Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Türkiyənin Tehrandakı səfiri İran XİN-ə çağırıldı

Tarix 21.02.17, 15:57

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin Tehrandakı səfiri Rıza Hakan Tekin İranın Xarici İşlər Nazirliyinə çağırılıb

“Report” xəbər verir ki, diplomata Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bəhreynə səfəri zamanı və xarici işlər naziri Mövlud Çavuşoğlunun Münhendə təhlükəsizlik konfransında İran hakimiyyəti haqqında söylədiyi fikirlərə etiraz bildirilib.

Ötən gün isə İran Xarici İşlər Nazirliyinin sözçüsü Behram Kasimi Türkiyə rəsmilərinin fikirlərinə münasibət bildirərkən deyib: “Türkiyə məsələsində səbrli davranırıq. Ancaq səbrimizin də sərhədi var. Türk dostlarımız bu ifadələri təkrarlasa, biz də susmayıb, qarşılıq verəcəyik”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bəhreynə səfəri zamanı İran hakimiyyətini İraq və Suriyada fars milliyyətçiliyi siyasəti yürütdüyünü bildirmişdi.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə konfransdakı çıxışında bəyan etmişdi ki, İran Suriya və İraqda müsəlmanlar arasında bölücülük yaradır: “İranı bölgədə sabitliyi və təhlükəsizliyi təhdid etməyi dayandırmağa çağırırıq”.



Xəbərin oxunma sayı : 73




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap