Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Taksi sürücülərinin etirazı - “100 manat cəriməsi var”

Tarix 02.08.24, 8:50

Font ölçüsü : - / +
bitmap-img6


İctimai nəqliyyatın hərəkəti ilə bağlı əsas problemlərdən biri taksi sürücülərinin və sərnişinlərinin haqlı narazılığına səbəb olub.

Məsələnin məğzi Bakıda, xüsusən də mərkəz ərazilərdə aidiyyəti qurumlar tərəfindən taksilərə sərnişin götürmək və ya düşürmək üçün heç bir şəraitin yaradılmamasıdır. 

AzFakt.com Oxu.Az-a istinadən xəbər verir ki, nəticədə cərimələnmək istəməyən sürücülər sərnişinləri sifariş nöqtəsində götürməkdən imtina edirlər. Belə olan halda isə sərnişinlə sürücü arasında narazılıq yaranır.

Sürücülər bildirir ki, bu problemin həll edilməməsi onların cərimələnməsi ilə yekunlaşır:

“Sanki hər şey taksi sürücülərinin cərimə olunmasına hesablanıb. Çünki aidiyyəti qurumlar taksi sürücülərinə cərimədən yayınmaq üçün heç bir çıxış yolu qoymayıblar. Şəhərdə əsas yolların, demək olar ki, hər birinə avtobus və velosiped zolaqları çəkilib. Oraya girmək olmaz, çünki 100 manat cəriməsi var. Hərəkət zolağında saxlamaq olmaz - həm qayda pozuntusudur, həm də təhlükədir.

Qalan yerlərdə də “dayanma-durma qadağandır” nişanları düzülüb. Bəs biz müştərini götürmək və ya düşürmək üçün nə etməliyik? Niyə biz cərimə ödəməyə məhkum olmalı və ya hər gün sərnişinlərlə mübahisə etmək məcburiyyətində qalmalıyıq? Axı taksi ictimai nəqliyyatdır və müştəriyə demək olmaz ki, mən haradasa dayanacaqda dayanmışam, gəlin oraya”.



Xəbərin oxunma sayı : 880




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap