Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Tacikistanda varis planı vaxtından əvvəl işə salınır – Rəhmon iki aya gedir?

Tarix 08.08.20, 20:38

Font ölçüsü : - / +
bitmap-img6


“Böhran dövründə dövlət başçıları bəzən vəziyyəti idarə eləmək üçün böyük seçkiləri təxirə salırlar. Tacikistanda isə deyəsən, bunun əksidir: avqustun 6-da parlamentin yuxarı və aşağı palataları növbəti prezident seçkilərinin oktyabrın 11-də - ənənəvi noyabr tarixindən bir ay əvvəl keçirilməsinə səs verib”. 

Musavat.com-un məlumatına görə, bu barədə Eurasianet saytında Tacikistanda mümkün hakimiyyət dəyişikliyinə həsr olunmuş analitik məqalədə deyilir.

Materialda daha sonra bildirilir: “Hərgah, seçkiyə 2 ay qalmış ölkədə heç bir intriqa müşahidə edilmir. Yeganə sual indiki prezidentin - 67 yaşlı Emoməli Rəhmonun daha 7 il ali kürsüdə qalıb-qalmayacağı və ya hakimiyyət sükanını oğlu Rüstəm Emoməliyə verəcəyi ilə bağlıdır”.

Sayt qeyd edir ki, belə qeyri-müəyyənlik 2016-cı ildə keçirilmiş referendum zamanı qəbul edilən iki mühüm konstitusiya dəyişikliyindən qaynaqlanır: “Onlardan biri budur ki, artıq namizədlər üçün yaş həddi 35-dən 30-a endirilib (prezidentin oğlu Rüstəm Emoməlinin dekabrda 32 yaşı tamam olacaq). Digər mühüm dəyişiklik isə hazırkı prezidentə məhdudiyyətsiz dəfə prezident seçilmək hüququnun tanınmasıdır. Hətta ata Rahmon öz postunu oğluna və ya başqa kiməsə versə belə, ondan sonra da ölkədə güclü və dəyişməz qərar vermə səlahiyyətlərini özündə saxlayacaq. Çünki 2015-ci ildə qəbul olunmuş qanun ona xalqın lideri kimi xüsusi status tanıyır. Yeri gəlmişkən, Qazaxıstanda da keçmiş prezident Nursultan Nazarbayev prezidentlikdən gedəndən sonra xeyli dərəcədə hakimiyyət səlahiyyətlərini özündə saxlayıb”.

Bununla belə, gənc Rüstəm Emoməli xüsusilə də aprel ayından – ölkə parlamentin yuxarı palatasının spikeri olduğu dövrdən ali posta ciddi iddiaçı qismində görülür. “Parlamentin yuxarı palatasının sədri olaraq Emoməli artıq indinin özündə prezidentin ölümü və ya iş qabiliyyətini itirəcəyi halda onu əvəzləyə bilər. Bundan əlavə, Emoməli hələ də paytaxt Düşənbə şəhərinin meri vəzifəsində qalır”, - deyə məqalə müəllifləri vurğulayırlar.


Hakimiyyətin varisliyinə dəlalət edən başqa bir fakt da düşündürücüdür: “Məsələ ondadır ki, son illər Rüstəm Emoməli atasının yanında keçirilən bütün publik tədbirlərdə onun yanında görüntülənib. Demək ki, o, yüksək vəzifəyə hazırlanır. Hərçənd, axır vaxtlar onun publik yerlərdə görünməsi nadir hal alıb. İyul ayının sonunda isə Rəhmon Düşənbənin yaxınlığında yerləşən Hisar və Rudaki şəhərlərində vətəndaşların evlərinə baş çəkmək üçün koronavirus pandemiyası ilə bhağlı izolyasiya rejimini pozub. Siyasi müşahidəçilər onun bu ziyarətlərini seçki jesti kimi təqdim edirlər. Emoməlinin gözə dəyməməsi də diqqətdən yayınmayıb. Yada salaq ki, hazırkı ölkə başçısı sonuncu dəfə 2013-cü il seçkisi zamanı prezidentliyə namizəd olub və 84% səslə asanlıqla qalib gəlib”.

Eurasianet ardınca diqqəti dünyanın digər ölkələri kimi, Tacikistanın hələ də COVID-19-ın yayılması ilə mübarizə aparmasına yönəldir, hərgah, ölkədəki böhranın real miqyasını sırf qeyri-rəsmi dəlil və fərziyyələr əsasında müəyyən eləmək asan deyil: “Belə ki, aprel ayının sonuna qədər hakimiyyət guya heç bir yoluxma halının aşkar edilmədiyini əsas götürərək, infeksiyanı ört-basdır etməyə, profilaktik tədbirlərin görülməsinə lüzumun olmaması barədə cəmiyyəti inandırmağa çalışırdı. Lakin artıq təcrid rejimini tətbiq edərək vəziyyətin nəzarətdə olduğu təəssüratını yaratmağa səy edir. Parlament isə oktyabr ayında prezident seçkisinin keçirilməsinə qərar verərkən nə davam edən böhranı, nə də bu böhranın ilin sonunda hər hansı təkrarlanma riskini ciddiyə alıb”. 

*****

Beləcə, Orta Asiyanın ən kasıb ölkəsi olan Tacikistanda varis planı pandemiya fonunda daha tez reallaşa bilər. Ola bilsin, prezident Rəhmon koronovirus ölkədə daha kritik durum və daha böyük narazılıq dalğası yaratmamış  hakimiyyətin uzun ömürlülüyü məsələsini həll etmək üçün tələsir. Bu, hakimiyyətdə “əldəyişmə” şəkildə də ola bilər, növbəti 7 ilə özünü seçdirməklə də. 

İstənilən halda, Tacikistan kimi ölkələrdə seçkilərin necə keçdiyi sirr deyil. O ki qaldı ölkənin 31 yaşlı ikinci şəxsi və Düşənbə meri Rüstəm Emoməliyə, onu artıq hakimiyyət olimpinin bircə addımlığında saymaq olar. Qalır, 67 yaşlı ata Rəhmonun son qərarı: seçkiyə özü gedəcək, yoxsa... 




Xəbərin oxunma sayı : 2953




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap