Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Təhsil Nazirliyi deputat Aqil Abbasa cavab verib – “İndiyədək təklifinə rast gəlməmişik”

Tarix 16.10.18, 22:38

Font ölçüsü : - / +
bitmap-img6


Millət vəkili Aqil Abbas bu gün Milli Məclisdə çıxışı zamanı məktəb dərsliklərində problemlərlə bağlı bəzi iradlarını bildirib.

Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdiri Elvin Rüstəmov “Report”a açıqlamasında bildirib ki, millət vəkili Aqil Abbasın qeyd etdiyi fikirlər heç bir məktəb dərsliyində yer almayıb: “Ən təəssüfedici odur ki, millət vəkili dərsliklərlə bağlı ittihamları hər hansı araşdırma aparmadan irəli sürür. Bir daha bildirmək istərdik ki, dərslik tərtibatı çoxsaylı mərhələlərdən keçir. Dərslik layihələri çapdan öncə ən azı 6 ay ictimai müzakirəyə çıxarılır. Bu müzakirələrin nəticəsi olaraq, irad və təkliflər diqqətlə araşdırılaraq yekun variantda əks olunur. Ancaq təəssüf ki, hörmətli yazıçımız Aqil Abbasın indiyədək ictimai müzakirəyə çıxarılan dərsliklərlə bağlı hər hansı təklifinə və iradına rast gəlməmişik”.

“Təhsil Nazirliyi dərsliklərin keyfiyyətinin qüsursuz olmasında ən maraqlı tərəfdir və bu istiqamətdə peşəkarcasına edilən hər bir tənqid və iradın nəzərə alınması üçün əməkdaşlığa hazırdır”, – o qeyd edib.



Xəbərin oxunma sayı : 217




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap