Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Tanınmış modelyer xəstəxanaya yerləşdirilib –Qalmaqallı məhkəmə çəkişməsi təxirə düşdü

Tarix 03.12.18, 21:57

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sahibkar, modelyer Leyla Əhmədovanın icarə əsasında işlətdiyi obyektdən oğurluq etməkdə təqsirləndirilən Ceyhun Eyvazov, Nizami Ağayev və Azər Lütfəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

AzFakt.com “Report”a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş L.Əhmədovanın məhkəməyə gəlmədiyi elan olunub.

Hakim deyib ki, L.Əhmədova məhkəməyə ərizə ilə müraciət edib. O, səhhətində problem yarandığını, xəstəxanaya yerləşdirildiyini və məhkəmə iclasına gələ bilməyəcəyini qeyd edib.

Hakim M.Xankişiyev söyləyib ki, zərərçəkmiş şəxsin və ya nümayəndəsinin iştirakı olmadan proses aparıla bilməz.

Məhkəmə iclası dekabrın 12-dək təxirə salınıb.

Qeyd edək ki, L.Əhmədova 2014-cü ildə Bakının Cəfər Cabbarlı küçəsi 29 ünvanında yerləşən obyekti Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğlundan aylıq 24 min manata icarəyə götürüb. Daha sonra həmin şəxslər arasında mübahisə düşüb və obyekt sahibləri L.Əhmədovanı oradan çıxarmağa çalışıb.

L.Əhmədovanın sözlərinə görə, obyektə basqın zamanı ona 200 min manat ziyan vurulub: “Burada olan paltarlarım, bahalı parçalarım, aksessuarlarım və seyfdə olan böyük məbləğdə vəsait oğurlanıb”.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma zamanı 3 nəfər – Ceyhun Eyvazov, Nizami Ağayev və Azər Lütfəliyev saxlanılıb. Təqsirləndirilən şəxslərdən yalnız C.Eyvazovun barəsində həbs qətimkan tədbiri seçildiyi məlum olub. Digər iki şəxs isə ev dustaqlığındadır. Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.



Xəbərin oxunma sayı : 163




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap