|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Ter-Petrosyan hakimiyyətə gəlir –Köçəryanın azad olunması çətinləşir
Tarix 21.02.19, 22:48 |
|
Ermənistan hökuməti yalnız iqtisadi sahədə görəcəyi işlə bağlı beşillik fəaliyyət proqramını parlamentdə təqsdiqlədə bilib. Ancaq hökumətin xarici siyasət, Dağlıq Qarabağ münaqişəsinə dair proqramı hələlik elan edilməyib.
Ya belə bir proqram yoxdur, ya da çox qarışıqdır. Ona görə də Nikol Paşinyan hökuməti onu elan etməkdən ehtiyatlanır. Çünki hakimiyyətdə hələ də Serj Sarqsyan rejiminin yadigarı, yaxud nişanələri var. Nikol Paşinyan onlardan ya xilas ola bilmir, ya da bu məsələ gələcəkdə siyasi alver üçün vasitə olaraq saxlanılır. Eyni zamanda həmin kadrlar Ermənistandakı xarici təzyiqləri azaltmaq üçün də lazım ola bilər. Ancaq tez-gec həmin vəzifəlilərin işdən azad ediləcəkləri istisna olunmur.
Əlbəttə, onlardan biri də Ermənistanın hazırkı Prezidenti Armen Sarkisyandır. Onun barəsində bir ilə yaxındır müxtəlif fikirlər söyləyirlər. O, bütün hallarda Serj Sarqsyanın adamı sayılır. Çünki onu Serj Sarqsyan səfir təyin edib. Habelə Armen Sarkisyan Serj Sarqsyanın prezidentliyi dönəmində varlı ictimai-siyasi, dövlət xadiminə çevrilib. O, 2018-ci il aprelin 9-da and içərək rəsmi şəkildə fəaliyyətə başlayıb. Bu mərasim ölkədə etiraz aksiyalarının fonunda keçirilib. Belə bir qarışıq şəraitdə Armen Sarkisyanı prezident etməklə Serj Sarqsyan daha uzun vədəli planını həyata keçirmək niyyətində imiş. Ola bilər ki, baş nazirlik müddəti başa çatandan sonra Serj Sarqsyan yenidən prezident olmaq niyyətində imiş. Armen Sarkisyan isə ondan sonra baş nazir ola bilərmiş. Bütün hallarda hakimiyyət dəyişikliyi bu ehtimalın gerçəkləməsinə imkan vermədi. Serj Sarqsyan indiki prezidentdən Qərbdə qorunmaq üçün də istifadə etməyi nəzərdə tuturmuş. Buna onun əlaqələri də imkan yaradırdı. Qeyd edək ki, yeni prezident parlamentdə 7 il müddətinə seçililir. Bir şəxs ard-arda iki dəfə dövlət başçısı ola bilməz. Armen Sarkisyan hakim Ermənistan Respublikaçılar Partiyasının prezidentliyə namizədi olub. O, 1953-cü ildə Yerevanda anadan olub. Yerevan Dövlət Universitetinin Fizika-riyyaziyyat fakültəsini bitirib. 1996-cı ilin dekabrından 1997-ci ilin fevralınadək Ermənistanın Baş naziri postunu tutub. Ölkəsinin Belçika, Niderland, Lüksemburq və Vatikanda səfiri, 1995-1996-cı illərdə isə Ermənistanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsində işləyib. 2013-cü ildən ölkəsinin Böyük Britaniyadakı səfiri olub. Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan və Qazaxıstanda energetika sahəsində fəaliyyət göstərən 15 şirkətdən ibarət “Knightsbridge Group” holdinqinin sahibidir. 65 yaşlı Armen Sarkisyanın Türkmənistan və Özbəkistanda da biznesi var. Onun Yaxın Şərqdə və Britaniyada yaxşı çevrəsinin olduğu barədə məlumat yayılıb. Həmin əlaqələr Armen Sarkisyana indi lazımdır.
Əslində, Nikol Paşinyanın təmsil etdiyi siyasi qüvvələr bir sıra mərhələni başa vurub. Parlament seçkiləri keçirib, hökumətin yarımçıq belə olsa proqramını qəbul edib, eks-prezident Robert Köçəryan başda olmaqla rusiyayönümlü bəzi qüvvələr barəsində ibtidai istintaq başa çatıb. Düzdür, çoxsaylı çətinliklər və problemlər hələ də həll edilməyib. Baş verənlərə əsasən, demək olar ki, rəsmi Yerevan hakimiyyəti və ölkənin siyasi elitasının rusiyayönümlülər və serjçilərdən təmizləməyi qarşısına əsas hədəf olaraq qoyub. Belə şəraitdə Armen Sarkisyanın vəziyyəti heç də yaxşı görünmür. Avropa ölkələrinə və ABŞ-a səfərlərin də bu rahatsızlıqdan doğduğu istisna edilmir. O, prezident olandan sonra son on ayda 2 dəfə ABŞ-da, 7 dəfə Rusiyada səfərdə olub. Yeri gəlmişkən, ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenə onun verdiyi sual ABŞ-da qəzet manşeti olub. O, Münhen Təhlükəsizlik Konfransında keçmiş vitse-prezidentdən 2020-ci ildə prezidentliyə namizədliyini irəli sürüb-sürməyəcəyini soruşub: “Siz namizədliyinizi irəli sürməyə hazırlaşırsınız?” Co Bayden pıçıltı ilə cavab verdiyindən onun söylədikləri eşidilməyib. Ancaq bir az sonra Armen Sarkisyana öz vizit kartını verib. Co Baydenlə Armen Sarkisyan arasında bu dialoq nədənsə sovet bəstəkarı Aram Xaçaturyanla İspaniyanın məşhur rəssamı Salvador Dalinin “görüşü”nü yada saldı. Salvador Dali barədə ən məşhur hekayələrdən maraqlısı “Sabre dance”nin (“Qılıncların rəqsi”, “Qayana” baleti) müəllifi olan erməni bəstəkarla görüşüdür. Aram Xaçaturyan İspaniyaya qastrola gedəndə jurnalistlər bundan soruşurlar ki, bu ölkədə nə etmək istəyərdi? O da deyib ki, Salvador Dali ilə görüşməyi çox arzulayır. Aram Xaçaturyan gedir Salvador Dali ilə görüşməyə. Rəssamın xidmətçiləri ondan bir az gözləməsini istəyirlər. Aram Xaçaturyan üç saata yaxın gözləyir, dirəşir. Axırda Salvador Dali qapını açır, Aram Xaçaturyanın “Sabre dance”ni qoyur, tam çılpaq süpürgəni at kimi minərək bir əlində də çubuğu qılınc kimi oynada-oynada erməni bəstəkarın ətrafında bir dövrə vuraraq deyir: “Sənin dəyərin mənin gözümdə bundan ibarətdir”. Sonra qapını yenidən bağlayırlar. Co Bayden də Armen Sarkisyana vizit kartı verməklə sanki bildirir: “Sənə bu kart lazımdır. Başqa məsələlərin sənə aidiyyəti yoxdur”. Armen Sakisyan Avropa, ABŞ və Rusiya yollarında qalsa da, Ermənistan KİV-inin yazdığına əsasən, Nikol Paşinyan eks-prezident Levon Ter-Petrosyanla az qala hər gün məsləhətləşir.
Yeri gəlmişkən, son günlərdə keçmiş prezidentin adamları Tiqran Akopyan və Vladimir Karapetyanın vəzifəyə təyin edilməsi də onların tez-tez ünsiyyətdə olduqlarını təsdiqləyir. Qeyd edək ki, Tiqran Akopyan Ermənistan Televiziya və Radio Komissiyasının sədri, Vladimir Karapetyan isə Nikol Paşinyanın mətbuat katibi təyin olunub. Hakimiyyətə yaxın çevrələr bildirirlər ki, Ermənistan Baş nazirinin xarici siyasət sahəsində əsas müşaviri Ter-Petrosyandır: “Bildiyimizə görə, Nikol Paşinyan gün ərzində “Baba” (Ter-Petrosyanı nəzərdə tuturlar – S.İ.) ilə konkret saatlarda telefonla məsləhətləşir. Robert Köçəryanın oyundan tez çıxarılması ideyasını ona Ter-Petrosyan verib”. Son zamanlar Ermənistanın ilk prezidentinin Yerevandakı xarici səfirlərlə görüşlərinin intensivləşdiyi də deyilir. O hətta bu günlərdə İtaliya səfiri ilə görüşüb. Görüşün təşəbbüskarı səfirin özü olub. Belə görüşlər eks-prezidentin nüfuzunun qaldığını, habelə Nikol Paşinyana “babalıq” etdiyini göstərir. Nikol Paşinyanın əsas kadr bazasını levonçuların təşkil etdiyi də sirr deyil. Baş nazir konstitusiyada islahat aparılacağını də bir müddət əvvəl bildirmişdi. Bu məsələ Ermənistan parlamentində müxalifət rolunda çıxış edən İşıqlı Ermənistan Partiyasının sədri, deputat Edmon Marukyan tərəfindən bu yaxınlarda yenə səslənib. O, Əsas Qanuna dəyişikliklərlə bağlı layihə hazırladığını bildirib. Müxalifət lideri deyib ki, Baş nazir “supermen” deyil. Edmon Marukyan Baş nazirin səlahiyyətlərinin azaldılmasını söyləyib. Erməni Milli Konqresi Partiyası isə cari il ərzində yarı-prezident idarəetmə sisteminə qayıtmaq məsələsi ilə bağlı konstitusiya referendumunun keçirilməsini təklif edib.
Nəhayət, martın 1-də Nikol Paşinyan 2008-ci ilin bu günündə baş vermiş hadisələrlə bağlı yürüş-mitinq keçirməyi planlaşdırır. Həmin aksiyada onun xüsusi müraciəti olacaq. Nikol Paşinyan deyib: “Bu yürüş zorakılığa, seçkilərin saxtalaşdırılmasına, korrupsiya və qanunsuzluğa qarşı olacaq”. Bunu həm də Ter-Petrosyanın Robert Köçəryan və Serj Sarqsyan üzrəində qələbəsi kimi də dəyərləndirmək olar. Ancaq qələbə hələ tam deyil. Bu, Ter-Petrosyan pərdə arxasından çıxaraq, siyasi səhnədəki rolunu oynamağa başlayanda baş verə bilər. Odur ki, Ter-Petrosyanın addımı səsi hakimiyyətin lap yaxınlığında eşdilməyə başlayır. Hələlik isə Nikol Paşinyan levonçuları hökumətdə yerləşdirməklə məşğuldur.
Sədrəddin İsmayılov,
Report
Xəbərin oxunma sayı : 163
Dünya
Xəbərlər
-
Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?
-
Dostundan Mehinə dələduzluq - VİDEO
-
Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? - VİDEO
-
Bakıda çörək zavodunda qətl - İş yoldaşını öldürdü
-
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
-
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA
-
Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - VİDEO
-
“Ukraynadakı müharibə daha bir neçə il davam edə bilər“ - Şolts
-
Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO
-
Şuşalılar doğma yurduna qayıdırlar - VİDEO
-
Nəsrindən bikini və əzələ şousu - Fotolar
-
Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq
-
Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - VİDEO
-
Səs-küy salıb, qonşularını narahat edənləri hansı cəza gözləyir? – HÜQUQİ İZAH
-
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
-
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
-
Banklar 3 ayda faizlərdən nə qədər qazanıblar? – Tam siyahı
-
“Qərb Zelenskini aradan götürəcək” – Medvedev
-
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
-
İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər - VİDEO
-
Buraxılış imtahanının nəticələri elan olundu - DETALLAR
-
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək - Bu tarixdə
-
Uşaqlara peyvənd vurulacaq - Nazir əmr imzaladı
-
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
-
“Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir“ - İran rəsmisi
-
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO
-
Evlənmək istəyənlər psixoloji müayinədən keçməlidirlər? - VİDEO
-
Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - FOTO
-
Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT
-
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
TOP 10
ARXİV