Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Taxıl Fondunun rəisi söz verdi: “Taxıl boldur, çörək bahalaşmayacaq”

Tarix 16.09.21, 18:23

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Azərbaycanda bir sıra çörək istehsalçıları məhsulun qiymətini qaldırıb. Çörəyin qiymətinin qalxması da bəzi dedi-qodulara yol açıb. Hətta bəzi iqtisadçılar Azərbaycanda un və taxılın qiymətinin kəskin artacağını, nəticədə çörəyin bahalaşacağını proqnozlaşdırır.

Məsələ ilə bağlı Dövlət Material Ehtiyatları Agentliyinin Dövlət Taxıl Fondu üzrə İdarəsinin rəisi Zülfüqar Məmmədov Qaynarinfo-ya açıqlamasında taxıl qıtlığı ilə bağlı verilən "şərhlərin” əsassız olduğunu və bu cür açıqlamaların əhali arasında ajiotaj yaratmaqdan başqa bir işə yaramadığnı bildirib: 

"Azərbaycanda kifayət qədər taxıl ehtiyatı var. Bunun miqdarı dövlət sirri olduğundan açıqlamıram. Hesab edirəm ki, ölkəmizdə kifayət qədər taxıl ehtiyatı mövcuddur. Əhalinin bu məhsula olan ehtiyacı tam ödənilir. Heç bir qorxuya və ajiotaja ehtiyac yoxdur. Bu gün səhər də taxıl ehtiyatı ilə bağlı yenidən müzakirə aparıldı və bu məsələ hökumət tərəfindən birmənalı həll edilib. Əmin olun ki, hər şey nəzarət altındadır”. 

Çörəyin qiymətinin bahalaşmasına gəlincə, Zülfüqar Məmmədov bildirib ki, bu gün səhər bu məsələ də müzakirə edilib: "Azərbaycanda çörəyin qiyməti bahalaşmayacaq. Süni qiymət artımının da qarşısı alınacaq”.



Xəbərin oxunma sayı : 625




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap