Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Tələbələrin təqaüdləri niyə gecikir? - Rəsmi cavab

Tarix 16.03.17, 22:40

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər bəzi kütləvi informasiya vasitələrində ilin əvvəlindən ali təhsil müəssisələri tələbələrinin təqaüdlərinin gecikdirilməsi ilə bağlı müxtəlif xəbərlər dərc olunur və buna "Maliyyə Nazirliyinin hesaba pul köçürməməsi" səbəb kimi göstərilir.

Maliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Mais Piriyev APA-ya bildirib ki, ali təhsil müəssisələri tələbələrinin təqaüdlərinin geçikməsində hər hansı vəsait çatışmazlığından söhbət getmir: "Bildiririk ki, dövlət sifarişi ilə ali təhsil və digər müəssisələrdə kadr hazırlığı xərclərinin, o cümlədən təqaüd xərclərinin maliyyələşdirilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən hazırlanmış müvafiq normativ hüquqi aktın layihəsi Maliyyə Nazirliyinə təqdim olunub. Həmin layihə təhlil edilərək əsasən məqbul hesab olunub və aidiyyəti üzrə Təhsil Nazirliyinə göndərilib. Sözügedən layihə Təhsil Nazirliyi tərəfindən hökumətə təqdim edildikdən və prosedura uyğun olaraq müvafiq sərəncam Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra Maliyyə Nazirliyi təhsil və təqaüd xərclərinin maliyyələşdirilməsini tam təmin edəcək".



Xəbərin oxunma sayı : 88




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap