan çıxaracağı zənn edilən yeni ÖSO-nun YPG-yə qarşı döyüşməsinə və Türkiyənin "etibarlı bölgələr"də şəhərlər inşa etməsinə Suriya, Rusiya və İranın səssiz qalacağının zəmanət varmı?

Əgər strateji hədəf bu ölkənin ərazi bütövlüyünün qorunmasıdırsa və bunun yeganə yolu, Astana konfransında da vurğulandığı kimi, Suriyanın suverenliyinin tanınması və siyasi həllin tapılmasıdır. Çünki əks halda, yəni Türkiyə və müttəfiqləri tərəfindən dəstəklənən silahlı qrupların "etibarlı bölgələr" yaratması Suriyanın süverenliyi mübahisəli hala gəlib çıxır. Buna görə də ABŞ-ın razılığı ilə Suriyada yeni ÖSO qurub, onunla həm İŞİD-i, həm YPG-ni, həm də terrorçu sayılan digər qrupları yox etmək, onlardan qurtarılan yerlərdə "etibarlı bölgə" yaratmaq Suriyanın ərazi bütövlüyünü deyil, yalnız ikiyə bölünmüş olmasına zəmanət verir.

ABŞ-ın Suriyadakı sabiq səfiri Roberd Fordun bir sözü yada düşür: "Suriyanı bir neçə hissəyə bölmək, bütöv halda saxlamaqdan daha asandır". Bunu xatırlayaraq, əgər Türkiyə həqiqətən Suriyanın ərazi bütövlüyünü Dəməşqdə inqilab etməkdən daha prioritet hesab edirsə, ABŞ-a təklif etdiyi plan barədə əməlli-başlı götür-qoy etməlidir.

Alptekin Dursunoğlu, "Yakın Doğu Haber"

Strateq.az



Xəbərin oxunma sayı : 181




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap