“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Telman İsmayılov Baydenlə niyə görüşüb? - “New York Post”

Tarix 27.06.22, 14:52

Font ölçüsü : - / +
bitmap-img6


Amerika prezidenti Co Baydenin oğlu Hunter Baydenin Telman İsmayılovla görüşdüyü ortaya çıxıb.

AzFakt.com Lent.az-a istinadla xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Məlumata görə, görüş 2012-ci ilin fevralın 17-də İsmayılovun Moskvadakı “AST Group”un baş ofisində baş tutub.

Bildirilir ki, həmin vaxt Hunter Bayden azı 4 başqa rusiyalı oliqarxla da görüş keçirib. Bu görüşlərin məqsədi isə hələlik bəlli deyil.

Bu danışıqdan beş gün sonra, yəni 22 fevral 2012-ci ildə Moskvadan ABŞ-a qayıdan Hunter öz atası ilə görüşüb.

Qeyd edək ki, Telman İsmayılov hazırda axtarışdadır. O, Rusiya hakimiyyəti tərəfindən bir il əvvəl iki şəxsin qətlinə görə 2 milyon dollar ödəməkdə ittiham olunur.

Telman İsmayılovun vəkili “New York Post”un qətllər və Hunter Baydenlə görüşü ilə bağlı sorğusuna cavab verməyib.

“New York Post”də dərc olunan məqaləyə görə, ABŞ-ın hazırkı prezidenti Co Bayden dəfələrlə Donald Trampı Rusiya ilə “şübhəli” münasibətlərinin olduğu ilə bağlı ittiham edirdi. İndi isə məlum olur ki, onun oğlu rusiyalı milyarder oliqarxlarla gizli görüşlər keçirib, hətta onlarla ortaq biznes qurmağa belə cəhd göstərib.



Xəbərin oxunma sayı : 865




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap