Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Tərtər İcra başçısı İlham Əliyevin mükafatlandırdığı kəşfiyyatçının başına oyun açır - FOTO/VİDEO

Tarix 13.07.18, 5:09

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Ordusunun döyüşçüsü, kəşfiyyatçı Elnur Fərzəliyev hərbi xidmətə 1995-ci ildə çağırılıb.

APA Tv-nin Qarabağ bürosunun xəbərinə görə, əslən Ağdamdan olan döyüşçünün atası Qəzənfər Fərzəliyev də Qarabağ müharibəsinin iştirakçısıdır.

Xocalı hadisəsi baş verəndə Qəzənfər müəllim soyuqdan donmuş Məlahət adlı bir qadını iki körpə uşaqla birlikdə evinə gətirir. Bu ailənin başçısı ermənilər tərəfindən əsir götürülübmüş. Qadını və onun övladlarını isə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun başçılıq etdiyi Ağdam özünümüdafiə batalyonu xilas edir. Qəzənfər müəllimin 5 oğlu məhz bu faciədən sonra hərbçi olmağa, günahsız insanların intiqamını almağa söz verir.

Beləliklə, 5 qardaşdan biri olan Elnur Fərzəliyev də vətən uğrunda döyüşlərdə iştirak edir. Göstərdiyi şücaətə görə fotosu qulluq etdiyi hərbi hissənin “Şərəf lövhəsi”ni şəkli bəzəyir. 1998-ci ildə ulu öndər Heydər Əliyev əsgər Elnur Fərzəliyevi "Hərbi xidmətlərə görə" medalı ilə təltif edir. 

Tərtər İcra başçısı İlham Əliyevin mükafatlandırdığı kəşfiyyatçının başına oyun açır - FOTO/VİDEO

Elə həmin il hərbi xidmətini başa vuran Elnur bu dəfə kəşfiyyatçı peşəsini seçir. Aprel hadisələri zamanı düşmənə ordumuzun layiqli cavab verməsində Elnurun da payı olur. Həmin ərəfədə hərbçinin həyatında ikinci mühüm hadisə baş verir. O, Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşür və bu döyüşlərdə fərqlənən bir qrup digər hərbçi ilə birlikdə prezident tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılır.

Elnur Fərzəliyev iki oğul atasıdır. Övladlarından biri 17, digəri 12 yaşındadır. 2005-ci ildən Tərtər rayonunun Sarıcalı kəndində kiçik çay evi işlədir. Uzun illər Qarabağ döyüşlərində iştirak etdiyinə və hərbçi olmasına baxmayaraq, obyektini sənədləşdirə bilmir: "Sənədləşdirmə işlərinə görə Tərtər Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Amma mənə problem yaradırlar. Sənədləşdirə bilmirəm. Sənədləşdirməkdə məqsədim odur ki, kiçik sahibkarlıqla məşğul olum. Əgər sənədlərim düzələrsə, obyekti banka girov qoyub pul götürmək və sahibkarlıqla məşğul olmaq istəyirəm. Buna da şərait yaradılmır. Niyə, nə səbəbdən - bunu bilmirəm. 4 dəfə icra başçısının qəbuluna getmişəm, məni qəbul etməyib. 5-6 dəfə icra başçısının müavini Tofiq müəllimin yanına gedib onunla görüşmüşəm. O da problemləri başçının diqqətinə çatdırıb."

Elnur Fərzəliyev deyir ki, obyektinin bütün sənədləri var, amma tikinti üçün qərarı yoxdur. Çünki bunun üçün icra başçısının sərəncamı olmalıdır: "Yaşayışım çox çətindir. Heç bir yerdə işləmirəm. Övladlarım məktəbli, həyat yoldaşım evdar qadındır. Çay evi özümündür, amma bəzi səbəblərdən mən orda işləyə bilmirəm. Bunun üçün də müxtəlif aidiyyəti qurumlarla yanaşı, Tərtərin icra başçısına da müraciət etmişəm. O isə həyat şəraitimin yaxşılaşmasına kömək eləmir. Çox xahiş edirm yuxarı orqanlardan, cənab Prezidentdən, mən vətənim üçün döyüşmüşəm. Bu gün də döyüşə hazıram, iki oğlan övladı böyüdürəm. Mənim atam da Qarabağ əlilidir. Qohumlarım arasında 20-yə yaxın şəhidimiz var. Özüm haqqında çox danışmaq istəməzdim, çünki tanıyanlar bilir. Vətən uğrunda canımdan keçməyə belə hazıram".

Vətən üçün hər zaman canından keçməyə hazır olduğunu deyən müsahibimiz xatırladıb ki, onun xidmətləri daim yüksək mükafatlara layiq görülüb: "Ulu öndər Heydər Əliyev cəbhə bölgəsinə gələndə əsgərlərlə görüşürdü. Sonra bu ənənəni cənab Prezident davam etdirdi. Aprel döyüşləri bizim uğurumuz idi. Döyüşlərdən sonra Prezident İlham Əliyev nümunəvi əsgərlərlə görüşdü. Bundan başqa, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı da dəfələrlə mənimlə görüşüb. Həmişə hörmətlə yanaşıblar. Amma indi bu problemimi həll etmirlər. Bir döyüşçüyə bu qiymət qoyulursa, sabah bur torpaq uğrunda kim gedib döyüşəcək? Mən axı kimsədən heç ummamışam, ehtiyacımı bildirməmişəm".

Tərtər Rayon İcra Hakimiyyətinin baş memarı Tofiq Kərimov isə məsələyə belə aydınlıq gətirib: "Sənədin təsdiqlənməməsinin səbəbi 2007-ci ildə torpaq sahəsi verilərkən baş memarın rəyinin, tikinti aparılması üçün rayon icra başçısının sərəncamının və tikintinin layihəsinin olmamasıdır. Ona görə də aparılmış tikinti qanunsuz tikinti hesab olunur. Bu səbəbdən qanunsuz tikintinin sənədləşdirilməsi rayon icra hakimiyyəti tərəfindən məqsədəuyğun hesab olunmur".








Xəbərin oxunma sayı : 4567




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap