Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Taksi sürücüləri etiraz etdi: “Əvvəlki yerimizdə xidmət etmək istəyirik”

Tarix 03.12.22, 14:29

Font ölçüsü : - / +
bitmap-img6


Taksi sürücüləri Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında dinc etiraz aksiyası keçiriblər.

Sürücülərin sözlərinə görə, “Avtovağzal” müdiriyyəti onların fəaliyyətinə qadağa qoyub. Səbəb isə qeyri-qanuni fəaliyyətə icazə verilməməsidir.

Onlar əvvəlki yerlərində xidmət etmək istədiklərini bildiriblər.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin Nəqliyyat Qovşağında “Minik taksiləri üçün duracaq yer” müəyyənləşib. 

Bunu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Samir Səfərov də təsdiqləyib. 

“Taksi fəaliyyəti ilə məşğul olan daşıyıcılar “minik taksilərinin duracaq yeri” yol nişanı ilə işarələnmiş xüsusi yerlərdə fəaliyyət göstərməlidirlər. Onlar həm hərəkətə mane olmamalıdırlar, həm də sərnişinlərin təhlükəsizliyi təmin olunmalıdır”, - deyə o qeyd edib.

Qeyd edək ki, Nəqliyyat Qovşağında 200-ə yaxın taksi minik nəqliyyat vasitəsinin fəaliyyəti üçün vahid mexanizm və uyğun məkan seçilib. Yeni yaradılacaq ərazidə tam qanuni taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər fərqlənmə nişanı alaraq fəaliyyətini davam etdirə bilərlər.

Ətraflı Baku TV-nin süjetində:





Xəbərin oxunma sayı : 424




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap