Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Türkiyəyə qarşı hibrid savaş: tətiyi çəkən barmaq görünür, amma...

Tarix 21.12.16, 16:37

Font ölçüsü : - / +
bitmap-img6


Daha qorxunc situasiya hələ irəlidə olduğundan narahatlıq üçün əsaslar var.

Türkiyə öz tarixinin ən ağır mərhələsini yaşayır. Bu qardaş ölkə “terror bataqlığı”na sürüklənir. Terror aktları bir-birini əvəzləyir.

Təbii ki, bu, sadəcə, terror aktları deyil. Yəni situasiya əvvəlki illərdə olduğundan ciddi şəkildə fərqlənir. Əgər əvvəlki illərdə Türkiyə separatizmin qaynağı olan PKK-nın vaxtaşırı terror hücumlarına məruz qalırdısa, indi baş verənlər tamamilə fərqli məzmun daşıyır. 

Məsələ ondadır ki, Türkiyə hazırda real müharibənin içərisindədir. 

Rəsmi Ankaraya yerini göstərmək, Türkiyəni ram etmək istəyən bəzi xarici siyasi iradə mərkəzləri, başqa deyimlə, “Dərin Dünya Dövləti” müharibəyə start verib. Ən əsası da odur ki, Türkiyəyə qarşı başladılan bu savaş hibrid müharibə xarakteri daşıyır. Hibrid müharibəyə adekvat reaksiya vermək isə demək olar ki, mümkün deyil.

Savaşın qarşı tərəfi rəsmən ortada deyil. Səhnəarxasından zərbə endirir. Tətiyi çəkən barmaq görünür, ancaq hədəfi nişan almaq qərarı verən qafa gizlənib. Bu, çox təhlükəlidir və Türkiyə üçün daha qorxunc situasiyanın irəlidə olduğundan narahatlıq üçün əsas yaradır.
Əslində indi baş verənlər 15 iyulda baş verən hərbi çevrilişə cəhdin davamıdır. 

Image result for Beşiktaşta terör


Yəni hərbi çevrilişə cəhdlə Türkiyəyə qarşı olduqca təhlükəli savaş mərhələsi başladılıb. Həmin hadisələrlə bağlı aylar öncə yazdığımız təhlildə Türkiyə üçün təhlükənin sovuşmadığını, əksinə, savaşın hələ yeni başladığını, sadəcə, fərqli ssenarilərin işə salınacağını vurğulamışdıq.
Kaş ki, ehtimallarımız doğru çıxmayaydı. Ancaq təəssüf ki, deyəsən, doğru çıxır. Və Türkiyəyə qarşı hibrid müharibənin ilk əlamətlərinə şahidlik edirik.

Təbii ki, bu hibrid savaşa start verilməsinin kifayət ciddi səbəbləri olmamış deyil. Belə ki, Türkiyə dünya nəhənglərindən hansınınsa quyruğunu yamanca tapdalayıb. İndi Türkiyəni vurmaqla, rəsmi Ankaranı öz ayağını həmin quyruğun üzərindən götürməyə məcbur etməyə çalışırlar.


Halbuki rəsmi Ankara belə bir niyyətinin olmadığını qətiyyən gizlətmir. Əksinə, ABŞ və Qərbi qıcıqlandıran addımlar atmaqda israrlı davranır. Rəsmi Ankaranın Rusiya ilə barışması və Türkiyə hərbi kontingentinin Suriyaya girməsi regionda tarazlığı pozub. Hətta beynəlxalq siyasi məkanda qüvvələr nisbətini də dəyişib. Üstəlik, Qərbdəki supergüclərin bu regiona yönəlik ssenarilərinin uğur ehtimalını təhlükə altına salıb.

Ona görə də supergüclərin xüsusi xidmət servisləri mövcud situasiyanı öz xeyirlərinə dəyişməyə çalışırlar. Onların bu məqsədə çatıb-çatmayacağı isə daha çox Türkiyənin bu hibrid savaşa nə qədər davam gətirə biləcəyindən birbaşa asılıdır.

Image result for Beşiktaşta terör

Hələliksə supergüclərin xüsusi xidmət servislərinin hədəfə yaxınlaşdıqlarını iddia etmək tamamilə yersiz görünə bilər. Ən azından ona görə ki, rəsmi Ankara son terror aktlarından dərhal sonra Türkiyənin öz yolundan dönməyəcəyini, müstəqil siyasət kursunu israrla davam etdirəcəyini birmənalı şəkildə bəyanlayıb.

Bu baxımdan, Rusiyanın Ankaradakı səfirinə qarşı törədilən terror aktının da bu istiqamətdə nələrisə dəyişəcəyi inandırıcı görünmür. Belə anlaşılır ki, rəsmi Ankara Rusiya ilə yaxınlaşmaqda və Suriya poliqonunda öz iştirakını davam etdirməkdə israrlıdır.
Əslində Kremldə də baş verənlərin səbəblərinin fərqindədirlər. Belə ki, Rusiya prezidenti Vladimir Putin rus hərbi təyyarəsinin vurulmasıyla bağlı olayda olduğu kimi, bu dəfə də vəziyyəti düzgün qiymətləndirməyi bacardığını sübuta yetirdi. 

Belə ki, Kreml sahibi Rusiya səfirinə qarşı terrorun Türkiyə-Rusiya əməkdaşlığını pozmaq məqsədilə törədildiyini vurğuladı: “Türkiyə ilə münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edir. Türkiyə ilə Suriyada mülki şəxslərin evakuasiyası üzrə əldə etdiyimiz önəmli anlaşma öz qüvvəsində qalacaq. Eyni zamanda bəzilərinin istəklərinin əksinə olaraq, Moskvada keçiriləcək Rusiya-Türkiyə danışıqları qətiyyən təxirə salınmayacaq”.

Göründüyü kimi, prezident V.Putin səfirə atılan güllənin haradan və hansı məqsədlə atıldığını çox gözəl anlayır. Ehtimal etmək olar ki, rus kəşfiyyatı bu hadisənin sifarişçilərini də artıq tam dəqiqliyi ilə bilir və Rusiya prezidenti bu barədə məlumatlandırılıb. Yəni Kremldə Türkiyə və Rusiyanın eyni istiqamətdən hədəfə alındığını anlayırlar.

Image result for Karlov sui-kast

Əslində bunu anlamaq elə də çətin məsələ deyil. Çünki müasir dünyada güclü himayədar və nəhəng sifarişçi olmadan heç kim terror aktı törədə bilməz. Hər halda, hər bir terror təşkilatının hansısa supergücün nəzarətində və himayəsində olduğu qətiyyən sirr deyil. Əks halda, onlar nəinki terror törədə, heç mövcud ola da bilməzlər. 

Göründüyü kimi, situasiya kifayət qədər ciddidir. Və bundan sonra baş verə biləcəklər beynəlxalq siyasi poliqonda rəngləri daha da tündləşdirə bilər. Xüsusilə də, Türkiyə üçün təhlükə daha ciddidir. Ən azından ona görə ki, rəsmi Ankara “Suriya bataqlığı”nın Türkiyənin içərilərinə irəliləməməsi üçün Türkiyənin özünün “Suriya bataqlığı”nın içərisinə girmişdi. Əsas məqsəd isə o bataqlığı Türkiyənin içərisinə gəlməzdən öncə yerindəcə qurutmaq idi.
Ancaq belə anlaşılır ki, rəsmi Ankaranın beynəlxalq düşmənləri Türkiyənin içərisində yeni “Suriya bataqlığı” yaratmağa can atırlar. 80 milyonluq Türkiyədə daxili xaos və vətəndaş qarşıdurması yaradıb, dövləti içəridən dağıtmağa cəhd edirlər. 

bitmap-img6

Bu isə o deməkdir ki, hibrid savaşa məruz qalan Türkiyə üçün yeni “Suriya bataqlığı” ssenarisi artıq işə salınıb. Bu ssenarinin baş tutması yalnız Türkiyə üçün deyil, ümumilikdə Türk dünyası, eləcə də bütün dünya üçün fəlakət vəd edir.(musavat.com)

Elçin XALİDBƏYLİ




Xəbərin oxunma sayı : 814




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap