Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Tərtərdə dəhşətli hadisə - Ata qızını zorladı, doğulan körpəni həyətdə basdırdı

Tarix 21.06.18, 2:51

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın Tərtər rayonunda tükürpədici hadisə baş verib.

AzFakt.com-un BakuPost-a istinadən verdiyi xəbərinə görə, rayonun Evoğlu kəndinin sakini Şirinov Elnur Feyruz oğlu 14 yaşlı qızını zorlayıb, nəticədə azyaşlı qız hamilə qalıb.

14 yaşlı qızın hamiləliyi dərmanla sonlandırılıb və ana bətnində tələf edilən uşaq elə həyətdəcə basdırılıb.

Bu barədə saytımıza məlumat verən mənbə iddia edir ki, adıçəkilən şəxs 14 yaşlı qızını artıq bir neçə ildir, zorlayırmış. Bütün bunlardan xəbərdar olan evin xanımı isə övladlarını tənbeh edərək bu barədə heç kimə deməyə qoymurmuş.

Bildirilir ki, E.Şirinovun 6 azyaşlı qızı var. Onların ən böyüyü – zorlanan 14 yaşlı qızdır. Mənbəmiz iddia edir ki, hadisəni törədən şəxsin arvadı 6-cı – oğlan uşağına bu yaxınlarda hamilə qalsa da, E.Şirinov arvadını döyüb, həmin uşağın da ana bətnində ölümünə səbəb olub.

Hüquq-mühafizə orqanlarından faktı BakuPost-a təsdiqləyiblər. Bildirilib ki, artıq adıçəkilən cinayəti törədən şəxs həbs zorlama və sağlamlığa qəsdən ağır xəsarət yetirmə maddələri ilə həbs edilib və Gəncədə yerləşən İstintaq Təcridxanasına göndərilib.



Xəbərin oxunma sayı : 2620




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap