Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Tərtərdəki pambıq sahəsində zəhərlənmiş daha 4 nəfər evə buraxılıb – İcbari Sığorta Agentliyi

Tarix 22.06.18, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


“Tərtər rayonunda pambıq sahəsində kimyəvi maddədən zəhərlənmə ehtimalı ilə Yevlax Şəhər Mərkəzi Xəstəxanasında müalicə alan daha 4 nəfər iyunun 21-də evə buraxılıb”

Bu haqda Azərbaycan İcbari Tibbi Sığorta Agentlyinin mətbuat xidmətindən bildiriblər. Mətbuat xidmətindən verilən məlumata görə, daha 2 nəfər Tərtər rayonu sakini olduğuna görə, Tərtər Rayon Xəstəxanasına göndərilib.

“Qalan şəxslərin müalicəsi isə davam edir və həkmlərin konsiliumundan sonra onların gün ərzində evə buraıxlmaları davam edəcək. Hətta hamısının da evə buraxılmaları ehtimalı az deyil”, mətbuat xidmətindən deyiblər.

Mətbuat xidmətindən habelə bildirilib ki, xəstələrin səhhətində hər hansı ağırlaşama yoxdur.

İyunun 20-də pambıq tarlasında zəhərləndiyi bildirilən 25 şəxsin Yevlax Şəhər Xəstəxanasına gətirildiyi haqqında məlumat yayılmışdı. Onların Tərtər rayonunun Xoruzlu kəndindəki pambıq tarlasında çalışdıqları deyilirdi. Ancaq həmin şəxslərin çoxunun Yevlax rayon sakinləri olduğu, həmin ərazidə günəmuzd qaydada işlədikləri bildirilirdi.

İcbari Tibbi Sığorta Agentlyinin mətbuat xidmətindən verilən məlumata görə, 25 nəfərdən ikisi elə iyunun 20-də evə buraxılmışdı.



Xəbərin oxunma sayı : 289




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap