Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Türkmənistanda ərzaq qıtlığı yaranıb – Çörək çatışmır

Tarix 15.12.17, 21:46

Font ölçüsü : - / +
bitmap-img6


Türkmənistanda əsas qida məhsullarının defisiti və qiymət artımı müşahidə edilir.

APA-nın “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə “Azadlıq radiosu”nun Türkmənistan bürosu xəbər yayıb. Məlumatda bildirilir ki, Marı və Axal vilayətlərində noyabr ayında un iki dəfə bahalaşıb və defisitin yaranacağından ehtiyatlanan əhali daha çox un almağa başlayıb. Artıq dekabrın əvvəlində bütün ölkə boyu un çatışmazlığı yaranıb. Nəticədə çörəyin qiyməti 1 Türkmənistan manatından 1,4 -1,5 manata kimi qalxıb. Aşqabadda isə keyfiyyətli undan hazırlanmış çörək iki həftə ərzində 2 manatdan 3,5 manata kimi qalxıb.

Paytaxtda yumurta qıtlığı da yaranıb və qiymət 50 faiz artıb. Artıq marketlərdə yumurta yalnız böyüklərə və 30 ədəddən artıq olmayaraq satılır. Bununla yanaşı meyvə-tərəvəz və qənnadı məmulatlarının qiyməti də 2 dəfə bahalaşıb. 



Xəbərin oxunma sayı : 136




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap