Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Tələblərə cavab verməyən sahibkarla müqaviləyə xitam veriləcək – BNA

Tarix 14.02.20, 16:47

Font ölçüsü : - / +
bitmap-img6


“Yaxın vaxtlarda Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən daha bir müntəzəm marşrut xətti müsabiqəyə çıxarılacaq. 142 nömrəli marşrut xəttinin müsabiqəyə çıxarılmasına səbəb olaraq bu xətt üzrə BNA-ya gündəlik şikayətlərin daxil olması, avtobusların texniki vəziyyətinin, sürücülərin peşəkarlığının və davranış qaydalarının lazımi səviyyədə olmaması göstərilir”.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Agentlik lazımi tələblərə cavab verməyən, sərnişinlərin təhlükəsizliyi və rahatlığı üçün əməli addımlar atmayan daşıyıcılarla müqaviləyə xitam verəcək:

“Marşrut xətti tələb olunan standartlara cavab verməyəndə xətt müsabiqəyə çıxarılır. BNA-ya ən çox şikayətlər sürücülərin peşəkarlığı, sərnişin və sürücü münasibətlərinin pozulması ilə bağlı daxil olur. Bizim üçün önəmli olan vətəndaşın rahatlığıdır. Hansı daşıyıcı mövcud olan şəffaf idarəetmə sisteminin, sahibkarlar üçün yaradılan əlverişli biznes mühitinin imkanlarından düzgün yararlanıb bu sahədə fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun quracaqsa, biz həmin sahibkarla əməkdaşlığa davam edəcəyik. Yox, əgər işləməyəcəksə, ancaq biznes maraqları güdəcəksə, sərnişinlərin rahatlığı, təhlükəsizliyi baxımından heç bir əməli tədbir görməyəcəksə, onda təbii ki, həmin şəxslə olan müqaviləyə xitam veriləcək. Bizim üçün önəmli olan o avtobuslardan gündəlik istifadə edən vətəndaşımızın rahatlığı və təhlükəsizliyidir”.

Qeyd edək ki, dünən 142 saylı marşrut avtobusunun sürücüsü ilə dispetçer arasında mübahisə düşüb. Mübahisə zəminində sürücü dispetçeri bıçaqlayıb.



Xəbərin oxunma sayı : 493




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap