Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Tanınmış müğənni: “Dedilər, pul “Lotu Namiq”ə çatacaq”

Tarix 12.05.17, 3:00

Font ölçüsü : - / +
bitmap-img6


“Şeron” musiqi qrupunun keçmiş üzvü, “Şadan” qrupunun rəhbəri və solisti İntizar Məmmədov və Ramil Qasımovdan hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinən Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov və Ariz Məmmədovun cinayət işi üzrə məhkəməsi keçirilib

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
 
Söz prokuror Ramin Nağdəliyevə verilib. Prokuror  ittiham aktını elan edib.
 
Təqsirləndirilən şəxslər özlərini qismən təqsirli bilib, onlar məhkəmədə sərbəst ifadə veriblər.
 
Prosesdə zərərçəkmiş şəxs qismində Ramin Qasımov dindirilib. O, ifadəsində 2013-cü ildə Rəşad Əhmədovun yaratdığı “Şadan” qrupunun üzvü olduğunu deyib: “Qrupda bizimlə birlikdə İntizar da olub. Sonradan qrupun inkişaf etməsi üçün pula ehtiyac yarandı. Buna görə də Rəşad razılıq əsasında atasına məxsus səsyazma studiyasını satdı və pulunu qrupun reklam və digər xərclərinə qoydu. Toylarda qazandığımız pullardan 15 min manat Rəşada vermişik. Sonradan aramızda yaranan anlaşılmazlıqla bağlı qrupdan ayrılmağa qərar verdim”.
 
Zərərçəkən qeyd edib ki, 2016-cı ilin oktyabr ayında Tahir adlı şəxs ona zəng edib: “Tahir bildirdi ki, pul söhbəti var, görüşmək lazımdır. Sonra İntizarla əlaqə saxladım. İntizar da eyni məsələ ilə bağlı onunla əlaqə saxlanıldığını bildirdi. Ertəsi gün onlarla görüşdük. Orada ən çox danışan Tahir idi. Digərləri də onu “rəis” deyə çağırırdılar. Tahir və digərləri bizdən  4 min manat vermələrini tələb etdilər. Mənim pul verməyə imkanımın olmadığını dedim. Bu zaman İntizar dedi ki, maşınım var, onu qiymətləndirib, götürə bilərsiz”.
 
Ramin Qasımov qeyd edib ki, həmin şəxslər sonradan onu evə çağırıblar: “Evdə Tahir özündən çıxdı, bildirdi ki, sözünə əməl etməmişik. Məndən 500 dollar aldı. Sonra bildirdi ki, 2 min dolları təcili gətirim, həmin pul “Lotu Namiq”ə çatacaq. Tahirin sözlərindən məlum oldu ki, həmin pulu alacaq “Lotu Namiq” Rəşada olan borcun uzadılmasına nail olacaq. Orada Tahir mənə hədə-qorxu gəlirdi, üstündə də silah vardı. Tahir pulu çatdırmadığım halda başımın ağrıyacağını, ailəmin də bundan əziyyət çəkəcəyini bildirdi”.
 
Məhkəmə prosesi mayın 18-də davam edəcək.
 
Qeyd edək ki, Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov, Ariz Məmmədov və Əfsun Quliyev özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olublar.
Onlar qrup halında özlərini cinayətkar aləmin nüfuzlu nümayəndələri "Lotu Quli"nin qardaşı "Lotu Namiq"in adamları kimi təqdim ediblər.

Dəstə üzvləri hər yerdə cinayətkar əlaqələrinin və saylarının həddən artıq çox olmalarını deyərək, üzərlərində gəzdirdikləri silahlarla hədə-qorxu gələrək, 2016-cı ilin oktyabr ayından 2017-ci ilin yanvar ayının 6-dək olan müddət ərzində "Şeron" qrupunun sabiq üzvü "Şadan" qrupunun rəhbəri və solisti İbtizar Məmmədovla Ramin Qasımovun hər birindən 12 min manat və 4 min ABŞ dolları məbləğində pul tıləb ediblər, həmçinin pulun verilməsi üçün müğənnilərə vaxt veriblər.

Dəstə üzvləri qoyduqları vaxtın artırılması üçün "Lotu Namiq"dən icazə almaq adı ilə 2016-cı ilin oktyabr ayının əvvəllərində Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində İntizar Məmmədovla Ramin Qasımovun hər birindən 500 ABŞ dolları olmaqla ümumilikdə 1000 ABŞ dolları alıblar. Onlar bir qədər sonra isə İntizar Məmmədova məxsus "Mercedes Benz S-klas" markalı avtomobilini əlindən alaraq, verəcəyi pulun 10 min manatı ilə əvəzləşdiriblər.

Bundan başqa, Əfsun Quliyev və digərləri 2016-cı ilin noyabr ayının 30-da, saat 23:30 radələrində Nəsimi rayonu ərazisindəki kafelərin birində Ramin Qasımovdan 4 min ABŞ dolları məbləğində pul alıblar. Bu il yanvar ayının 6-da isə günorta saatlarında Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən "Ankara" şadlıq evinin yaxınlığındakı kafedə Ramin Qasımovdan qalan 12 min manat pulu istəyərkən Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham edilirlər.

İstintaq dövründə Binəqədi Rayon Prokurorluğunda Əfsun Quliyevin cinayət işinə xitam verilib. O, Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

Əfsun Quliyev Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Nəsimi rayon İdarəsində mülki mühafizəçi vəzifəsində çalışıb.
 



Xəbərin oxunma sayı : 199




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap