Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Tanınmış jurnalistlər yeni qurum yaratdılar –Media Klubu bəyanat yaydı (FOTOLAR)

Tarix 20.04.18, 0:24

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Azərbaycan mediasının tanınmış nümayəndələri bir araya gələrək Media Kulubu təsis ediblər.

AzFakt.com Xural.com-a istinadən bildirir ki, Media Kulubu bununla bağlı bəyanat yayıb. Bəyanatı Arif Əliyev, Elçin Şıxlı, Elmidar Əliyev, Ələsgər Məmmədli, Əvəz Zeynallı, Qulu Məhərrəmli, Mehman Əliyev, Zahir Əzəmət imzalayıblar.

Bəyanatda deyilir:

“Hazırda Azərbaycanın informasiya məkanı həm ənənəvi KİV-lərin böhranı, həm də sosial şəbəkələrin artan təsiri ilə səciyyələnir.

Mətbuat böhranı özünü yaradıcılıq azadlığı və iqtisadi müstəqilliyin itirilməsi, etik prinsiplərinin pozulması, peşəkarlıq səviyyəsi və ictimai əhəmiyyətinin xeyli azalmasında  göstərir. Bu proses tele-radio yayım vasitələrində daha ağrılı şəkildə gedir. Mətbuat bütün birliklər, fərdlər, dövlət və cəmiyyət arasında ictimai vasitəçi funksiyasını getdikcə daha çox itirir. Sosial şəbəkələr fərdi təşəbbüslər səviyyəsində bu funksiyaları üzərinə götürməyə və ənənəvi KİV-lərə ictimai etimadın itirilməsi fonunda yaranmış informasiya boşluğunu doldurmağa çalışır. Lakin hakimiyyətin bəzi dairələrinin bu təşəbbüsləri boğmaq və İnternet məkanını böhtan və təhqirlərin yayılması üçün istifadə etmək üzrə göstərdiyi son cəhdlər sosial şəbəkələrin manipulyasiya sisteminə çevrilməsi təhlükəsini yaradır.

Bunlarla əlaqədar, biz – media birliyinin nümayəndələri, ölkədə müstəqil, keyfiyyətli və məsuliyyətli KİV-in təşəkkülünə və onlara olan ictimai etimadın bərpa olunmasına kömək edəcək mühitin yaradılması,  o cümlədən informasiya vasitələrinin manipulyasiya, təcavüz, təhqir və yalan sisteminə çevrilməsi cəhdlərinin qarşısının alınması məqsədi ilə səylərin birləşdirilməsini zəruri hesab edirik.

Bu məqsəd və vəzifələrin həyata keçirilməsi üçün biz, informasiya cəmiyyətinin, o cümlədən media və sosial şəbəkələrin mənafeyinin müdafiə və təmin olunması məqsədini güdən birlik olaraq Media Klubu yaratmaq qərarına gəlmişik.

Bununla əlaqədar aşağıdakı tədbirləri görmək niyyətindəyik:

– İnformasiya cəmiyyətinin aktual problemlərini müzakirə etmək üçün daimi fəaliyyət göstərən diskussiya platforması yaratmaq;

– İnformasiya cəmiyyəti həmrəyliyini gücləndirmək;

– Sağlam informasiya cəmiyyətinin inkişafı və qorunması üçün qanunvericilik təklifləri ilə çıxış etmək və media sferasını irəlilətmək;

– Cəmiyyətin informasiya təhlükəsizliyinin qorunması üçün tövsiyələr hazırlamaq;

– KİV-in iqtisadi tərəqqisinə, jurnalist peşəkarlığının artırılmasına, etik standartların tətbiqinə, kommunikasiya vasitələri və informasiya məkanı iştirakçılarının hər cür təzyiq formalarından müdafiə olunmasına kömək etmək məqsədi ilə tədqiqatlar aparmaq, tövsiyələr hazırlamaq və onların praktiki tətbiqini həyata keçirmək.

Media Klubu bu vəzifələrin həyata keçirilməsi və qarşıda duran problemlərin həll olunması üçün cəmiyyətin bütün sosial qurumları, o cümlədən müstəqil jurnalist təşkilatları ilə əməkdaşlıq edəcək.

Azərbaycan media mühitinin sağlamlaşdırılması üçün narahat və həssas olan bütün media nümayəndələrini həmrəyliyə səsləyirik.”

Hörmətlə:

Arif Əliyev

Elçin Şıxlı

Elmidar Əliyev

Ələsgər Məmmədli

Əvəz Zeynallı

Qulu Məhərrəmli

Mehman Əliyev

Zahir Əzəmət









Xəbərin oxunma sayı : 322




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap