Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Tanınmış jurnalist mahnı yazdı - Video

Tarix 15.01.17, 2:56

Font ölçüsü : - / +
bitmap-img6


Tanınmış jurnalist Nicat Dağlar oğluna mahnı yazıb.

Musiqisi və sözləri ona aid olan "Oğlum” mahnısını jurnalist oğlu Mirsamirin 10 yaşı münasibətilə ərsəyə gətirib və ilk dəfə özü ifa edib. Mahnıya Azərbaycan Respublikasının əməkdar artisti Aybəniz Haşımova da öz tövhəsini verib.
 
N.Dağlar BakiPost.az-a bildirib ki, mahnının üzərində iki aydan artıq iş aparılıb: "Bu ideya məndə hələ aylar öncə yaranmışdı. Yadda qalacaq bir hədiyyə hazırlamaq istəyirdim. Nəhayət, qərara gəldim ki, mahnı yazım. Əvvəlcə musiqisi yarandı, sonra isə sözlərini yazdım.  İstədim ki, mahnıya dəyərli sənətkarımız Aybəniz Haşımova da rəng qatsın və o, musiqini dinləyəndən sonra bu işdə ürəklə iştirak etdi”.

Qeyd edək ki, mahnının səsyazma prosesi də lentə alınıb və bu gün işıq üzünə çıxarılıb.

N.Dağlar mahnının ərsəyə gəlməsində əməyi olmuş hər kəsə təşəkkürünü də bildirib: "Mahnının aranjemançısı "AZİRU Music Prodiction”un rəhbəri Rübail Əzimovdur. Mahnının səsyazma prosesini lentə alan və çox qısa zamanda montaj işlərini yekunlaşdırıb çarxı hazır vəziyyətə gətirən dəyərli dostumuz Məgrur Salmanovdur. Adını çəkdiyim dostların hər birinə təşəkkür edirəm ki, bu işə həqiqi mənada ürək qoydular. İnanıram ki, mahnı hamı tərəfindən seviləcək”.






Xəbərin oxunma sayı : 85




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap