Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Taliban Çinin şərtlərini qəbul etməyə hazır görünür - Əfqanıstanı səfalətdən...

Tarix 21.09.21, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


Tacikistanın paytaxtı Düşənbədə ötən həftə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində əsas mövzusu Əfqanıstan oldu. Təşkilata üzv ölkələrin əksəriyyəti Əfqanıstandakı olaylardan narahat görünür. Ümumi rəy belədir ki, Əfqanıstan əhalisi daha da kasıblaşacaq və qış ayları yaxınlaşdıqca ərzaq qıtlığı yaşanacaq.

Sammitə onlayn formada qatılan Rusiya prezidenti Vladimir Putin Əfqanıstandakı duruma görə yenə Amerikanı ittiham edib. V.Putinin çıxışından bu nəticə çıxdı ki, Əfqanıstana müdaxilə edən, onu bugünkü duruma sürükləyən ölkə – Amerika Birləşmiş Ştatları hazırki duruma görə məsuliyyət daşıyır və ona görə də əfqanları maliyyə, ərzaq və digər məsullarla Vaşinqton təchiz etməlidir.

Rəsmi Pekinin də mövqeyi eynidir. Düşənbədəki sammitdə iştirak edən Çinin xarici işlər naziri Van İ Putinin sözlərini təkrarladı: “Əfqanıstanın bərpası və bu ölkəyə istisadi və humanitar yardımın məsuliyyəti Amerikanın üzərindədir”. Bununla həm Rusiya, həm də Çin rəsmiləri Amerikaya demək istəyirlər ki, “Əfqanıstanı dağıtdığın kimi onu yenidən qurmalısan”. Çinin xarici işlər naziri Amerikanın silahlı qüvvələrinin Əfqanıstanı qəfil tərk etməsini bu ölkədə yeni problemlərə yol açdığını vurğuladı: “Əfqanıstanda yeni siyasi sistem formalaşmayıb, etnik və dini münaqişələrə mürəkkəb xarakterə malikdir, lokal toqquşmalar ehtimalı artıb, bir sözlə gələcək qeyri-müəyyəndir”.

“VAŞİNQTON TƏLƏSMİR”

Rusiya və Çin Vaşinqtonun Əfqanıstan siyasətinin tənqid etməklə Amerikaya qarşı yeni təzyiq aləti əldə ediblər. Belə bir sual yaranır: Amerika məsuliyyətdən yayınarsa və Əfqanıstanın iqtisadi və social problemlərinin həllində kömək etməsə, Moskva və Pekinin mövqeyi necə olacaq?

“Vaşinqton Əfqanıstanda hakimiyyətin Talibana keçməsinə mane olmasa da, bu qruplaşmanı tanımağa və əlaqələrini genişləndirməyə tələsmir” – deyə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu şərh edərkən bildirir.

Ancaq Şahinoğlu ABŞ-ın Əfqanıstana humanitar yüklərin çatdırılması istiqamətində fəaliyyətini bərpa etməsini də mümkün sayır. Kreml isə ona tabe olan rejimlərə dəstək verir.

“Misal üçün Rusiya Bəşər Əsəd rejiminin ayaqda qalması üçün Suriyaya illərdir humanitar yardım göstərir. Əfqan xalqının taleyi Kremli çox da narahat etmir. Moskva üçün önəmli olan Əfqanıstanın radikallaşmasının və bu ölkədən terrorun Mərkəzi Asiyaya mümkün keçidinin qarşısını almaqdır. Kreml buna əmin olmadıqca Əfqanıstana humanitar yük daşımaqla bağlı qərar verməyəcək”.

Araşdırmalar Mərkəzinin rəhbərinin fikrincə Kremldən fərqli olaraq Pekin Əfqanıstana müəyyən həcmdə humanitar yardım edə bilər: “Ancaq Pekin bu yardımın qarşılığında Talibana iki tələbini təkrarlayacaq. Birincisi, Taliban Çin şirkətlərinə Əfqanıstanın zəngin yataqlarında çalışmasına şərait yaratmalı, çinli işçilərin təhlükəsizliyinə təminat verməlidir. İkincisi, Taliban Çinin bölgədəki maraqlarını nəzərə almalı, radikal uyğurların Əfqanıstandakı fəaliyyətlərini əngəlləməlidir”.

Azərbaycanlı ekspert E.Şahinoğlu bunu da əlavə edir ki, Taliban Əfqanıstanı aclıqdan və səfalətdən qurtarmaq üçün Çinin hər iki şərtini qəbul etməyə hazır görünür.

“Ancaq bunun özü Talibana və Əfqanıstana daha böyük problem yaradacaq. Əfqanıstanın Çinə borcu artacaq. Çin eyni siyasəti Mərkəzi Asiya və Afrikada həyata keçirir. Mərkəzi Asiya və Afrika ölkələrinin Çinə borcları artdıqca siyasi baxımdan da Pekindən asılılıqları artır”.






Xəbərin oxunma sayı : 856




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap